Bədiüzzaman "BUNDAN BİR ƏSR SONRA" ifadəsiylə açıq bir şəkildə yaşadığı dövrdən bir əsr, yəni yüz il sonraya diqqət çəkmişdir. Əlavə olaraq ustad bundan bir əsr sonra Hz. Mehdi (ə.s) və tələbələrinin çox möhtəşəm və təsirli bir təbliğ fəaliyyəti ilə dünyada o günə kimi hakimiyyətdə olan darvinizmi, kommunizmi, materializmi tam olaraq susduracaqlarına xüsusi diqqət çəkmişdir.
Nə Mövlana Xalid həzrətlərinin, nə də Ustad Bədiüzzaman Səid Nursi Həzrətlərinin dövrlərində belə böyük və təsirli bir anti-dəccal fəaliyyəti aktual olmamış, ancaq hicri 1400-cü ildə zühur edəcək olan Hz. Mehdi (ə.s)-a zəmin hazırlamış və onun işlərinə kömək olaraq ön işləri görmüşdür. Nəticə olaraq "ZÜLMƏTİ DAĞIDACAQ", yəni dəccal sistemini tam olaraq susduracaq şəkildə təsirli bir fəaliyyət nəticə etibarı ilə nə Mövlana Xalidin yaşadığı hicri 1200-cü illərdə, nə də Ustadın yaşadığı hicri 1300-cü ildə reallaşmamışdır.
1. Mövlana Xalid həzrətləri də, Ustad Bədiüzzaman Həzrətləri də Mehdi (ə.s)-ın dəyanət, səltənət və siyasət aləmində yerinə yetirəcəyi üç vəzifəni cəm şəkildə edə bilməmişlər, ancaq bu vəzifələrdən birini bir istiqamətdə yerinə yetirərək "bir növ Mehdi" ünvanıyla şərəflənmişlər. Halbuki, Axırzamanın böyük Mehdisi bu üç vəzifəsi bir yerdə yerinə yetirmək surətiylə ona qədər gələn müctəhidlərdən (ayələri, hədisləri düzgün açıqlayan) ayrılacaq və "ən böyük müctəhid (ayə və hədislərdən düzgün hökm çıxaran böyük İslam alimi) və qütbü-əzəm (yəni gəlmiş keçmiş ən böyük mürşid ) olma" ünvanıyla şərəflənəcəkdir.
2. Mövlana Xalid və Bədiüzzaman Həzrətlərinin yaşadıqları əsrlərdə Türk İslam Birliyi qurulmamışdır. Halbuki, Ustad hz. Mehdi (ə.s)-ın əhəmiyyətli bir vəzifəsinin də Türk İslam birliyini qurmaq, yəni böyük bir mənəvi birlik yaratmaq olduğunu ifadə etmişdir.
Ustad, "İslam Birliyini əsas götürərək" və "İslam aləminin VƏHDƏTİNİ (birliyini) istinad nöqtəsi edib (dayaq nöqtəsi edib), bəşəriyyəti maddi və mənəvi təhlükələrdən və Allahın qəzəbindən, bəlasından qurtarmaqdır." sözləri ilə hz. Mehdi (ə.s)-ın Türk İslam Birliyinin təməlini qoyaraq böyük bir mənəvi birlik quracağını ifadə etmişdir. Halbuki, Mövlana Xalid və Səid Nursi Həzrətlərinin dövrlərində türk və müsəlman dövlətlər bölünmüş, ayrılmış, döyüş, anlaşılmamazlıqlar və qarışıqlıqlar içində idi, bir-birlərindən uzaqlaşıb bir qismi də bir-birinə yadlaşmış halda idi.
3.
Nə Ustad, nə də Mövlana Xalid dövrlərində xristianlarla ittifaq təmin olunmamışdı, xristianların müsəlman olması yalnız Mehdi (ə.s.) dövründə reallaşacağı vəziyyət Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də açıqlanmışdır. Həmçinin, ən əhəmiyyətli olan onların dövrlərində İsa (ə.s)-ın nüzul etməməməsidir. Nə Mövlana Xalid həzrətləri, nə də Ustad Səid Nursi Həzrətləri hz. İsa (ə.s)-ı görməmişlər və ona namazda imamlıq etməmişlər. Halbuki, hz. Mehdi (ə.s) hz. İsa (ə.s)-a namazda imamlıq edəcək və bu böyük hadisələrlə hz. Mehdi (ə.s) tanınacaq.
Bunun xaricində, Ustadın hz. Mehdi (ə.s)-ın özündən bir əsr sonra gələcəyinə dair başqa sözləri də mövcuddur. Bədiüzzaman Hz. Mehdi (ə.s)-dan bəhs edərkən özündən yüz il sonra gələcəyinə diqqət çəkmişdir. Məsələn, bu sözləri ilə Ustad belə bildirmişdir:
USTAD BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ BU İFADƏSİNİ 1936 -CI (HİCRİ 1354) İLDƏ YAZDIĞI “KASTAMONU LAHİKASINDA” (ƏSƏRİNDƏ) QEYD ETMİŞDİR. BU TARİXLƏR HİCRİ 1300-CÜ İLLƏ ÜST-ÜSTƏ DÜŞÜR. USTADIN "BİR ƏSR SONRA ..." ŞƏKLİNDƏ İFADƏ ETDİYİ 100 İL SONRA HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ETMƏSİ HİCRİ 1400-CÜ İLLƏ ÜST-ÜSTƏ DÜŞÜR.
Ustad, Kastamonu Lahikasındakı "bu zamanda elə fövqəladə cərəyanlar hakimlik edir ki, ..." ifadəsində "bu zamanda" sözünü xüsusi vurğulayaraq öz yaşadığı hicri 1300-cü ilə diqqət çəkmişdir. Bu ifadəsində özündən bir əsr əvvəl yaşamış olan Mövlana Xalid Həzrətlərindən heç bir şəkildə bəhs etməmişdir. Ardından da, öz yaşadığı bu dövrdən bir əsr, yəni, yüz il sonra gələcək olan bir adama, bir möhtərəm şəxsə diqqət çəkmişdir. Hətta, özündən bir əsr sonraya diqqət çəkərkən yenə səhv başa düşülməsin deyə "... Həqiqi gözlənilən və bir əsr sonra gələcək olan o şəxs bu zamanda gəlsə belə ..." ifadəsini istifadə edərək bəhs etdiyi şəxsin (Hz.Mehdi (ə.s)-ın) bir əsr özündən sonra gələcəyini xüsusilə vurğulamışdır.