Miqrant probleminə Avropa İttifaqının yanaşması: doğrular və yanlışlar
ucgen

Miqrant probleminə Avropa İttifaqının yanaşması: doğrular və yanlışlar

722
 

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bu gün içində olduğumuz miqrant böhranı II Dünya Müharibəsi zamanı baş verən vəziyyətdən daha acınacaqlıdır. 2014-cü ilin sonuna olan rəqəmlərə görə, təqribən 60 milyon insan müharibələrə görə evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb.

(http://file.setav.org/files/pdf/20151130112435turkiye-almanya-ve-ab-ucgeninde-multeci-krizi-pdf.pdf)

 

 

Miqrantlar sanki yanğın yerinə çevrilən Yaxın Şərq ölkələrindən dünyaya yayılır. Vətəndaş müharibələrindən və qətliamlardan qaçmağa çalışan yüz minlərlə qadın, uşaq və yaşlı insan Avropa qitəsinə sığınmaq üçün Aralıq və Egey dənizini canları bahasına keçməyə çalışır. Bu qeyri-qanuni və riskli səfərlərdə minlərlə insan boğularaq can verir, demək olar ki, hər gün körpələrin cansız bədənləri sahilə vurur.

 

 

Vicdan sahibi hər kəsin soruşmalı olduğu bir sual var: bu fəlakətə şahid olan ölkələr nə etməlidir?

 

 

Yaxın Şərqdə baş verən miqrant böhranını sahiblənən Türkiyə, Livan və İordaniya kimi qonşu müsəlman ölkələr üzərlərinə düşəni yerinə yetirməyə çalışırlar. Xüsusilə Türkiyə "açıq qapı siyasəti" ilə Türk-İslam qonaqpərvərliyini göstərərək ən çox miqrantı öz torpaqlarına qəbul etdi, xüsusi yaşayış mərkəzləri quraraq miqrantlara qucaq açdı. Əslində Avropa İttifaqı üzvü olan ölkələr də bu sayədə kütləvi miqrant axınından çox az təsirləndi, lakin bu həqiqət çox gündəmə gəlmədi. 2015-ci ilin iyunundan etibarən dəniz yolu ilə Avropa qitəsinə çatmağa çalışanların sayı artdı və yolda həyatlarını itirən miqrantların xəbərləri yayıldıqca Avropa ölkələrinin bu humanitar problemə münasibətlərindəki çatışmazlıqlar də sorğu-sual edilməyə başlandı.

 

 

Avropalı liderlər ard-arda toplantılar keçirərək miqrant probleminin böyüklüyünü müəyyən etməyə, buna qarşı tətbiq edəcəkləri üsulları müəyyən etməyə çalışdılar. Avropa Şurası tərəfindən əldə olunan nəticə Şengen regionu ətrafına daha möhkəm müdafiə divarı çəkmək, Türkiyə kimi sərhəd ölkələrə maddi yardım edərək daha çox sayda miqrantı himayə etmələrini təmin etmək və sərhədlərində xüsusi təhlükəsizlik tədbirləri görməsini təşviq edərək qaçaq miqrantların Avropaya getməsini çətinləşdirmək oldu.

(http://www.aljazeera.com/programmes/insidestory/2015/11/turkey-refugees-europe-151130173600278.html)

 

 

Avropa İttifaqı - Türkiyə Birgə Fəaliyyət Planı adı ilə qələmə alınan bu tədbirlərin əslində təhlükəsizlik qayğısı ilə hazırlandığı və problemi yerində həll etmək əvəzinə, Avropa İttifaqı üçün zərər nəzarət perspektivini ön plana  çıxaran xətdə olduğu aydın görünür. "Türkiyənin suriyalı qaçqınları Türkiyədə qalmağa razı etməsi və Avropa İttifaqı ölkələrinə qeyri-qanuni yollardan girmək istəyənlərə daha ciddi nəzarət etməsi"ni nəzərdə tutan layihədə «Reuters»in xəbərinə görə, bütün bunların qarşılığında Türkiyəyə 3 milyard avro maddi yardım təklif edilir. Bununla yanaşı Türkiyənin Avropa İttifaqı üzvlüyü üçün yeni müzakirə başlıqlarının açılması, viza sərbəstliyi prosesinin sürətlənməsi, Türkiyənin yüksək səviyyəli Avropa İttifaqı zirvə görüşlərinə dəvət edilməsi və "təhlükəsiz ölkələr siyahısına əlavə olunması kimi məsələlərin də danışıqlarda yer aldığı da məlum olur.  (http://www.usak.org.tr/images_upload/files/Book%201e.pdf)

 

 

Türkiyə üzərindən miqrantlara qarşı planlar həyata keçirilən bəzi Avropa ölkələrində isə maraqlı proseslər baş verir. Bəzi üzv ölkələr Avropa Komissiyasının təklif etdiyi kimi, miqrant kvotalarını artırmaq bir yana qalsın, Paris hücumlarından sonra təhlükəsizliyi əsas gətirərək  mövcud kvotalarını da azaltmağa çalışırlar.(http://csis.org/publication/european-refugee-crisis-need-long-term-policies-and-lessons-nordic-region)

 

 

Əslində bu vəziyyət Avropa İttifaqının quruluş prinsipləri arasında yer alan "sərbəst hərəkət etmək hüququnun" pozulması anlamına gəlir ki, Dublin müqaviləsinin mənfi cəhətlərini də bu məqamda gündəmə gətirməkdə fayda var. Avropa İttifaqı üzvü olan ölkələr arasında miqrant məsələsini tənzimləyən Dublin Sazişi, "bir miqrant Avropa İttifaqı ərazisinə hansı ölkədən daxil olsa, o ölkədə sığınacaq üçün müraciət edə bilər" şərtini qoyur. Bu səbəbdən, miqrantlar Avropa İttifaqının su sərhədlərindən ilk giriş etdikləri, Aralıq dənizinin sahili olan İtaliya, Yunanıstan və Malta kimi ölkələrdə cəmləşirlər.

