Cübbəli Əhməd Hz. Mehdinin (ə) çıxan kimi dərhal tanınacağını, əks halda Hz. Mehdinin (ə) zühurunun hicri 1400-cü ildə olmayacağı və sonrakı əsrə qalacağına dair səhv iddiasının cavabını 13-cü əsrin mücəddidi Ustad Səid Nursi verib. Səid Nursi Risaləsində ən böyük vəli, ən böyük müctəhid olan Hz. Mehdinin (ə) axır zamanda üç vəzifəsi olacağından bəhs etmişdir:
ÇOX VAXT MƏKTUBLARIMDA YAZDIĞIM KİMİ MEHDİ RƏSULUN TƏMSİL ETDİYİ QÜDSİ CAMAATININ ŞƏXSİ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. Əgər tez qiyamət qopmazsa və bəşər (insanlar) tamamilə yoldan azmazsa, o vəzifələri onun cəmiyyəti və seyyidlər (Peyğəmbərimizin (s.ə.v.) nəslindən gələnlər) camaatının edəcəyini rəhməti İlahiyyədən (Allahın rəhmətindən) gözləyirik. Onun üç böyük vəzifəsi olacaq.
(Emirdağ Lahikası, səh. 259)
Ancaq Ustad Hz. Mehdinin (ə) bu üç vəzifəsi arasında ən əhəmiyyətli vəzifənin birinci vəzifə olduğunu ifadə etmişdir. Belə ki, bu ən böyük Vəlinin səltənət və siyasət aləmindəki digər vəzifələri birinci vəzifəsindən sonra gələcəkdir.
Bəzi ayəti kərimə (ayələr) və hədisi şərifə (hədislər) AXIR ZAMANDA GƏLƏCƏK MÜCƏDDİDİ ƏKBƏRİ (ən böyük mücəddidi) mənayi işari ilə (işari mənada) xəbər verirlər. Lakin O GƏLƏCƏK ŞƏXSİN VƏ CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi, zahirən (görünüşcə) ən kiçiyi kimi görünən imanı qurtarmaq və hakaiki imaniyeyi (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsi…
(Tilsimlər Məcmuəsi, s. 168)
Bu vəzifə axır zamanda dəccaliyətin insanlar üzərindəki ən təsirli fəlsəfələri olan materializm və Darvinizmi Allahın yaradılış dəlilləri ilə, yəni iman həqiqətləri ilə izah edərək təsirsiz hala gətirməsidir.
Ustad Səid Nursi Həzrətləri Emirdağ Lahikasında Hz. Mehdinin (a.s.) birinci vəzifəsinin axır zamanda insanlığı təsir altına alan materializm və Darvinizmə qarşı iman həqiqətlərini izah edərək insanların Allaha iman etməsinə səbəb olacağını belə ifadə etmişdir:
Birincisi: ...Fən və fəlsəfənin tasallutiyle (təsiriylə) və MADİYYUN (MATERİALİZM) VƏ TABİYYUN (Darvinizm və təkamül nəzəriyyəsi) BƏŞƏR İÇİNDƏ İNTİSAR ETMƏSİ İLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKİRİNİ (materializm və darvinizmi) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR."(Emirdağ Lahikası, məktub səh. 337)
Axır zamanın Böyük Mücəddidi Hz. Mehdi (ə.s.) bu vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcək, ancaq bu sahədə lazımlı elmi araşdırmaların edilməsi, hazırlanması və insanların bu mövzularda öyrədilib şüurlu hala gətirilmələri və ən sonunda da materializm və Darvinizm olaraq adlandırılan bu iki fəlsəfənin fikri baxımdan təsirsiz hala gətirilməsi çox etinalı bir iş tələb etdiyindən bu vəzifə Hz. Mehdinin (a.s.) təxmin ediləndən daha çox vaxtını alacaq və insanların onu tanımasına mane olacaq. Buna görə də Hz. Mehdinin (a.s.) insanlar tərəfindən tanınmağa başlaması 1979-cu ildən sonra, zühur tarixi hicri 1400-cü il, yəni miladi 2011-2021-ci illər arasında reallaşacaq. (Doğrusunu Allah bilir.)