Nur tələbələrindən olan Mehmet Əli Qaya "Əsrlərin Rəhbərləri və Mücəddidlər və Qiyamət əlamətləri, Dəccal- Mehdi" adlı kitabının bir səhifəsində belə demişdir:
Mehmet Əli Qayanın bu ifadələrini bir-bir açıqlayaq:
1-Cİ İFADƏ
Mücəddid: Peyğəmbərimiz (səv)- in vəfatından sonra İslam dininə daxil olan batil inanclardan dini təmizləyən, İslam dininin Peyğəmbərimiz (s.ə.v)- in dövründə olduğu kimi yaşanmasına vəsilə olan möhtərəm şəxslərə verilən bir addır. Bədiüzzaman Səid Nursi həzrətləri bu cəhətdən yaşadığı hicri 13-cü əsrin mücəddididir. Ancaq bilindiyi kimi Allah hər əsrdə yəni, hər əsrin əvvəlində bir mücəddid göndərər və bu adamı vəsilə edərək dini bidətlərdən təmizləyər. Bu mövzu Peyğəmbərimiz (s.ə.v)- in hədisləri və böyük İslam alimlərinin bu hədislər istiqamətindəki şərhləriylə sabitdir.
Böyük İslam alimi İmam Rəbbaninin Peyğəmbərimiz (s.ə.v)- in hədisləri əhatəsində şərhi isə bu şəkildədir:
Bədiüzzaman Səid Nursi eyni ilə İmam Rəbbani həzrətləri kimi Peyğəmbərimiz (s.ə.v)- in hədisləri əhatəsində bu mövzu haqqında bunları söyləmişdir:
Göründüyü kimi hər yüz ilin əvvəlində dini yeniləyən bir şəxsin yəni bir mücəddidin gələcəyini Peyğəmbərimiz (s.ə.v)- in bildirdiyi və əhli sünnə alimlərinin bunu qəbul etdikləri dəqiq bir həqiqətdir. Məsələn, Bədiüzzaman Barla Lakihasında (Barla Lahikası, 120) həzrəti Mövlana Xalidin hicri tarixi ilə 12-ci əsrin mücəddidi olduğunu ifadə etmişdir. Özü də 13-cü əsrin mücəddididir. Necə ki, hər əsrdə bir mücəddid gəlmiş və vəzifəsini yerinə yetirmiş, eyni ilə yaşadığımız axır zamanda yəni, hicri tarixi ilə 14-cü əsrdə də bir mücəddid zühur edəcək. Lakin sözü gedən bu möhtərəm şəxs digərlərindən fərqli olaraq ən böyük mücəddid olan hz. Mehdi (ə.s) olacaq. Bədiüzzaman həzrətləri hz. Mehdi (ə.s)- ın 14-cü əsrdəki zühurunu "Sikkə-i Təsdiqi Qeybi" adlı əsərində belə müjdələmişdir:
Ayədəki “ALLAHIN NURUNU ÜFLƏMƏKLƏ SÖNDÜRMƏK İSTƏYİRLƏR. ALLAH İSƏ NURUNU TAMAMLAMADAN BAŞQA BİR ŞEYƏ RAZI OLMAZ”. cümlə mənəvi qüvvəti və lətafəti ilə birlikdə şəddəli








(Sikkəi Təsdiqi Qeybi, səh.131, 132)
Ustadımızın yuxarıdakı kimi şərh etdiyi Tövbə surəsinin 32 -ci ayəsinin "şəddəli ləm və mim cüt-cüt sayılanda" çıxan əbcədi 1910-cu ili verir. Ancaq Ustadımız çıxan bu tarixdən, 1910-cu ildən 1 əsr, yəni 100 il sonrasına diqqət çəkir, bu tarixdə hz. Mehdi (ə.s) və tələbələrinin yaşayacağını və dünyaya hakim olan zalım sistemləri, düşüncə axınlarını fikirlə təsirsiz hala gətirəcəklərini açıq bir şəkildə ifadə edir.
