Amerikan xəyalı geri qayıtmalıdır
ucgen

Amerikan xəyalı geri qayıtmalıdır

507
Amerikan xəyalı ABŞ Müstəqillik Bəyannaməsində ortaya çıxan bir anlayışdır. Bəyannaməyə görə bütün insanlar bərabər şəkildə yaradılmış və Yaradıcıları tərəfindən əllərindən alına bilməyəcək hüquqlar verilmişdir. Bu hüquqların ən əhəmiyyətliləri yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq hüququdur.
 
Amerikan xəyalı bu səbəblərdən daima həm Amerika xalqının, həm də digər qitələrin azadlıq simvolu oldu. Uzun illər hərbi asılılıq, diktatorlar və ya dəmir qapılar ardında qalan ölkələrin sistemləri Amerika demokratiyasına qovuşmaq həsrəti içində oldu. Bu ölkələrin xalqları hər zaman Amerika xalqının sevincini və azadlığını yaşamaq istədi. Çünki Amerika xalqı insanın hüquqları ilə birlikdə yaradıldığını qəbul edən, azadlıqlar içində xoşbəxt bir xalq idi.
 
Amma bəs indi?
 
Zəncirlə əhatələnmiş ölkələr üçün Amerika keçmişdə bir xəyal ikən, hazırda bu xəyal get-gedə bulanıqlaşır. Amerikaya qəzəb, xüsusilə MENA bölgəsində daha da artarkən, Amerikanın müttəfiqi olan ölkələrdə belə bu qəzəb güclənir. Amerikanın demokratiya gətirəcəyinə artıq heç kim inana bilmir, demokratiya vədi artıq hər kəsə daha çox qan, şiddət və bölünməni xatırladır.
 
Gözəl Amerikan xəyalı Şərq üçün təsirini böyük ölçüdə itirmişdir. Lakin burada əsl üzərində dayanmaq istədiyimiz mövzu Amerika xalqı üzərindəki təsiridir. Xoşbəxt, ümidvar, şövqlü insanların ölkəsi olaraq bildiyimiz Amerika necə və nə üçün intihar, hücum, etirazların ölkəsi oldu? Xalqı niyə bədbəxtdir?
 
Bu mövzunu araşdıran qərbli bir çox yazar xalqın bədbəxtliyinin səbəbini iqtisadi böhranlarla əlaqələndirirlər. Halbuki iqtisadi böhran bədbəxtliyin səbəbi deyil, bədbəxtlik iqtisadi böhranın səbəbidir. İnsanlar bədbəxt, güvənsiz və narahat olduqları zaman pulu gizlədir, paylaşmır və investisiya qoymurlar. Böhran bu zaman inkişaf edir.
 
Bu səbəbdən Amerika xalqını bədbəxtliyə sürükləyən səbəblər fərqlidir. Bunu anlamaq üçün idarəçilik siyasətini yaxından incələmək lazımdır. Ötən həftələrdə açıqlanan Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncə hesabatı Amerikanın Yaxın Şərq siyasəti ilə bağlı uzun zamandır çox yaxşı bilinənləri rəsmiləşdirməkdən başqa bir şey deyildi. İnsanlar nə Əbu Qaribdə olanlardan xəbərsizdirlər, nə də Yaxın Şərqin demək olar ki, hər yerində olan Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncə həbsxanalarından. "Bunlar keçmişdə qaldı" ifadələri isə yalnız bu torpaqlardan uzaq amerikalılara təskinlik verə bilmək üçün idi. Yaxın Şərqin qaynar nöqtələrindəki hər kəs İraq işğalı dövründəki qədər olmasa da, Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanalarının hələ də aktiv vəziyyətdə olduğunu, Kvantanamo kimi hüquqdan uzaq saysız əsir düşərgəsinin hələ də var olduğunu çox yaxşı bilir.
 
Bu, Amerikada liderə görə dəyişən bir siyasət deyil. Bu, hər bir Amerika liderinin tətbiq etməsi zəruri olan dərin dövlət siyasətidir. Amerikan rəhbərliyi uzun illərdən bəri bu siyasətin memarı olan dərin dövlətin monopoliyasındadır.
 
İşgəncə hesabatı ilə ortaya çıxan şiddətə söykənən siyasət əslində yalnız Yaxın Şərq üçün xüsusi bir siyasət deyil. Amerikada insan hüquq və azadlıqları həmişə gündəmdə tutulsa da, əslində daxili rəhbərlikdə də Amerika xalqı oxşar şiddət siyasətinə məruz qalır. Ölkənin bəzi ştatlarında irqçilik inanılmaz dərəcədə yayılıb. Xalq silah daşıma azadlığına, polis də şübhəli hesab etdiyi hər bir vəziyyətdə atəş açma azadlığına sahibdir. Bu şiddət siyasətinin bir tələbi olaraq polisin atəşi bir çox hallarda çəkindirmək və ya yaralayaraq qarşı tərəfi təsirsiz hala gətirmək əvəzinə, birbaşa öldürməyi hədəf edir. Ferqusonda baş verən hadisələr bunun yalnız bir nümunəsidir.
 
İraqa demokratiya gətirmək məqsədi ilə girən ABŞ ilk növbədə edam cəzalarını ləğv etdiyi halda, ABŞ-ın bir çox ştatı edam cəzasını hələ də tətbiq edir. İntiharlar isə Amerikanın heç gözləmədiyi bir zamanda qarşılaşdığı dəhşətli bir problemdir. Yaxın Şərqdən qayıdan hər 6 amerikalı əsgərdən biri depressiyaya düşərkən, hər 84 dəqiqədə bir əsgər intihar edir. Son 10 ildə intihar edən əsgərlərin sayı Əfqanıstan və İraqda həlak olan Amerikan əsgərlərinin sayından daha çoxdur. Amerika baş qərargah rəis müavini Lloyd J. Austinin bu mövzu haqqındakı açıqlaması nəzərə çarpandır: «37 illik kariyeramda ordu içindəki ən böyük problem intihar hadisələridir».1
 
11 sentyabr hücumlarından sonra ABŞ-ın gözü Yaxın Şərqə çevrilsə də, girov krizisləri, şagirdlərin müəllim və dostlarını qətl etdikləri məktəb terrorları, zəncirvari cinayətlər Amerikanın daxilində kök salmış problemlərdəndir. Ölkə mənəviyyatdan da uzaqlaşıb, bir çox ştatda dindar insanlara təzyiq edilir. 270 milyon xristian əhalisi olan Amerikada təkcə 35 milyon insanın kilsələrə getməsi dəhşətli göstəricidir.
 
Bu bir həqiqətdir ki, uzun zamandır ABŞ dərin dövləti tərəfindən israrla davam etdirilən şiddət siyasəti ilə dərs vermə siyasəti Amerika xalqına ciddi şəkildə təsir etmişdir. Sevgini əhəmiyyətsiz görən idarəçilik strategiyası Amerika xalqı kimi gözəl və mehriban bir xalqı pessimizmə və qəzəbə sürükləyir. Materialist təhsil mənəvi dəyərlərdən uzaqlaşdırdıqca, həll yolu olaraq yalnız şiddət göstərildiyi, gənclər Yaxın Şərqə pul qarşılığında işgəncə vermək üçün göndərildiyi zaman bu dəhşətli nəticə ilə qarşılaşmaq qaçınılmaz olmuşdur. Amerika xalqının böyük bir hissəsi hazırda uğrunda mübarizə aparacaq Amerikan xəyalına inanmırlar.
 
Amerikan xəyalı mütləq geri qayıtmalıdır! Dərin dövlətlər təsirli olduqları hər ölkədə zalım siyasət yürütmüşlər. Bunun nə o dövlətlərə, nə də Amerikaya zərər verməsinə icazə verilməməlidir. Amerikada işgəncələrə, müharibələrə, qəzəb və nifrətə hərarətlə qarşı duran sağlamfikirli bir kütlənin var olduğu bilinməli və mütləq onlarla birlikdə Amerikan xəyalının geri qayıtması üçün səy göstərilməlidir. Çünki Amerika dəyərli ölkə, xalqı gözəl xalqdır. Bu qayə də gözəl qayədir. Dünya yaxın dövrdə bütün insanların Yaradanın bəxş etdiyi hüquqları bərabər olaraq yaşadığı, azadlıq və demokratiyanı ən mükəmməl şəkildə tətbiq edəcəyi və əsl mənada xoşbəxt olduğu bir gözəllik diyarı olacaq. Lakin ilk öncə bunun üçün birlikdə səy göstərmək lazımdır.
 
 
Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi:
 
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo