1. Gələcəkdə gələcək olan acib bir şəxsin (təəccübləndirən və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (qabaqda gələn təqibçisi) və o böyük komandirin qabaqcıl bir əsgəri olduğumu zənn edirəm. (Barla Lahikası, səh. 162)
2. Axırzamanda, həyatın geniş dairəsində əsl sahibləri, yəni, hz. Mehdi və şagirdləri (tələbələri), Cənabı Haqqın izniylə gələr, o dairəni genişləndirər və o toxumlar sünbüllənər. (Sikkəsi Təsdiqi Qeybi, səh. 172) (Kastamonu Lahikası, səh. 72)
3. Ümmətin gözlədiyi, axirzamanda gələcək şəxsin üç vəzifəsindən ən mühümü,ən böyüyü və ən dəyərlisi olan imanı dərəcənin həqiqi olub olmadığını araşdırıb və əhli imanı dəlalətdən qurtarmaq cəhətiylə, o ən əhəmiyyətli vəzifəni eynilə Risalə-i Nurda görmüşlər. İmamı Əli, Gavsı əzəm və Osman Xalidi kimi şəxslər, bu məqam üçündür ki, o gələcək şəxsin mövqesini Risalə-i Nurun özü şəxsi kəşf halnda görübmüşlər kimi işarə etmişlər. Bəzən də, o mənəvi şəxsi bir xidmətkara vermişlər və o xidmətkara, tərif deyənə yaraşar şəkildə baxmışlar. Aydındır ki, sonra gələcək o mübarək şəxs, Risalə-i Nuru bir proqram olaraq nəşr və tətbiq edəcək. (Sikkəsi Təsdiqi Qeybi, səh. 9)
4. Bu zamanda elə fövqəladə hakim qüvvələr (fikir axınları) var ki, hər şeyi mənimsədikləri üçün, fərz edək ki,“gözlənilən və bir əsr sonra gələcək o şəxs” bu zamanda gəlsə hərəkatını o cərəyanların əlinə verməmək üçün siyasət aləmindəki vəziyyətdən fərəqət edəcəyini və hədəfini dəyişdirəcəyini düşünürəm. Üç məsələ var, biri həyat, biri şəriət, biri imandır. Həqiqət nöqtəsində ən əhəmiyyətlisi və ən böyüyü iman məsələsidir. Lakin, indiki xalqın gözündə və aləmin halının məcburiyyətləri səbəbindən ən mühüm məsələ həyat və şəriət göründüyündən, o şəxs indi olsa da, üç məsələni birdən yer üzündə vəziyyətlərini dəyişdirmək, insan övladını etibarlı olan adətullaha uyğun gəlmədiyindən, hər halda ən böyük məsələni vacib sayıb, digər məsələləri əsas saymayacaq. Ta ki, iman saflığını ümumi cəmiyyətin nəzərində pozmasın və avamın tez aldadıla bilən ağıllarında, o xidmət başqa məqsədlərə alət olmadığı təsdiqlənsin. (Kastamonu Lahikası, 57)
5.Bundan əvvəl bir əhli vəlayətdən eşitdim ki: "Şərq aləmindən bir nur zühur edəcək, bidətləri aradan qaldıracaq." Mən belə bir nurun zühurunu çox gözlədim və gözləyirəm. Lakin çiçəklər baharda gəlir.Belə qüdsi çiçəklərə zəmin hazırlamaq lazımdır və bu xidmətimizlə o nurani şəxsə zəmin göstəririk. (hazırlayırıq). (Sikkə-i Təsdiqi Qeybi, 189, Məktubat, 34)
6. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tovbə surəsi, 32) Əgər şəddəli lamlar və mim iki sayılsa,bundan bir əsr sonra zülməti dağıdacaq şəxslər, hz. Mehdinin şagirdləri ola bilər. Bu nurlu ayənin çox nurani tərəfləri var. Bir damla su dənizin varlığına işarə edər. (Şüalar, səh. 605)
7. O vaxt ona qarşı mətbu kitabda belə cavab vermişdir:
Hər kəsə dünya tərəqqi (inkişaf, yüksəlmə) dünyası olsun, tək bizim üçünmü tədənni (geriləmə, inkişafdan qalma) dünyasıdır? Artıq, mən də sizinlə danışmayacağam. Bu tərəfə dönüb, gələcəkdəki insanlarla danışacağam: Ey yüzdən sonrakı (I əsr sonrakı) əsrin arxasında gizlənmiş, sakitcə mənim sözümü dinləyən və gizli bir baxışla qeybə baxaraq məni seyr edən Səid, Həmzə, Ömər, Osman, Yusuf, Əhməd və s. sizə xitab edirəm. Tarix deyilən keçişlərindən sizin gələcəyinizə qədər telsiz teleqrafla sizinlə danışıram. Nə edim, tələsik etdim, qışda gəldim. Sizlər cənnət kimi baharda gələcəksiniz. Sizdən bunu xahiş edirəm ki, keçmiş qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarıma baş çəkin. O çiçəklərin bir neçəsini, məzar daşı deyilən, sümüklərimi qonaq edən torpağın qapıçısının başına qoyun. Yəni, qoca Risaləsinin on üçüncü xahişində bəyan etdiyi kimi, Mədrəsətüz-Zəhranın məktəbi ibtidaisi və Vanın yeganə daşı olan qalasının altında olan Xorxor mədrəsəmin vəfat etməsi və Anadoluda bütün mədrəsələrin bağlanılmasıyla vəfat etmələrinə işarə edərək, ümumisinin bir məzarı əkbəri hökmündə olmasına bir əlamət olaraq, o əzəmətli məzara əzəmətli Van Qalası qəbir daşı olmuşdur. "Ey yüz il sonra gələnlər! Bu qalanın başında bir Mədrəsə-i Nuriyyə çiçəyini qurun.Cismən dirilməmiş, lakin ruhən Baqi və geniş bir heyətdə yaşayan Mədrəsətüz-Zəhrayı cismani bir surətdə inşa edin". Onsuz da Səidin həyatının əksər hissəsi o mədrəsənin xəyalı ilə keçmiş və o mətbu (dərc edilmiş) risalənin 147-ci səhifədən 157-ci səhifəsinə qədər Mədrəsətüz-Zəhranın təsisinə və faydalarına dair əhəmiyyətli (vacib) həqiqətləri yazmışdır. (Emirdağ Lahikası, səhifə 343, 344)
8. Ey yüzdən sonrakı (I əsr sonrakı) əsrin arxasında gizlənmiş, sakitcə mənim sözümü dinləyən və gizli bir baxışla qeybə baxaraq məni seyr edən Səid, Həmzə, Ömər, Osman, Yusuf, Əhməd, və s. sizə xitab edirəm. Sizlərə xitab edirəm. Başlarınızı qaldırın, doğru söyləyin və belə demək sizlərə borc olsun. Öz dövründə (aləmində) yaşayanlar getsin məni dinləməsinlər. Tarix deyilən keçmiş dərələrindən sizin yüksək gələcəyinizə uzanan telsiz teleqrafla sizinlə danışıram. Nə edim, tələsik etdim, qışda gəldim. Sizlər cənnət kimi baharda gələcəksiniz. İndi əkilən nur toxumları, təməlinizdə (daxilinizdə) çiçək açacaq. Biz, xidmətimizin qarşılığı olaraq sizdən bunu gözləyirik ki, keçmiş qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarımıza baş çəkin, o bahar hədiyyələrindən bir neçə dənəsini mədrəsəmin qəbir daşı deyilən, sümüklərimizi qonaq edən və Xorxor torpağının qapıçısı olan qalanın üzərindən asın. MƏZARIMIZDAN SİZLƏRƏ QİBTƏ EDƏCƏYİK. HƏTTA, QONAQLARIMIZIN KÖLGƏLƏRİ BELƏ MƏZAR DAŞIMIZDAN BU SƏDANI EŞİDƏCƏK.(Münəzzərat 86,87,88)