Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)
Rəbbə güvən, yaxşılıq et... Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən... Rəbbə ümid bağlayanlar yer üzünün varisi olacaqdır. (Məzmurlar, 37:3-9)
Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq alacaq… Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. Rəbbə salehlərin hər günü məlumdur, Onların mirası əbədi olacaq. (Məzmurlar, 37:11, 17-18)
Yer üzünün qurtaracağınadək hər yerdə Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdəyə qapanacaqlar. Çünki hökmranlıq Rəbbindir… (Məzmurlar, 22:27-28)
…Davud sülaləsindən güclü hökmdar (Mehdi) yetirəcəyəm, məsh etdiyim (seçdiyim) padşahın soyu üçün bir çıraq hazır etmişəm. Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq. (Məzmurlar, 132:17-18)
Rəbdən qorxan kimdir?... O bəxtəvər yaşayacaq, onun nəsli yer üzünün varisi qalacaq. Rəbb Ondan qorxanlara sirrini açar... (Məzmurlar, 25:12-14)
Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən. Varlığınla Sən onu fərəhləndirmisən. Çünki padşah (Mehdi) Rəbbə güvənir, Haqq-Təalanın məhəbbəti ilə sarsılmazdır. (Məzmurlar, 21:5-7)
Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın! (Məzmurlar, 72:17)
Nə itidir oxların, padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. (Məzmurlar, 45:5)
(Hz. Mehdi (ə.s) dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. (Məzmurlar, 72:8)
Rəbb padşahına böyük zəfərlər verər. Məsh etdiyi padşaha (Mehdiyə)... əbədi məhəbbət göstərər. (Məzmurlar, 18:50)