1. Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar iman gətirmirlər. (Tur surəsi, 33)
“Və yaxud yalançı, vicdansız münafiqlər kimi “Quran sənin sözlərindir” deyə səni ittihammı edirlər? Halbuki, indiyə qədər “Muhammedü'l-Emin” deyərək içlərində səni ən doğru danışan bilirdilər. Deməli onların iman etməyə niyyətləri yoxdur. Əks halda Quranın insanların yazdığı əsərlər içində bir bənzərini tapsınlar”. (Sözlər, səhifə: 350)
2. Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)
“Və yaxud, fitrətləri pozulmuş, vicdanları çürümüş şarlatan münafiqlər hiyləgərlər kimi əllərinə keçməyən hidayətdən xalqları aldadıb, hiylə edib çevirməkmi istəyirlər? Sənə qarşı gah kahin, gah məcnun, gah sehrbaz deyib, özləri də inanmadıqları halda başqalarını inandırmaqmı istəyirlər? Belə hiyləbaz şarlatanları insan sayıb gizliliklərindən (desîs), inkarlarından təsirlənərək fütur gətirmə usanma. Əksinə, daha çox cəhd göstər. Çünki, onlar öz nəfslərinə hiylə edirlər, özlərinə zərər verirlər. Və onların pis işlərdə müvəffəqiyyətləri müvəqqətidir və istidracdır (dərəcə-dərəcə əzaba yaxınlaşmaları üçün verilən nemətlərdir), bir mekri İlahidir (onların hiylələrinə qarşılıq Allahın nizamı, oyunudur)”. (Sözlər, səhifə: 353)
3. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə surəsi, 9-10)
“Əvvəla, münafiqliyin birinci cinayəti olan aldatmağa aid ... nəticələrə nəzər salmaq lazımdır.
Birinci: Allahı aldatmaq kimi qeyri-mümkün bir şeyin tələbində olacaqları üçün axmaq olduqları deyilmişdir.
İkinci: Mənfəət niyyəti ilə özlərinə zərər toxudurduqları üçün ağılsız hesab edilmişdir.
Üçüncü: Mənfəəti zərərlərdən ayıra bilmədikləri üçün cahil görülmüşlər.
Dördüncü: Xasiyyətləri murdar, səhhətləri xəstə, həyat eşqləri ölmüş, rüsvayçılıqları ilə alçaq edilmişlər.
Beşinci: Şəfanın tələbi ilə xəstəliklərini artırdıqları üçün alçaldılmış, kiçik və xor görülmüşdür.
Altıncı: Əzabdan dərddən, hüzndən başqa bir şeylə nəticələnməyən qüvvətli bir əzabla təhdit edilmişlər.
Yeddinci: İnsanlar tərəfindən əlamətlərin ən çirkini olan yalan danışmaq ilə cəzalandırılmışlar.