Ötən günlərdə ABŞ-ın Şarlotsvil şəhərində baş verən vətəndaş müharibəsi dünyanın diqqətini bir daha ABŞ-dakı irqçi ideologiyalara çevirdi. Xüsusilə, sülh içində olan şəhərin küçələrinin silahlı milislər tərəfindən mühasirəyə alınması və insanlara qarşı terror həyata keçirilməsi bir çoxlarını narahat etdi. Uzun illərdir sülh məsələsində dünyaya nümunə olmuş bir ölkənin bir neçə ay ərzində zorakılıq aksiyaları ilə üzləşməsini insan ağlına belə gətirmirdi. ABŞ hökuməti həm artan irqçilik, həm də artan şiddət tərəfdarı qruplarla bağlı təcili tədbirlər görməlidir. Dünyanın sağlam düşüncənin hakim olduğu ABŞ-a ehtiyacı var.
ABŞ, bəlkə də, irqçilik məsələsində ən pis tarixi keçmişi olan ölkələrdən biridir. Amerika xalqı hələ 150 il əvvəl köləliyin səbəb olduğu vətəndaş müharibəsi ilə bir-birini qırmışdı. 4 il ərzində hər iki tərəfdən 1 milyon amerikalı həyatını itirdi. Cənubun zəngin və məhsuldar torpaqları, infrastrukturu viran oldu. Müharibədən sonra köləlik qanunla ləğv edilsə də, real həyatda əks olunması üçün bir əsr daha lazım idi. Bu dövrdə Ku-kluks-klan kimi zənci əleyhdarı qruplar hüquqi müstəvidə əldə edilmiş hüquqların sosial sahəyə tətbiq edilməsinin qarşısını almağa çalışdılar. XX əsrin I yarısında ortaya çıxan yevgenika və irqi təmizləmə kimi hərəkatlar da irqçilikdən irəli gəlirdi.
ABŞ-da irqçi zorakılıq halları başda cənub regionlar olmaqla II Dünya Müharibəsinin sonuna qədər davam etdi. Ağdərililərlə zəncilərin eyni məktəbdə oxumaları, eyni avtobusda səyahət etmələri, eyni restoranda yemək yemələri kimi hüquqlar 1960-cı illərdəki dinc xalq hərəkatları sayəsində əldə edildi. Bu gün hələ də cəmiyyətin bəzi təbəqələrində insanları rənglərinə görə ayıran ideoloji təbəqələr var. Belə şiddət mühiti isə 168 nəfərin ölümünə səbəb olan Oklahama bombardmançısı Timoti Makvey (Timothy McVeigh) kimi özünü vətənpərvər hesab edən terrorçuları ortaya çıxarır. Bu, ABŞ cəmiyyətinin öz daxilində həll edilməli olan məsələdir.
“Ağların üstünlüyü” ("The White Supremacy") irqçi hərəkatının üzvləri nasist bayrağı qaldırır və svastika döymələri vurdururlar. Mənası saf qan və torpaq olan "qan və torpaq" kimi nasist şüarları səsləndirirlər. Onlar Şarlotsvildə olduğu kimi, antisemitik musəvi düşmənçiliyinə əsaslanan düşüncələrə sahibdirlər. Baxmayaraq ki, bu dəyərlər ABŞ cəmiyyətinə məxsus deyil, amma irqçi ifrat sağda tərəfdarları var.
Radikal sağ terrorçular son bir neçə ildə bir çox kütləvi qətliamlar da törədiblər. 2012-ci ildə Viskonsin ştatında Siqh məbədinə edilən hücumda 6 hindli həyatını itirdi. 2014-cü ildə musəvi cəmiyyəti mərkəzindəki hücumda da 3 günahsız musəvi qətlə yetirildi. Son dövrün ən böyük hücumlarından birini isə Dilan Ruf (Dylann Roof) həyata keçirdi. Çarlston şəhərindəki zənci kilsəsində baş verən qətliamda 9 dindar xristian həlak oldu. Bütün bu hücumların arxasında ağların üstünlüyünə inanan təşkilatların davamçıları var idi.
Bu gün ABŞ-da irqçi hərəkatların kiçik qrupları var. Bunlardan başlıcası isə neonasistlərdir. Neonasistlər fəaliyyətlərini internet üzərindən həyata keçirirlər. Digər bir irqçi qrup isə ağ millətçilərdir (white nationalists). Bu hərəkat neonasistlərə görə daha mülayimdir, amma irqi təmizliyə əsaslanan etnik dövlət (ethnostate) yaratmaq üçün mübarizə aparırlar. Başqa qrup isə neokonfederasiyaçılardır. Onların da hədəfi eynidir: ağlar üçün dövlət qurmaq. Vətəndaş müharibəsindən əvvəlki dövrə bağlılıqları var. Ku-Kluks-Klan (KKK) hərəkatı da bunlar qədər geniş olmasa da, ölkənin müəyyən sahələrində fəaliyyətini davam etdirir.
Son dövrdə daha müasir hərəkat olaraq ortaya çıxan "Alt-Right" isə özünü irqçi kimi təqdim etmir. Lakin liberallar, feministlər, sosial ədalət döyüşçüləri, həmçinin miqrantlar eyni fikirdə deyil.
Son 3 seçkidə bu mübahisələr siyasət daxil oldu. Sağlar Obamanın tətbiq etdiklərini Amerika dəyərlərinə zidd olduğunu düşünərək birlik qurdular. Dindar və mühafizəkar seçicilərin səsləri ilə Donald Tramp kiçik fərqlə prezident seçildi. Seçkilərin nəticələrinin açıqlanması ilə küçələr sol meyilli seçicilərin etirazları ilə doldu. Radikalların etirazları zorakılıqla müşayiət olundu. Bu gün zorakılığın zorakılıq, nifrətin nifrət doğurduğu çıxılmaz vəziyyət yaranıb. Həll yolu irəli sürməli olan siyasətçilər, dövlət adamları, ziyalılar isə gün keçdikcə sağlam düşüncədən uzaqlaşırlar.
Bu mühit həm radikal sağı, həm də radikal sol hərəkatlarını dəstəkləyir və genişləndirir. Zorakılıq tərəfdarı kiçik qrupların təxribatı ilə başlayan fəaliyyətlər genişlənərək mərkəzi də özünə daxil edir.
Digər tərəfdən radikal sağ aksiyalar zorakılıq tərəfdarı sol hərəkət olan Antifanı ortaya çıxardı. Bu gün harada sağ aktivlik olsa, Antifan onların qarşısına maska və dəyənəklərlə çıxır, mühafizəkarları irqçi elan edir, sülh üçün təşkil olunan etirazları müharibə meydanına çevirir.
Halbuki ABŞ tarixində irqçiliyə qarşı böyük uğurlar sülh tərəfdarı liderlər tərəfindən əldə edilib. Məşhur Salem yürüşü sülhyönümlü hərəkat idi. Qara Pantera kimi zorakılıq tərəfdarı təşkilatlar isə mülki əhaliyə ancaq zərər verib. Oxşar şəkildə bu gün də zorakılığı müdafiə edən heç bir hərəkatın uğur qazanmayacağı açıqdır. İrqçilik problemi tarixdə yalnız ağıllı, kompromis və dinc üsullarla məğlub edilib. Eyni şəkildə, bu gün də sülhdən uzaq modelin uğurlu olması mümkün deyil. Bu gün baş verən zorakılıq irqçiliyi dəstəkləməkdən başqa bir məqsədə xidmət etməyəcək. Artıq sülh tərəfdarları səslərini ucaltmalıdırlar.
Adnan Oktarın “American Herald Tribune”da yayımlanan məqaləsi:
https://ahtribune.com/us/1877-charlottesville-racism.html