İngiltərə Avropa Birliyindən nəyə görə ayrılmaq istəyir? Səsləndirilməyən həqiqət nədir?
ucgen

İngiltərə Avropa Birliyindən nəyə görə ayrılmaq istəyir? Səsləndirilməyən həqiqət nədir?

1392

Dövlətlər arasındakı əlaqələr insanların arasındakı əlaqələr kimidir. Əgər birliklər, yaxınlıqlar və razılaşmalar sevgi və güvənlə dəstəklənməzsə, münasibətlərdə soyuqluq və fikir ayrılıqları meydana gələr. İngiltərənin Avropa Birliyi ilə əlaqələrində də son illərdə buna bənzər bir soyuqluq meydana gəlmişdir və ingilis xalqının bir hissəsi Avropa Birliyindən çıxmağın tərəfdarı oldular. Siyasətçilərin də bu tələbi gündəmə gətirməsi ilə İngiltərənin Avropa Birliyindən ehtimal olunan ayrılığı gündəmə gəldi.

İnsanlar tək yaşamaq istəməz. Tək yaşayan insanlar özlərini təhlükəsiz şəraitdə hiss edə bilməz və potensialından tam şəkildə  istifadə edə bilməzlər. Dövlətlər də belədir. Hər bir dövlət hər hansı bir birliyin üzvü olmaq istəyər. Belə halda dövlət özünə yönələn mümkün təhlükələrə qarşı birlikdə mübarizə aparacaq müttəfiqlərinin olacağını, istehsal etdiyi malları asanlıqla sata biləcəyi  bazarın olacağını və iqtisadi əməkdaşlığa ehtiyac olan hallarda yanında dostlarının olacağını düşünür.

Bu baxımdan Avropa Birliyi çatışmazlıqları olsa da, uzun müddət  Avropa qitəsi üçün nizamlayıcı fəaliyyəti yerinə yetirmişdir. İngiltərə və Avropa Birliyinin yolları təxminən 40 il əvvəl kəsişdi. 40 il əvvəl İngiltərə üçün həm xarici əlaqələr, həm də sənaye baxımından fərqli bir mühit vardı. Dövrün Avropa İqtisadi Birliyi (AİB) bütün dünya iqtisadiyyatının 40%-ni özündə cəmləşdirmişdi.  AİB İngiltərəni özünə cəlb etmək üçün xüsusilə iqtisadiyyat amilini ön plana çıxarmışdı və buna görə də İngiltərənin qoşulma qərarı xalq tərəfindən də dəstəklənmişdi. Qarşıdakı 10 il ərzində isə AB-nin (əvvəlki adı ilə AİB) dünya iqtisadiyyatındakı payının 15%-dən aşağı düşəcəyi ehtimal olunur. 15%-ə düşən nədir? İqtisadiyyatmı? Əslində, İngiltərə Avropa Birliyində qalmaq barədə qərar qəbul etsə də, bu qərarda iqtisadiyyat həlledici amil olmayacaq.

Digər tərəfdən, ingilislərin böyük bir qisminin Avropa birliyindən ayrılmaq istəmələrinin əsas səbəbi iqtisadiyyat da deyil. Bəs bağlı qapılar arxasında danışılan, lakin etiraf edilməyən həqiqi səbəb nədir? İngiltərədəki Avropa Birliyi müzakirələrinə baxdığımızda ictimaiyyət qarşısında danışılan səbəbin iqtisadiyyat olduğu bildirilsə də, əslində əsl narahatlığın qaynağı mədəniyyət olması düşünülür. Müzakirələr həmişə mühacir siyasəti üzərində dayanır. İngiltərə əsaslı bir tarixə sahibdir və Avropa qitəsində mədəniyyətin inkişafına vəsilə olmuş ölkələrdəndir. İngilis mədəniyyətinin tənqid olunası bir çox xüsusiyyəti olduğu kimi nümunə götürüləsi bir çox xüsusiyyəti də vardır. Türklər və ingilislər əsrlər boyunca müxtəlif səbəblərlə mədəniyyət mübadiləsində olmuşlar. Müasir zamanda moda deyiləndə necə ki, İtaliya ağıla gəlirsə, keyfiyyətli parçalar, süfrə ədəbi, bağçılıq mədəniyyəti kimi anlayışlardan bəhs edəndə də İngiltərə ağıla gəlir. Müasir demokratik konstitusiyaların Avropada təməli olan “Böyük Azadlılar Xartiyası”nı (“Magna Carta Libertatum”) da ehtiva edən bir çox dünya səviyyəsində nüfuzlu fikir cərəyanı da İngiltərədə yaranmışdır. Avropada Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi köklü mədəniyyət ocaqları olmuşdur. Bir çox sivilizasiyalar var, amma İngiltərə olmasa digər mədəniyyətlərin tənəzzül edəcəyini demək olmaz.

İngiltərədə mühacirlərin tez-tez irqçi hücumlara məruz qalmaları aşkar məsələdir. Ölkədəki kiçik-böyük bir çox partiyalar da siyasətlərini irqçiliyə əsaslanaraq icra edirlər. İrqçiliyin hər növü ifşa edilməlidir və irqçi siyasətlərə hər zaman qarşı çıxılmalıdır. Dərisinin rəngi, etnik mənşəyi, dini və ya başqa səbəbə görə heç bir insanın şəxsiyyəti alçaldıla bilməz, onlara zülm edilə bilməz, ölkədən xaric edilə bilməzlər, ikinci sinif insan kimi rəftara məruz qala bilməzlər. Bu çox böyük əxlaqsızlıq və hər dində qadağan edilən bir vəhşilikdir. Ancaq bir ölkənin öz mədəniyyətinə sahib çıxması da irqçilik kimi başa düşülməməlidir. İngiltərənin mühacir siyasəti barədə Avropa Birliyindən şikayətçi olması yalnızca ingilis qanı daşıyan insanlarla bir adada yaşamaq istəyindən qaynaqlanmır. Təbii ki, bu ideologiyada olan irqçi düşüncələrlə mühacirləri xaric edən bir siyasət də mövcuddur. Ancaq insanlarda öz ölkələrindəki görkəmli, keyfiyyətli və ən üst səviyyədə mədəni standartları qorumaq istəyi də var. Amma bunun həlli mühacirlərə qapılarını bağlamaq deyil, mühacirlərin təhsilinə ciddi bir investisiya ayırmaq və qeyri-hökumət təşkilatlarını bu istiqamətdə təşviq etmək olmalıdır.

Həyat keyfiyyətindəki tənəzzül bütün dünya üçün bir təhlükədir. İslam aləmi də bu  problemlə qarşı-qarşıyadır. Mədəniyyətin və keyfiyyətin qorunub saxlanılması hər ölkə üçün çox vacibdir. Mədəniyyəti korlamağa çalışan, yaşıllıqlara zərər vuran, mədəni həyatın ehtiyaclarından uzaq bir həyat tərzini hədəf alan insanlar vardırsa da, mühacir və ya yerli xalq fərq etmədən dövlət bu mövzuda mədəni, hüquqi tədbir, sanksiyalar və hərtərəfli maarifləndirmə siyasəti yerinə yetirməklə bu problemi həll etmək ilə məsuldur.

Avropa Birliyi Avropa mədəniyyətini birləşdirən bir ortaq nöqtədir. Təşkilati olaraq demokratiyanın ünsürlərini üzv ölkələrə standart şəkildə tətbiq etdirməsi əhəmiyyətli bir töhfədir. Hazırda mənəvi həyəcanını itirmiş  Avropa Birliyi cəmiyyətləri mədəni baxımdan da təsir gücünü itirmiş vəziyyətdədir. İngiltərənin bu birlikdən ayrılması, başqa ayrılıqları da qızışdırıb birliyin dağılması ilə nəticələnə bilər. Buna görə də İngiltərənin öz mədəniyyətini mühafizə altına almasına istiqamətlənən tənzimləmələri mühacirlərin də hüquqlarını qoruyacaq şəkildə qəbul etsə, buradakı keyfiyyət artımı qitə dövlətlərinə də təsir edə bilər və qitə daxilində müsbət bir hərəkətliliyə səbəb ola bilər. Bunu da unutmayaq ki, Avropa Birliyinin ən vacib ehtiyacı olduğu şey mənəvi oyanışdır.

Adnan Oktarın “Weekly Blitz”də  yayımlanan məqaləsi:

http://www.weeklyblitz.net/2014/06/uk-want-leave-eu-truth-spoken/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr