Uca Allahın yaratma sənəti geniş və müxtəlifdir.Müxtəliflik uca Allahınsonsuz ağlının ən böyükdəlillərindəndir.Rəbbimizin yaratdığı bu müxtəlifliyəən gözəl nümunələrdən biri də canlıların hər birinin ehtiyacına uyğun,mükəmməl xüsusiyyətlərə malikgözlərə sahib olmasıdır.Bu məqalədə təkamülçülərin bəsit canlı adlandırdığı canlıların belə, əslində, düşündükləri kimi bəsit olmadığı, uca Allahın bu canlıları möhtəşəm xüsusiyyətlərlə yaratdığıətraflı izah ediləcək.

Gözlər uca Allahın yaratmasının qüsursuz nümunələrindəndir.Göz "Gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləriçıxılmaz vəziyyətə salan orqanlardan biridir.Gözün quruluşu və funksiyaları araşdırıldığı zaman təkamülçülərin qaçışının səbəbi daha yaxşı başa düşülür.Göz bir çox hissə və orqanoidlərdən ibarət mürəkkəbquruluşa malikdir.Heyrət doğuracaq qədər geniş funksiyaları vardır.Bu funksiyalar gözü təşkil edən ayrı-ayrı orqanoid və hissələrin uyğunluq içindəfəaliyyəti nəticəsində baş verir.Gözlər hər canlı növünün ehtiyaclarına uyğun olaraq xüsusi yaradılmışdır.Bəsmüxtəlif canlı növlərinin bir-birindən mükəmməl funksiyalarla təchiz edilmiş gözlərihansı xüsusiyyətlərə malikdir?

Uca Allah canlıların gözlərini kamera tipli və mürəkkəb gözlər olmaqla, iki cür yaratmışdır.Lakin bu iki tip gözün çalışmamexanizmləri və canlılar arasındakı çeşidləri müxtəlifdir. Şübhəsiz ki, bu vəziyyət uca Allahın yaratma sənətinin müxtəlifliyini və sonsuz ağlını nümayiş etdirir. Uca Allahın qüsursuz yaratmasına nümunə olan bu göz tiplərinin xüsusiyyətləri belədir:

KAMERATİPLİGÖZLƏR

Kamera tipli göz quruluşu insanlarda, onurğalı heyvanlarda, bəzi su canlılarında və hörümçəklərdə mövcuddur.Bu cür gözlərdəgörüntüləri torlu qişa üzərinə fokuslamaq üçünbir büllurolur.Bu gözlər işığın sınma qanuna uyğunçalışır.İşıq  gözünön hissəsindəki büllurdansınaraq keçir və gözün arxa hissəsinə düşür. Əsasən, meduza kimi dəniz canlılarındabəzi kiçik dəyişikliklərlə bu cür göz quruluşuna rast gəlinir.Meduzalarda da bu cür göz tipinin mövcudolması təkamülçülərin canlıların sadədən mürəkkəbə doğrutəkamül inkişafı xəttinə zərbə vurur.Çünki darvinistlərin xəyali təkamül prosesinə görə, təkamülün ən yüksək pilləsində yerləşən insanən mükəmməlxüsusiyyətlərdə gözə sahib olmalıdır.Halbuki onların ssenarilərinə əsasən ən alt pillələrdə yerləşən meduza da insanla oxşar göz xüsusiyyətlərinə malikdir.Üstəlik, kamera tipli gözlərə sahib olan canlıların bəzilərinin görmə qabiliyyəti insandandaha üstündür.Əlbəttə, bu vəziyyət təkamülün olmadığının ən bariz sübutlarından biridir.Uca Allah bu həqiqəti Quranınbir ayəsində belə bildirir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz… (Ənbiya surəsi, 18)

Kamera tipli optik dizayn çeşidləri

Kamera tipli gözlərin canlıya qazandırdığı əsas üstünlük fokuslama etməsidir.Göz və beyin arasındakı interaktiv nəzarət nəticəsində fokuslama dəqiq olur.Hər hansı bir şeyin şəklini çəkmək istədikdə uzaqlığın nizamlanması üçün kameranın avtomatik yerinə yetirdiyi bu əməliyyat kamera formalı gözlərdə büllurun baxılan nöqtəyə fokuslanmasını təmin edən əzələlər vasitəsi ilə həyata keçirilir.Lakinəldə edilən dəqiqlik, keyfiyyət və üçölçülü görüntü baxımından insan istehsalı kameralarla müqayisə olunmayacaq dərəcədə mükəmməldir.Belə ki, bəzi canlılarda linzanın tərkibi, işıq reseptorlarının görüntü imkanı, rəng ayırımıinsan gözündən daha üstündür.Məsələn, quşların kamera tipli gözləri uzaqdakı kiçik hədəfləri yüksək dəqiqliklə görməyi təmin edən fotoreseptorlara (Bu hüceyrələr adi halda gözə düşən işığı görmə siniri hüceyrələrinə ötürür və elektrik siqnallarına çevirirlər)sahibdir.

Fərqli göz tiplərinə sahib olan canlılar Allahın yaratma sənətinin dəlillərindəndir

 Osminoqlar: Osminoqların gözünün bir bülluru soğan kimi təbəqələrdənibarətdir. Hər təbəqə bir-birindən fərqli optik xüsusiyyətləri ilə işığı fokuslamağa kömək edir.

 Balinalar: Balinalarda büllurun arxasında olan bir hissə maye ilə dolub-boşalır. Bu yolla billur torlu qişaya yaxınlaşır və ya uzaqlaşır.

