BİR QİSİM NUR TƏLƏBƏLƏRİNİN SƏİD NURSİYƏ "MEHDİ" DEMƏLƏRİ HARAMDIR. BİR ADAM HAQDA "MEHDİDİR" DEMƏK O ADAM ÜÇÜN "İMTAHANA TABE DEYİL, "QƏTİ CƏNNƏTLİK" MƏNASINI VERƏR Kİ, BU ÇOX BÖYÜK BİR GÜNAHDIR. ÇÜNKİ ALLAH QATINDAN BİR VƏHYƏ ƏSASLANAN OLMADIĞI MÜDDƏTCƏ HEÇ KİMSƏ ÜÇÜN "QƏTİ CƏNNƏTLİKDİR" DEYİLƏ BİLMƏZ.
-1-
Şüalar, səh. 368:
... Səid etiraznaməsində demiş ki: "Mən seyid deyiləm. MEHDİ SEYİD (PEYĞƏMBƏRİMİZ (S.Ə.V) SOYUNDAN BİRİ) OLACAQ." deyə onları rədd etmiş.
-2-
Emirdağ Lahikası-1, səh. 267:
… Mən də onlara demişdim: "Mən, özümü seyid (Peyğəmbərimizin soyundan) bilmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki, Axırzamanın o böyük şəxsi, Ali-beytdən (Peyğəmbərimizin ailəsindən) olacaq.''
-3-
Sikkə-Təsdiqi Qeybi, səh. 10:
O gələcək şəxsin adını vermək, üç vəzifəsi birdən xatirə gəlir; səhv olar. Həm heç bir şeyə vasitə olmayan nurdakı ixlas zədələnir, avam-ı möminin nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar. Yəqiniyyəti-bürhaniyə (qəti dəlil) belə qəzayanı-makbulədəki (qəbul olunmuş) zənni-qalibə (üstün zənnə) inqilab edər; daha muannid (inadkar) dəlalətə və inadkar zındıkaya (Allaha və axirətə inanmayan) tam qələbəsi, mütəhayyir(çaşqınlıq) əhli-imanda (iman edənlərdə) görünməməyə başlayar. Əhli-siyasət yanlış fikrə və bir qisim müəllimlər etiraza başlayar. Onun üçün Nurlara o adı vermək münasib hesab edilmir. Bəlkə "MÜCƏDDİDDİR, ONUN PİŞDARIDIR (ÖNCÜSÜDÜR)" deyilə bilər.
-4-
Barla Lahikası, səh. 162:
O irəlidə gələcək qəribə bir şəxsin (təəccübləndirən və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük komandirin pişdar bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm