BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ''HZ. MEHDİNİN (A.S.) ÜÇ VƏZİFƏSİNİN OLDUĞUNU'', ''BU ÜÇ VƏZİFƏNİ HƏM BİR YERDƏ, HƏM DƏ DÜNYA SƏVİYYƏSİNDƏ REALLAŞDIRAN İNSANIN HZ. MEHDİ (Ə.S.) OLACAĞINI'' SÖYLƏMİŞDİR
ucgen

BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ''HZ. MEHDİNİN (A.S.) ÜÇ VƏZİFƏSİNİN OLDUĞUNU'', ''BU ÜÇ VƏZİFƏNİ HƏM BİR YERDƏ, HƏM DƏ DÜNYA SƏVİYYƏSİNDƏ REALLAŞDIRAN İNSANIN HZ. MEHDİ (Ə.S.) OLACAĞINI'' SÖYLƏMİŞDİR

2172
BUNA BAXMAYARAQ "MEHDİLİK ÜÇÜN İKİ VƏZİFƏNİ YERİNƏ YETİRMƏYİN KAFİ OLDUĞUNU SÖYLƏYİB BƏDİÜZZAMANI MEHDİ ELAN ETMƏK" SƏMİMİ YANAŞMA DEYİL.
 
Bədiüzzaman əsərlərində "Hz. Mehdinin (a.s.) üç vəzifəsinin olduğunu" və "Hz. Mehdini (a.s.) məhşurlaşdıran əlamətlərinin - üç vəzifənin bir yerdə yerinə yetirilməli olduğunu" bildirmişdir. Bu vəzifələrin birincisi "materialist, Darvinist və ateist fəlsəfələrlə fikri mübarizə aparılması və bu cərəyanların fikri mübarizə ilə tam olaraq susdurulması"dır. İkincisi, "İslam dünyasının liderliyini boynuna götürərək İslam Birliyinin təmin edilməsi", üçüncüsü isə "Quran əxlaqının və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini yenidən canlandırmaqla bütün dünyaya hakim olması"dır. Bədiüzzaman öz yaşadığı dövrdə bu üç vəzifəni birdən yerinə yetirə bilmədiyini və bunu ancaq Hz. Mehdinin (a.s.) reallaşdıra biləcəyini söyləmişdir:
HƏM BU ÜÇ VEZAİFİ (vəzifəni) BİRDƏN BİR ŞƏXSDƏ YAXUD CAMAATDA BU ZAMANDA OLMASI VƏ MÜKƏMMƏL OLMASI VƏ BİR-BİRİNƏ MANE OLMAMASI (zərər verməməsi) ÇOX UZAQ, SANKİ QABİL (mümkün) GÖRSƏNMİR. AXIR ZAMANDA AL-İ BEYT-İ NƏBƏVİNİN (A. S. M.) (Peyğəmbərimizin (s.ə.v.) nəslinin) CAMAATI NURANİYESİNİ (nurani camaatını) TƏMSİL EDƏN HƏZRƏTİ MEHDİDƏ VƏ CAMAATINDAKI ŞƏXSİ MƏNƏVİDƏ ANCAQ İCTİMAİLƏŞDİRİLƏ BİLƏR (bir yerə yığıla bilər, toplana bilər).
(Kastamonu Lahikası, s. 139)
 
Hərçənd hər əsrdə hidayət verici, Hz. Mehdi kimi mücəddid gəlib və gəlir. Lakin HƏR ÜÇ VƏZİFƏNİN HƏRƏSİNİ BİR CƏHƏTDƏN (baxımdan) YERİNƏ YETİRDİKLƏRİNƏ GÖRƏ AXIR ZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI ALMAMIŞLAR.
(Emirdağ Lahikası, s. 260)
 
Bədiüzzaman Hz. Mehdinin (a.s.) "ÜÇ VƏZİFƏNİ BİRDƏN" yerinə yetirəcəyini ifadə edib və özü də daxil olmaqla əvvəlki mücəddidlərin heç birinin bunların üçünü bir yerdə reallaşdırmadığını bildirib. Bədiüzzaman həm də "BU ZAMANDA" sözləri ilə öz yaşadığı dövrdə Hz. Mehdinin (a.s.) yerinə yetirəcəyi üç vəzifəni tək bir şəxsin eyni anda yerinə yetirməsinin mümkün olmadığını söyləyib. Bu üç vəzifənin bir-birinə maneə olmamasının da qeyri-mümkün olduğunu söyləyib. Bədiüzzaman bu qənaətinin nə qədər güclü olduğunu isə "ÇOX UZAQ" və "SANKİ QABİL (MÜMKÜN) GÖRÜNMÜR" sözləri ilə ifadə etmişdir. Bədiüzzaman ancaq özündən bir əsr sonra gələcək Böyük Mehdinin bu vəzifələrin hamısını yerinə yetirəcəyini bildirib.
Bədiüzzaman bir başqa sözündə də Quran əxlaqını dünya üzərində hakim etmək məqsədi ilə əvvəlki əsrlərdə də bəzi müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin axır zamanda Hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni bir yerdə yerinə yetirmədiklərini bildirib. Buna görə də axır zamanın "BÖYÜK MEHDİ"si ünvanını almadıqlarını qeyd edib.
Bədiüzzaman Risale-i Nur Hz. Mehdinin (a.s.) üç vəzifəsindən birincisinin "imanı qurtarmaq" vəzifəsini yerinə yetirəcəyini söyləyib. Bu xidmətlər dar çərçivədə, yəni məhdud sahədə qaldığı üçün "Hz. Mehdi imani işləri genişlədərək İslam əxlaqının “bütün dünyada” hakim olmasını təmin edəcək":
 