(2010-cu illə əlaqədar ətraflı şərhi "Mehmet Əli Qayanın Ustad bir əsr sonra ifadəsiylə 1977-ci ilini və nur tələbələrini nəzərdə tutmuşdur iddiasına cavab" başlığı altında, https://www.harunyahya.info/tr/Ahir-Zamana-Ait-Bilgiler/122922/Mehmet-Ali-Kayanin;-Ustad-Bir-asir-sonra-ifadesiyle-1977-yilini-ve-Nur-sakirtlerini-kast-etmistir-iddiasina-cevap linkindən oxuya bilərsiniz inşaAllah)
Görüldüyü kimi necə ki, hicri 13-cü əsrin sonuna qədər hər əsrdə bir mücəddid gəlib, vəzifəsini yerinə yetirmiş və dini xurafatlardan təmizləməyə çalışmışdır. Eyni şəkildə yaşadığımız hicri 14- cü əsrdə də son olaraq bir mücəddid vəzifəli olacaq. Ancaq bu mücəddid digər mücəddidlərdən istər xüsusiyyətləri, istər xidməti, istərsə də qazandığı dünya səviyyəsindəki müvəffəqiyyət baxımından daha üstün olacaq. Çünki hicri 14-cü əsrin mücəddidi axır zamanda zühur edəcək hz. Mehdi (ə.s)-dır. Hz. Mehdi (ə.s) mücəddidlərin ən böyüyüdür. Bu səbəbdən risalələrdə hz. Mehdi (ə.s)- a gəlmiş-keçmiş ən böyük mücəddid və qütbü əzəm olaraq xitab etmişdir.
Bütün bu şərhlərdən aydın olur ki, Mehmet Əli Qayanın müsəlmanlara 14-cü əsrin mücəddidini Bədiüzzaman Səid Nursi həzrətlərinin ən böyük mücəddid və qütbü əzəm olduğunu söyləməsi Peyğəmbərimiz (s.ə.v)- in hədisləriylə və İmam Rəbbani həzrətləri, Bədiüzzaman Səid Nursi kimi mücəddidlərin hədislər əhatəsindəki şərhləriylə tərs düşür. Bu səbəbdən də həqiqətləri əks etdirir. Mehmet Əli Qayanın sözü gedən şərhlərini qəbul etməyimizi lazımlı edən nə bir hədis, nə də böyük İslam alimləri tərəfindən edilmiş fərqli bir şərh mövcuddur. Əksinə hədislər və burada bir qisminə yer verdiyimiz şərhlər Peyğəmbərimiz (s.ə.v)- in hz. Mehdi (ə.s)-ın ən böyük bir mücəddid və qütbü əzəm olaraq hicri 1400-cü ildə zühur edəcəyini və vəzifəsini yerinə yetirəcəyini müjdələdiyini isbat edir.
2-Cİ İFADƏ
Mehmet Əli Qaya ifadəsinin yuxarıda yer alan ikinci hissəsində bu dəfə də Nur tələbələrinin hamısının Bədiüzzaman həzrətlərinin axır zamanın böyük Mehdisi və son mücəddid olduğuna dair ortaq bir qənaətə sahib olduqlarını iddia edirlər. Halbuki, şəxsən ustadımızı görmüş, onun yanında illərcə xidmət etmiş, əziyyət çəkmiş və onun sirdaşları arasında olan tələbələri Bədiüzzaman həzrətlərinin axır zamanın Mehdi-i əzəm olmadığını açıq bir şəkildə ifadə edirlər.
Bu möhtərəm böyük qardaşlarımız hz. Mehdi (ə.s)- ın axır zamanda hicri 1400-cü ildə zühur edəcəyini söyləyirlər. İnşaAllah ustadımızın hz. Mehdi (ə.s)- ı İstanbulda görəcəklərini müjdələdiyini, Bədiüzzaman həzrətlərinin digər sözləri necə reallaşdısa, bu sözlərinin də Allahın icazəsi ilə reallaşacağını deyirlər. İnşaAllah özləri vəfat etmədən əvvəl hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)- ın zühurunu görəcəklərini, hz. Mehdi (ə.s)- ın eyni Bədiüzzaman həzrətlərinin risalələrində təsvir etdiyi şəkildə vəzifələrini icra edəcəyini deyirlər:
SEYİD SALEH ÖZCAN
-Mehdi gəlmişdir. İnşaAllah Allah bizim hamımızı tələbəsi edər, tələbəsi olarıq. Cənabı Allah bizə ölmədən əvvəl onu görməyi nəsib edəcək. Ustad belə deyir.
-Ustad həzrətlərinin bu günə qədər sizə söylədiyi hər şey çıxdı, elə deyilmi ?
-Bəli. Bax indi sənə bir şey söyləyim. İndiyə qədər ustadın yanında qaldığım müddətdə nə qədər söz söyləmişsə hamısı çıxdı.
SEYİD SALEH ÖZCAN
-Bunun üçün gözləyirik Mehdini görəcəyik, həm də yaxın vaxtlarda görəcəyik. İnşaAllah. İstanbulda görəcəyik. Axır zamanda hz. Mehdinin zühur edəcəyi həqiqətdir. Buna heç şübhəm yoxdur. Hz. Mehdinin zühur edəcəyinə, hz. İsanın enəcəyinə mən inanıram. İmanım kimi inanıram. İmanımdan bunu bir şey olaraq bilirəm. Hz. İsa hz. Mehdiyə tabe olacaq. Arxasında namaz qılacaq.
ƏBDÜLQADİR BADILLI
Təbii ki, bu Cənabı Haqqın qanunudur . Toxum əkmək lazımdır. Toxumdan bir nəsil yetişəcək. Bu nəsil çoxalacaq, çoxalacaq, çoxalacaq. Allah da onların başına bir Mehdi gətirəcək. Bu gələcək olan şəxs Risalə-i Nuru özünə bir rəhbər, proqram edəcək. Axır zamanda gələcək olan Mehdi necədir, nə edəcək, vəzifəsi nədir? Bunlar onsuz da Risalə-i Nurda söyləyir.
QIRXINCI HOCA
-İslam dünyaya hakim olacağına görə, müsəlmanların bir başçısı olacaqmı?
-Şübhəsiz, şübhəsiz.
-O zaman Mehdi həm İslam birliyini quracaq, həm də hz. İsa ilə birlikdə İslamı dünyaya hakim edəcək .
-Əlbəttə, əlbəttə, əlbəttə.
- Dünya hakimiyyəti, Allahın icazəsi ilə İslam dünyaya hakim olacaq. İslam birliyi olacaq, başında bir adam duracaq. Bu adam Risalə-i Nuru nəşr və tətbiq edən bir başçı olacaq.
-Əlbəttə, onsuz olmaz.
ÇANTAÇI NƏCMİ
-İndi gələcək olan Mehdidir. Mehdi hələ gələcək. Axır zamanda böyük bir müctəhid, həm ən böyük bir mücəddid, həm hakim, həm Mehdi, həm mürşid, həm qütbü əzəm olan nurani bir şəxs göndəriləcək. O şəxs Əhli Beyti Nəbəvidən olacaq. Yazda bir saat ərzində yay mövsümünün nümunəsini və yay isə bir saat ərzində qış fırtınasını icad edən Qədri Zülcəlal Mehdi ilə də İslam aləminin zülmətini dağıda biləcək.
SEYİD SALEH ÖZCAN
-Doğrudur, indi hər kəs bilir ki, hər əsrin bir imamı vardır. Amma heç biri Mehdi deyil. Son zamanda gələcək olan Mehdidir. Ustad həzrətləri də mənə dedi ki, o zaman "Mən Mehdini görə bilməyəcəm, amma sən görəcəksən". Mehdini Cənabı Haqq bizə göstərsin, inşaAllah.
SƏİD ÖZDƏMİR
-Yox, təbii ki, bunlar Peyğəmbərimizin hədisi şərifindən çıxır. Hədisi şəriflərində də Peyğəmbərimiz (s.ə.v) istər Mehdinin gələcəyini, istərsə də hz. İsanın gələcəyini müjdə verir. Hz. İsa gələcək, ümmətimdən olacaq.
SEYİD SALEH ÖZCAN
- (Bədiüzzaman Səid Nursi həzrətləri) hz. Mehdinin olacağına, gələcəyinə bütün ruhumla inanıram deyərdi. İnanmayanı Allah islah etsin deyərdi.
Görüldüyü kimi guya Nur tələbələrinin ittifaqla Bədiüzzaman həzrətlərinin Axır zamanın böyük Mehdisi olduğuna inandıqları iddiasını bu şərhlər dəqiq bir şəkildə göstərməkdədir. Bədiüzzaman həzrətlərinin tələbələri mürşidlərinin sözlərini çox yaxşı anlamışlar və risalələrində hicri 1400-cü ildə zühur edəcəyini söylədiyi ən böyük mücəddid olan hz. Mehdi (ə.s)- ın Bədiüzzaman həzrətləri olmadığının qəti qənaətinə gəlmişlər.
"HƏR YÜZ İLDƏN BİR CƏNABI HAQQ BİR MÜCƏDDİD (DİNİ YENİLƏYƏN) GÖNDƏRİR..."