 

Avropa İtifaqının həmrəylik ruhuna zidd olan Dublin müqaviləsini irəli sürərək başda Fransa, İngiltərə və Şərqi Avropa ölkələri olmaqla bir çox Avropa İttifaqı ölkəsi Avropa İttifaqı Komissiyasının "qaçqınların üzv ölkələr arasında ədalətli bölüşdürülməsi" çağırışlarına qulaqlarını tıxaya bilirlər.

(http://file.setav.org/Files/Pdf/20151130112435_turkiye-almanya-ve-ab-ucgeninde-multeci-krizi-pdf.pdf)

 

 

Digər tərəfdən, daha humanist münasibət göstərən Almaniya, Avstriya və İsveç kimi bəzi Avropa ölkələri isə İttifaqın ümumi tendensiyasını gözardı edərək çox sayda miqranta qapılarını açdı. Hətta Alman Kansleri Angela Merkel bəzi ölkə liderləri tərəfindən açıq qapı siyasətinə görə tənqid edilməsinə baxmayaraq, mövqelərinin əxlaqı bir zərurət və vicdani bir öhdəlik olduğunu bildirdi.

(http://edition.cnn.com/2015/11/24/opinions/dempsey-europe-refugee-crisis/index.html)

 

 

Bunlar gözəl nümunələrdir, ancaq Avropa İttifaqı, ölkələrinin ümumi sərhədlərinə daha hündür tikanlı məftillər çəkərək, Yaxın Şərqə qonşu ölkələrə maddi yardımlar edərək miqrantların öz torpaqlarına çatmasının qarşısını almaq istəyir. Fərqli düşünən az sayda ölkənin daha humanist münasibəti mühüm fərq yaratmağa yetərli olmur. Həmçinin bütün İttifaq üzvlərinin həmfikir olduqları bir üsul da var, o da hərbi müdaxilə variantı.

 

 

Ümumiyyətlə Yaxın Şərqdə və xüsusilə miqrant böhranının cəmləşdiyi Suriya və İraqda başda İŞİD olmaqla terrorçu olaraq qəbul edilən qruplara qarşı güclü hava hücumlarına zərurət olduğu düşünülür. Ancaq hava hücumlarının etina ilə aparıldığı iddia edilsə də, məsum insanların həyatlarını itirməsinə səbəb olur. İllərdir İraq, Suriya, Yəmən kimi ölkələrdə müxtəlif koalisiya qüvvələri tərəfindən təşkil edilən hava hücumlarında minlərlə məsum insanın həlak olduğu müəyyən edilib. Digər tərəfdən bu metod o ölkədəki daxili iğtişaşları və münaqişələri dayandırmadığı kimi, Qərb düşmənçiliyini və radikalizmi daha da alovlandırır.(http://www.npr.org/sections/parallels/2015/10/01/444912621/u-s-backed-saudi-bombing-campaign-blamed-for-civilian-deaths-in-yemen)

 

 

Bəs hava hücumları yolu ilə miqrant problemi aradan qaldırıla bilərmi?

 

 

Əlbəttə ki, yox.

 

 

Miqrant böhranlarının qarşısını almaq və böyük ədalətsizlik yaşayan bu insanları normal həyata qovuşdurmaq ancaq problemin kökünə düzgün perspektivdən yanaşaraq mümkün ola bilər. Mövcud müharibələri və qarşıdurma mühitini qızışdırmaq, havadan bomba yağdırmaq heç vaxt həll yolu deyil.

 

 

Miqrant böhranının həll planının iki istiqaməti olmalıdır. Birinci mərhələ, yaxın perspektivdə bütün miqrantların humanitar ehtiyaclarının ödənilməsi üçün yerləşmələri, qidalanmaları, qeydiyyata alınmaları və miqrasiya etdikləri ölkələrə adaptasiya olmaları üçün müxtəlif güzəştlərin edilməsidir. Daha sonra bu insanların iş həyatına inteqrasiyası, gəlir əldə etmələri və sığındıqları ölkənin iqtisadiyyatına müsbət töhfə vermələri hədəflənə bilər. İkinci mərhələ, miqrasiya  etmək məcburiyyətində qalan insanların öz vətənlərində rahat və firavan həyat yaşamaları üçün vətəndaş müharibələrinin və münaqişələrin həlli mərhələsidir. Bunu tətbiq etməyin yolu isə texniki tədbirlər deyil, insanların qəlbindən alınmış sevgini yenidən qəlblərə yerləşdirməkdir.

 

 

Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi: 

http://www.nst.com.my/news/2016/01/120700/eus-rights-and-wrongs-refugee-crisis

 

 

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo