Bəzi nur tələbələri Bədiüzzaman həzrətlərinin qiyamətin 300 il sonra qopacağını bildirdiyini iddia edirlər. Bəziləri isə qiyamətin qeyb xəbəri olduğunu, heç kəsin qiyamət gününü bilmədiyini deyirlər. Əlbəttə, qiyamət günü qeyb xəbərlərindəndir, lakin bu insanlar bəzi həqiqətləri qulaqardına vururlar: Allah dilədiyi quluna qeybi bildirər.
Nəinki yer üzündə, bütün kainatda baş verən elə bir hadisə yoxdur ki, Allah ondan xəbərdar olmasın. Kiçiyindən böyüyünə qədər hər şey Onun idarəsi altındadır. Ancaq bəzi cəmiyyətlərdə qeyb məfhumu düzgün anlaşılmır. Halbuki, Rəbbimiz Qurani-Kərimdə elçilərinə və dilədiyi quluna qeyb xəbərlərindən bildirdiyini deyir:
Ustadımız Bədiüzzaman həzrətləri də Allah`ın xüsusi elm əta etdiyi mübarək zatlardandır.
Bədiüzzaman həzrətləri qiyamətin 300 il sonra qopacağını deməmişdir.
Bədiüzzaman Səid Nursi həzrətləri Hicri XIII əsrin böyük mücəddididir. "Risaləi Nur" külliyyatını bu dövrdə qələmə almışdır. Yaşadığı əsri çox vaxt Hicri 1300 əvəzinə, qısaca 300 adlandırırdı. Bədiüzzamanın bu ifadəsi Risaləi Nurun bir çox yerində qeyd edilmişdir. Bu ifadələrdən biri belədir:
Ey yüzdən ta üç yüz ildən sonrakı əsrdə gizlənmiş, sakitanə (susaraq) mənim sözümü dinləyən və bir nəzər-i həfiyy-i qeybi (görünməyəni, qeybi görən), qeybi ilə məni tamaşa edən (seyr edən) Səid, Həmzə, Ömər, Osman, Yusif, Əhməd və başqaları, sizə xitab edirəm. Tarixin mazi (keçmiş) dərələrindən yüksək istiqbalınıza (dövrünüzə) çatan telsiz teleqrafla sizinlə danışıram. Nə edim, tələsdim, qışda gəldim. Siz, inşaAllah, cənnət-asa (cənnət kimi) bir baharda gələcəksiniz. İndi əkilən nur toxumları torpağınızda çiçək açacaq. Sizdən xahişim, mazi qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarıma baş çəkin. O çiçəklərin bir neçəsini məzar daşına, sümüklərimi müsafir edən torpağın başına taxın. (Emirdağ Lahikası, səh. 344)
Bədiüzzaman həzrətlərinin bu ifadəsini dəyişən və ya düzgün qavramaq istəməyən bəzi nur tələbələri hz. Mehdinin (ə.s) zühurunun və hz. İsanın (ə.s) nüzulunun 300 il sonra gerçəkləşəcəyini iddia edirlər. Bu məntiqə əsaslanaraq qiyamət gününə hələ yüz illər olduğunu deyirlər. Halbuki, Bədiüzzaman daha səlis danışmaq üçün 1300 əvəzinə 300 demişdir. Eyni zamanda, öz yaşadığı dövr olan 1300-cü ildən sonrakı 100 ilə diqqət çəkmişdir. Sadə riyazi hesabla:
1300 +100 =1400
Bədiüzzaman həzrətləri burada Hicri 1400-cü ili yəni, yaşadığımız əsri nəzərdə tutur. Hz. Mehdinin (ə.s) zühuru, hz. İsanın (ə.s) nüzulu və qiyamətin qopması Allah`ın izni ilə hicri 1400 -1500-cü illər arasında baş verəcəkdir. Peyğəmbərimiz (s.ə.v) də ümmətinin ömrünün 7000 il olduğunu, 5600 ilini yola saldığımızı və 1400 il qaldığını hədislərində aydın şəkildə xəbər vermişdir.
Bədiüzzaman qiyamətin Hicri 1545-ci ildə qopacağını bildirmişdir.
Bədiüzzaman həzrətləri 1577-ci il desə də, bir çox yerdə Hicri 1560-cı illəri nəzərdə tutduğunu aydın görürük. Fərqli tarixlər bildirməsinin səbəbi isə lədün elmi ilə bağlıdır. Bədiüzzaman o dövrün zəif imanlı, qəlbi qara olan insanları yanıltmaq və son dövrdəki müsəlmanları, az da olsa, nigarançılıqdan xilas etmək üçün belə demişdir. Sözlərindən 1545-ci il anlaşılır, lakin insanlara rahatlıq bəxş etmək məqsədilə tarixi gec göstərmişdir.
Bədiüzzaman həzrətləri Kastamonu lahikasının 26-cı səhifəsində, Allah`ın izni ilə, qiyamətin Hicri 545-ci ildə Ramazan ayının onuncu günündə, saat 2-də olacağını xəbər vermişdir.
"La təzalü taifətun min ümməti zahirinə ələ`l haqqı hətta yetiyallahu bi əmrihi" - ümmətimdən bir tayfa Allah`ın əmri gələnə qədər (yəni qiyamət qopana qədər) qaibanə haqq üzərində olacaqdır."
Ramazan ayının onuncu gününün ikinci saatında birdən bu hədisi xatırladım. Bəlkə də, Nur tələbələri taifəsinin (nəslinin) nə qədər davam edəcəyini fikirləşdiyim üçün vəhy edildi.
Bədiüzzaman həzrətlərinin Ramazan ayının onuncu gününün ikinci saatını xüsusi qeyd etməsi diqqətə layiqdir. Burada hikmət var. Həmçinin Quranda da “on gün”ə işarə edilir:
“Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!” (Taha surəsi, 103)
“Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik.” (Əraf surəsi, 142)
“And olsun dan yerinə! And olsun on gecəyə! And olsun cütə və təkə! And olsun keçib getməkdə olan gecəyə! Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?” (Fəcr surəsi, 1-5)
"La təzalü taifətün min ümməti." "Ümmətimdən bir taifə zail olmayıb davam edəcəkdir. "(şəddədir (ərəb əlifbasında samit hərfin iki dəfə oxunması üçün onun üzərinə qoyulan işarə, tənvin (sözün son hərfində qoyulan iki fəthə, iki kəsrə, iki zəmmə. Tənvin işarəsi qoyulan hərfin öz hərəkəsindən sonra “nun” hərfi varmış kimi oxunur. ) deyil) fıkrasının (bəndinin) məqamı cifrisi (əbcədi) min beş yüz qırx iki ( Hicri 1542-ci il, Miladi 2117-ci il) edərək nəhayəti davamına işarə edir. "Qeybi yalnız Allah bilir." "Zahirinə ələ`l haqq'' - haqq üzrə davam edəcəkdir. (şəddədir) bəndi də; məqamı cifrisi min beş yüz altı (Hicri 1506-cı il, Miladi 2082-ci il) edərək, bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra qırx ikiyə qədər gizli və məğlubiyyət içində vəzifəyi tənviriyyəsinə (işıqlandırmasına) davam edəcəyinə işarə edir. "Vəl - elmü indAllah" - həqiqi elm ancaq Allah qatındadır. "Hətta yetiyallahu bi əmrihi" - Allah`ın əmri gələnə qədər (yəni qiyamət qopana qədər) (şəddədir) bəndi də; məqamı cifrisi min beş yüz qırx beş (Hicri 1545-ci il, Miladi 2120-ci il) olub, kafirin başında qiyamət qopmağına işarə edir. La ya`ləmul ğaybə ilAllah (Qeybi Allah`dan başqası bilməz)
Gördüyümüz kimi, Bədiüzzaman Səid Nursi həzrətləri Peyğəmbərimizin (s.ə.v) hədislərindən və əbcədlərdən istifadə edərək Axırzamanda İslamı 3 dövrə bölmüşdür;
Ca`yı diqqət və heyrətdir ki, üç fıkra ( bənd ) bil'ittifaq min beş yüz tarixini göstərməklə yanaşı, çox manidar (mənalı), məqbul və hikmətli şəkildə min beş yüz altıdan (Hicri 1506-cı il, Miladi 2082-ci il) sonra qırx ikidən (Hicri 1542-ci il, Miladi 2117-ci il), qırx beşə (Hicri 1545-ci il, Miladi 2120-ci il) qədər üç böyük dəyişikliyin müxtəlif vaxtlarda tətabüq (bir-birinə uymaq) və təvafüqləridir. Bu fərziyyələr hərçənd ki, təvafüq olduğu üçün dəlil ola bilməz və əsaslı deyil, lakin birdən ihtar edilməsi (işıqlandırmaq) qənaətinə gəldim. Həm qiyamətin vaxtını tam dəqiq heç kim bilməz, lakin belə fərziyyələr bir növ qənaət, üstün ehtimal kimi ola bilər. Fatihə surəsində “Sirati müstəqim” (düz yol) əshabının taifə'i kübrasını (ən böyük topluluğunu) təsvir edən ''Əlləzinə Ən'əmtə Əleyhim'' (özlərinə nemət verdiklərinin) firqəsi, şəddəsiz min beş yüz altı və yaxud, min beş yüz yeddi edərək “Zahirinə ələ`l haqqı” (haqq üzərində olacaqdır) fıkrasının (bənd) məqamına təvafüqü və mənasına tətabüqü (uyğunluğu) və şəddə sayılsa (hədisdə keçən) “la təzalü taifətün min ümməti” (ümmətimdən bir tayfa) bəndinə üç mənalı fərq ilə tam müvəfəqəti (razılığı) və mənən mütəbaqatı (razılaşma) bu hədisin imasını (eyhamını) təyid edib (təsdiq), rəmz (gizli işarə) dərəcəsinə qaldırır. Və mütəaddid ayət'i Quraniyyədə “Siratı müstəqim” (düz yol) kəlməsi, bir mənayi rəmzi ilə Risaləi Nura mənaca və cifrcə (rəqəm) işarə etməyi rəmzə yaxın bir eyham ilə, Risaləi Nur tələbələrinin taifəsi (nəsli) Axırzamanda o taifəi kübrayı əzəmin (o böyük topluluğun) axırlarında bir hizbi məqbul olacağına işarə edir deyə dəfatən (anidən) ihtar (xəbər) edildi. “Gerçək elm ancaq Allah qatındadır.” “Qeybi yalnız Allah bilir.”
Bədiüzzaman Səid Nursi həzrətləri Hicri 1506-cı ilə qədər yəni, 2082-ci ilə qədər İslamın “qalibanə” olacağını bildirmişdir. Yəni İslam əxlaqının geniş yayılacağını və bütün dünyaya hakim olacağını müjdələyir.
Ustad Hicri 1506-cı ildən sonra, yəni 2082-ci ildən degenerasiyanın başlayacağını bildirir. Çünki hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s) vəfat edəcək, İslam əxlaqı tənəzzülə uğramağa başlayacaq. Xristianlıq, yəhudilik yox olacaq, dinsizlik baş alıb gedəcək, müsəlmanlar ibadətlərini gizli yerinə yetirməyə çalışacaqlar. Bir sözlə, İslam məğlub olacaq. (Doğrusunu Allah bilir)
Bədiüzzaman Səid Nursi həzrətləri İslamın çökməsinin Hicri 1542-ci il, yəni 2117-ci il olduğunu xəbər vermişdir. Bu tarixdən sonra İslam və Quran yox ediləcək və son 2-3 il olduqca məşəqqətli keçəcək. Bundan sonra təxminən Hicri 1545-ci ildə, yəni 2120-ci ildə qiyamət qopacaqdır. (Doğrusunu Allah bilir)
Bədiüzzaman həzrətlərinin yaxın tələbələrindən biri Mustafa Sunqur Ağabəy onun qiyamətlə bağlı açıqlamalarını belə ifadə edir:
9-cu Beynəlxalq müşavirədən:
Müxbir: “Ustad: “Həyatım həyatınla davam edəcək. “Sunqur Nur”un bayramları olacaq. Mən o bayramları görə bilməyəcəyəm, ancaq sən görəcəksən. Qəbrimə ziyarətə gəlib bunları mənə danışacaqsan” deyə buyurduğu, onunla birlikdə həbsxanalarda əziyyət çəkmiş Mustafa Sunqur bəyə söz verirəm. Buyurun:
Mustafa Sunqur bəy: “Hal-hazırda dünyanın son dövründə, ən son dövründəyik. “la təzalü taifətün min ümməti zahirinə əl`əl haqqı. “la təzalü taifətün min ümməti” - nin 1542 etdiyini deyir bir məktubunda. O vaxta qədər Risaləi Nur davam edəcək. “Zahirinə əl'əl haq”, ''haqq üzərində qalib olacaqdır. “Bu, 1506-cı il tarixidir. Bu vaxta qədər zahir və aşkaranə bəlkə qalibanə. Bundan sonra düz 42-yə qədər 1506-cı ildən 1542-ci ilə qədər gizli və məğlubiyyət içində vəzifəyi tənviriyyəsinə (aydınlıq) davam edər. Demək ki bu son zamanları...Nəisə bunlar, təbii ki, qeybi şeylərdir. Alakulla, 1-2 il olsa da, bunlar zamanla ortaya çıxacaqdır. Əminəm çıxacağına. Biz son dövrdəyik, son zamanda, yəni son əsrdəyik.”
Cənab Adnan Oktar Bədiüzzaman həzrətlərinin qiyamətlə bağlı açıqlamalarını izah edir:
“Ramazan ayının 10-cu gününün 2-ci saatında” baxın, ustad bu ifadəni məqsədsiz deməyib. “Ramazan ayının 10-cu günün 2-ci saatı”, yəni günortadan sonra 2, küfr əhli bu tarixi unutmasınlar, yaddaşlarına yazsınlar. Ramazan ayının 10-cu gününün 2-ci saatı, saat 2-də... O 10-cu günə Quranda da işarə edilmişdir. 10 gün, ayə var.
“Ramazanda 10-cu günün 2-ci saatında birdən bu hədis yadıma düşdü. Bəlkə də, Risaləi Nur tələbələrinin tayifəsinin nə qədər davam edəcəyini düşündüyümə binaən (düşündüyüm üçün) ihtar (xəbər) edildi” deməklə, yəni mənim tələbələrim nə qədər davam edər, nur tələbələri nə qədər davam edər deyə düşündüm demək istəyir.
''La təzalü taifətün min ümməti.” Ümmətimdən bir tayfa zail olmayıb davam edəcəkdir. Şəddə sayılır, tənvin sayılmaz-bəndinin məqamı cifrisi (əbcədi) 1542-ci il (Miladi 2117-ci il) edərək, nəhayət davamına ima edər (işarə edər). Bax, bu zamana qədər İslam zəif də olsa davam edir, Allah deyənlər davam edir. Nə vaxta qədər? -2117. 2118-ci ildə yox, ondan sonra bitir. “Qeybi yalnız Allah bilir. Zahirinə ələ`l haqq, haqq üzrə davam edəcəkdir. Şəddə sayılır. Fıkrası (bəndi) da məqamü cifrisi 1506-cı il (Miladi 2082-ci il) edir. Bizim fəaliyyət dövrümüz də bu qədərdir. 2082-ci ilə qədər. 2012-ci ildəyik, 2082-ci ilə qədər 70 il var.
70 il vaxtımız var. Hər şey bu müddət daxilindədir. “Bu vaxta qədər zahir və aşkaranə” demək ki, tozunu çıxaracaqlar. “Bəlkə qalibanə” deyir, əslində zahir, aşkaranə, qalibanə deməli idi. Zahir və aşkaranə bunu qəbul edir (açıq aydın qəbul edir).. “Hamının eşidəcəyi şəkildə təbliğ edəcəklər” deyir.
Aşkar təbliğ ediləcək amma “bəlkə qalibanə” deyir. Deməli, əqrəb əyilib artıq. Çünki Mehdi (ə.s), İsa Məsih (ə.s) vəfat etmiş olacaq. “Bəlkə qalibanə sonra düz 42-ci ilə qədər gizli və məğlubiyyət içində” üzü aşağı gedəcək, sonra zahir və aşkar tərk ediləcək. Nə edirlər? Gizli və məğlub şəkildə, artıq zahiri ,açıq şəkildə deyil. Aşkaranə deyil, gizli. Son dərəcə gizli, evləri gizli, ibadətləri gizli, hər şeyləri gizli. Və gizli olduğu üçün başa saldıqları adamlar da qane olmurlar.
Məğlubiyyət var. “Məğlubiyyət içində vazifəyi tənviriyəsinə davam edəcəyinə rəmzə yaxın ima (eyham) edər” ''Vəl elmü inşaAllah” Gerçək elm yalnız Allah qatındadır. “Hətta yetiy-Allahu bi əmrihi''. Allah`ın əmri gələnə qədər, yəni qiyamət qopana qədər.” Şəddə sayılır bəndi də, məqamı cifrisi 1545'' -2120 “kafirin başında qiyamət qopmağına işarə edir.” (Kastamonu lahikası, səh. 33)
2120-ci ilin Ramazan ayının 10-u, saat 2-ni bir yerə yazsınlar. 2120-ni bir qayaya, qranitin üzərinə yazsınlar. (13 iyun 2012-ci il, A9 TV müsahibəsi)