Bəzi ayəti kərimə (ayələr) və hadisi şərifə (hədislər) AXIR ZAMANDA GƏLƏN MÜCƏDDİDİ ƏKBƏRİ (ən böyük mücəddidi) mənai işari ilə (işari mənada) xəbər verir. Lakin O GƏLƏCƏK ŞƏXSİN VƏ CƏMİYYƏTİNİN ÜÇ VƏZİFƏSİNDƏN ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi kimi görünən imanı qurtarmaq və hakaiki-imaniyeyi (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risale-i Nur və şagirdlərinin (tələbələrinin) şəxsi mənəvisi tam etdiklərindən, O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ RİSALE-İ NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ, HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ TƏTBİQƏ (uydurmağa) ÇALIŞMIŞLAR və Şəriəti əhya (Quran əxlaqının əsaslarını xatırladaraq yenidən həyata keçirmə) və xilafəti tətbiq olan ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR.
(Sikkan-i Təsdiq-i Qeyb, S. 9)
 
Bədiüzzaman Böyük Mehdi adını daşıyan HZ. MEHDİNİN (A.S.) İMANI QURTARMAQ VƏZİFƏSİNİ, HƏM DİGƏR İKİ VƏZİFƏSİ İLƏ BİR YERDƏ, HƏM DƏ DÜNYA SƏVİYYƏSİNDƏ reallaşdıracağını açıqlayıb. Bildiyimiz kimi "Bədiüzzaman Hz. Mehdinin digər vəzifələri olan İslam Birliyini meydana gətirməmiş, bütün dünyadakı müsəlmanların mənəvi lideri olma xüsusiyyətini daşımamış, bu xüsusiyyətə istinad edərək xristian dünyası ilə ittifaq etməmiş, Quran əxlaqının və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinin yenidən canlandırılması ilə bütün dünyaya hakim olmasına səbəb olmamışdır."
Bütün bu məlumatlar həqiqətləri çox açıq şəkildə ortaya qoyduğu halda Bədiüzzamanın bunlardan yalnız bir-iki dənəsini çox məhdud çərçivədə həyata keçirməsi Mehdilik əlaməti olduğunu söyləmək səmimi yanaşma deyil. Bədiüzzamanın bütün dünyaya İslam əxlaqını hakim etmədiyi, bütün dünya müsəlmanları arasında İslam birliyini qurmadığı, xristianların hamısının İslama yönəlmələrinə səbəb olmadığı çox açıqdır.
BƏDİÜZZAMAN "HZ. MEHDİNİN (A.S.) HƏM DİYANƏT, HƏM SİYASƏT, HƏM DƏ SƏLTƏNƏT SAHƏLƏRİNDƏ MEHDİLİK EDƏCƏYİNİ" BİLDİRMİŞDİR.
Bədiüzzaman Hz. Mehdinin (a.s.) üç ayrı sahədə birdən Mehdilik edəcəyini, yəni həm "SİYASƏT MEHDİSİ", həm "SƏLTƏNƏT MEHDİSİ", həm də "DİYANƏT MEHDİSİ" olacağını bildirib. Bədiüzzaman Hz. Mehdinin (a.s.) bu xüsusiyyətlərini belə ifadə etmişdir:
"Böyük Mehdinin bir çox vəzifələri var. SİYASƏT ALƏMİNDƏ, DİYANƏT ALƏMİNDƏ, SƏLTƏNƏT ALƏMİNDƏ, BİR ÇOX SAHƏDƏ İŞLƏRİ OLDUĞU KİMİ MÜBARİZƏ ALƏMİNDƏ DƏ…
(Şüalar, s. 590)   
 
Bədiüzzamana görə "Hz. Mehdi (ə.s.) Mehdilik vəzifəsini yalnız tək bir sahədə reallaşdırmayacaq, dörd ayrı sahədə böyük və əhəmiyyətli fəaliyyətləri olacaq".
Bədiüzzaman Hz. Mehdinin (a.s.) yerinə yetirəcəyi üç böyük vəzifə haqqında geniş məlumat verib və Hz. Mehdinin (a.s.) "diyanət, siyasət, səltənət və mübarizə sahələrində Mehdilik vəzifəsini hansı şəkildə yerinə yetirəcəyini" də təfərruatlı şəkildə izah edib. Bu sözlərində Hz. Mehdinin (a.s.) "İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, müsəlmanların mənəvi liderliyini boynuna götürərək İslam Birliyini təmin edəcəyini, xristian dünyası ilə ittifaq edəcəyini" ətraflı olaraq izah etmişdir.
Bədiüzzamanı Mehdi zənn edən insanlar Peyğəmbərimizin (s.ə.v.) hədislərində, Bədiüzzamanın da əsərlərində açıqlandığı kimi Hz. Mehdinin (a.s.) ikinci və üçüncü vəzifələrinin yerinə yetirilməmiş olmasına şərh gətirə bilməyiblər. Bədiüzzaman ömrünü İslama xidmətə həsr etmiş, bu yolda hər cür fədakarlığı gözə alaraq imani istiqamətdə çox böyük xidmət göstərmişdir. Ancaq həyatda olduğu vaxtda bütün müsəlmanların mənəvi lideri olma xüsusiyyətini daşımamış, İslam Birliyini qurmamış, xristian dünyası ilə ittifaq etməmiş, Hz. İsa (ə.s.) ilə bir yerə gəlməmiş, birlikdə namaz qılmamış və İslam əxlaqının bütün dünyaya hakim olmasına səbəb olmamışdır. Sözlərində qeyd etdiyi kimi siyasət və səltənət aləmində Mehdilik vəzifəsini boynuna götürməmişdir. Bütün dünyaya haqq və ədalət gətirməmiş, bütün müsəlman dünyası üzərindəki zülm və haqsızlıqların aradan qaldırılmasına səbəb olmamışdır.
BƏDİÜZZAMAN "HZ. MEHDİNİN BÖYÜK MADDİ QÜVVƏT VƏ HAKİMİYYƏT SAHİBİ OLACAĞINI" BİLDİRMİŞDİR, ANCAQ BƏDİÜZZAMAN HƏYATINI ÇƏTİNLİK İÇƏRİSİNDƏ KEÇİRMİŞDİR
... O ŞƏXSİN (HZ. MEHDİNİN (A.S.)) İKİNCİ VƏZİFƏSİ QURAN ƏXLAQINI İCRA ETMƏK VƏ HƏYATA KEÇİRMƏKDİR. Birinci vəzifə maddi qüvvətlə deyil, qüvvətli etiqad, ixlas və sədaqətlə olduğu halda, ikinci vəzifə ÇOX BÖYÜK MADDİ QÜVVƏT VƏ HAKİMİYYƏT TƏLƏB EDİR.
(Sikkey-i Təsdiq-i Qeybi, s. 9)
 
Bədiüzzaman Hz. Mehdinin (a.s.) vəzifələrindən birinin "QURAN ƏXLAQINI CƏMİYYƏT İÇƏRİSİNDƏ YAŞATMAQ" olduğunu və "BU VƏZİFƏNİN ANCAQ "BÖYÜK MADDİ QÜVVƏT VƏ HAKİMİYYƏTLƏ" REALLAŞDIRILA BİLƏCƏYİNİ" qeyd etmişdir. Bu gücə sahib olacaq tək insan Hz. Mehdidir (a.s.). Maddi güc və hakimiyyətin olması onun digər vəzifələrini reallaşdırmasına da səbəb olacaq. Peyğəmbərimizin (s.ə.v.) dövründən bu yana güc və hakimiyyət təmin edilməmişdir. Bədiüzzaman da yaşadığı müddətdə güc və hakimiyyət sahibi olmamışdır. Bütün həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu yolda hər cür fədakarlığı gözə almış və çox böyük xidmət göstərmişdir. Ancaq Bədiüzzamanın təbliği maddi qüvvət və hakimiyyət içərisində deyil, maddi şərtlərin çox çətin olduğu bənzərsiz çətinliklər içərisində keçmişdir. Həm Bədiüzzaman, həm də tələbələri böyük xidmətlərini çox məhdud imkanlarla reallaşdırmışlar. Bu səbəbdən Bədiüzzaman hakim mövqeyində olmamış, əksinə təzyiq altına alınmış, ömrünün 30 ilini əsarət, maddi çətinliklər içərisində keçirmişdir. İnsanların dəstəyini qazanmamış, əksinə olaraq müxtəlif haqsızlıqlara uğramış, əziyyətlərə düçar olmuş, həyatının böyük hissəsini həbs və sürgündə keçirmişdir. Bütün bunlar Allahın izni ilə onun dünyadakı və axirətdəki mövqeyini ucaldan çox şərəfli hadisələrdir. Bütün bu çətinliklər Bədiüzzamanın şərəfli mübarizəsini daha da qiymətli etmiş, ixlas və səmimiyyəti ilə müsəlmanlara nümunə olmuşdur. Ancaq bir tərəfdən də özünün də ifadə etdiyi kimi Hz. Mehdinin (a.s.) əldə edəcəyi "çox böyük maddi qüvvət və hakimiyyət"in Bədiüzzamanın həyatında olmadığını açıq şəkildə ortaya qoyub. Bədiüzzaman bütün bunların hamısının özündən sonrakı əsrin mücəddidi olaraq Hz. Mehdiyə nəsib olacağını bildirmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo