Nur tələbələri Səid Nursinin hz. Mehdi (əs) və hz. İsa (əs) haqqındakı olduqca aydın və dəqiq izahlarına əlavə izahlar gətirərək öz aralarında fərqli qruplaşmalar yaradırlar. Ancaq bununla, əslində, həm Səid Nursini, həm də risalələri lazım olduğu kimi anlayıb qavraya bilmədiklərini göstərirlər. Çünki öz aralarında fərqli qruplara ayrılan Nur tələbələrindən bəziləri “Ustadımız (Səid Nursi) hz.Mehdi (əs) idi”, bəziləri “hz. Mehdi (əs) və hz. İsa (əs) daha əvvəl zühur etdilər və vəfat etdilər”, bir qismi də “ikisi də vəfat etdi, ruhları dabbət-ül Ərzdə toplandı və bu an vəzifə başındadırlar” deyirlər. Onlardan bəziləri hz. Mehdi (əs) risalələrdir deyir, bir qismi də “hz. Mehdi (əs) görünməzdir, çünki mənəvi şəxsdir” fikrini irəli sürür. Onlar hz. İsa (əs) da, hz. Mehdi (əs) da “mənəvi şəxslərdir” deməklə bütün bu fikirlərin hamısını bir kənara qoyaraq "Axırzamanda bir Mehdi deyil, üç Mehdi çıxacaq, eyni anda zühur edəcəklər, biri siyasət, digəri dəyanət, o biri isə səltənət aləmində vəzifələrini icra edəcəklər" kimi olduqca yalnış fikirlə ortaya çıxırlar. Halbuki ortaya qoyulan bütün bu məntiqlər həm əlaqədar insanlar üçün, həm də eyni düşüncəni müdafiə edən insanlar üçün çox böyük bir utancdır. Çünki ortaya atdıqları bu iddiaların hamısı Risalədə yazılanlarla qəti olaraq ziddiyyət təşkil edir, risalələrin ruhundan və Ustad Səid Nursinin düşüncələrindən uzaq, yanlış anlayışlardır.
Hz. İsa (əs) və hz. Mehdinin (əs) bu əsrdə bir şəxs olaraq gələcəklərini qəbul etməyən, onların artıq gəlib vəfat etdiklərini söyləyən, ya da –Səid Nursini tənzih edirik- onu yalançı kimi qələmə verən, onun olduqca açıq olan ifadələrinin ancaq ciddi şərh edildikdə aydın ola biləcəyini deyən və bu əsərlərin təşbehli izahlarla dolu olduğunu göstərən düşüncə tərzi olduqca təhlükəlidir.