 Amfibiyalar: Qurbağa və bəzitısbağa növləri kimi həm suda, həm də quruda yaşaya bilən canlılardan olan amfibiyalarda isə əzələ bəbəyi önə-arxaya hərəkət etdirir. Görmə prosesi bu cür həyata keçir.

İNSAN GÖZÜ

İnsan gözünün fotoreseptorları çöpcük və kolbacıqlardan ibarətdir.Çöpcüklər zəif işıqda fəaliyyət göstərir, görmə dəqiqliyini təmin edir və rəngləri ayırd edir.Bəzi canlılardarəngləri daha yaxşı görmək üçün çöpcüklər fərqli rəng piqmentlərinəsahibdirlər.Məsələn, uca Allah gecə ov edən heyvanların çöpcük və kolbacıqlar şəklindəki fotoreseptorlarını digər canlılara nisbətən daha yüksək dəqiqliyi təmin etmək üçün daha çox və fərqli şəkildə yaratmışdır.

Kamera tipli gözlərdə çöpcük və kolbacıqlarfərqli şəkillərdə qruplaşırlar.

 İYNƏ DƏLİYİ GÖZ TİPİ

İynə dəliyi tipligözənautilius və planari kimi bəzi dəniz canlılarında rast gəlinir.Bu cür gözlərdəbüllura ehtiyac olmur.İşıq kamera tipli gözlərdə olduğu kimi,bülluriləfokuslanmır.Bu cür optik dizayna misalolaraq 1930-1940-cı illərdə çıxan pinhol qutu kameralarını göstərmək olar.Bu kamera linza olmadan, şəkildən-şəklə dəyişən təbii işıq dağılmasından istifadə edərək işləyir.Bu göz tipinə sahib canlılarda işıq dəyişikliklərinə uyğunlaşmaq üçün dəyişkən gözbəbəklərindən istifadə edirlər. Bu cür gözə sahibcanlılardan biri olan nautilius işığın çox az olduğu 4000 metr dərinliyə dalır. Bu canlının göz bəbəkləri dərinliyə bağlı olaraq dəyişiklik göstərir. Müəyyən görüntünü təsbit etmək üçün daha çox işığa ehtiyac olduqda, yəni okeanın dərinliklərində iynə dəliyi tipli gözlərinin torlu qişasında geniş  göz bəbəyi yaranır. Bu canlının gözləri cisimləri üçölçülü görməyi təmin etməyə bilər,lakin yaşaması üçün lazım olan işığa həssas göz quruluşudur.Uca Allah canlının bu ehtiyacınıtəlabatına uyğun olaraq ona bəxş etmişdir.

MÜRƏKKƏB GÖZLƏR

Hər birində tək büllur olan bir çoxsadə gözcüklərdən ibarət bu göz formasımüxtəlif canlı növlərində ortaya çıxır.Bu göz tipində,xərçəng gözlərində olduğu kimi,görmə bəzən işığın sınma prinsipi əvəzinə, əksolunma prinsipi əsasında təmin edilir.

 ÇÖKÜK GÜZGÜYƏBƏNZƏR GÖZ TİPİ

Çökük güzgü dizaynı bəzi kiçik gözlərdəmövcud olur.Məsələn, midiyalar qoruyucu qabığını açdıqda çökük ayna dizaynına malik bir çox gözləriortaya çıxır.Hər bir kiçik, çökük güzgü kiçik torlu qişalarda tərs görüntü əmələ gətirir.Torlu qişada görüntü əmələ gətirmək üçün linzalardan əlavəəksetdirən güzgülər vardır.Görüntü şəffaf göz reseptorlarından ibarət şəffaf torlu qişada fokuslanır və əksetdirən güzgülər vasitəsilə kiçik bir sahədə mükəmməl görüntü əldə edilir.Bu dizaynla geniş bir sahədə yüksək dəqiqlikdə görməəldə etmək çətindir.Lakin bu göz quruluşuna sahib canlılar həm hərəkətləri, həm də işıq və qaranlıq arasındakı fərqi asanlıqla ayırd edə bilirlər.

MÜRƏKKƏB FASETLİ GÖZ TİPİ

Mürəkkəb fasetli göz tipinə qarışqa, iynəcə, arıvəyabanarısı kimi böcək növlərindərast gəlinir.Bu cür göz tipində gözün üzərində hər birində ayrı linza və işıq sensorları olan 30000-dən çox boruolur.Bu boruların hər biri bütöv görüntünün kiçik bir hissəsini görməyə xidmət edir.Yəni hər boruşəklin bir hissəsini götürür.Hər boruda şəklin hissələrini birləşdirmək üçün bir linza və sadəborucuq vardır.Borulardakı linzalar işığı fərqli aspektlərdən ayırmaq üçün öz reseptorlarından istifadə edirlər.Borulardan gələn siqnallar beyinə ötürülür və burada birləşdirilərək bir görüntü əldə edilir.

Əlbəttə ki, bu, həşəratların, təkamülçülərin güman etdiyi kimi, bəsit canlılar olmadığının ən böyük sübutudur.Hər borudan gələn görüntünün beyində tək bir görüntü halında toplanması, onların sahib olduğu xüsusiyyətlər, şübhəsiz ki, uca Allahın sonsuz ağlına və qüsursuz yaratma sənətinə nümunədir.

Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər.Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir.Allah yalnız fasiqləri zəlalətə düçar edir.(Bəqərə surəsi, 26)

ƏKS ETDİRƏNBÜLLURLU GÖZ TİPİ

Xərçəng və bəzi krevetlərin gözləri "əks olunma" prinsipi ilə çalışır. Bu tip gözlərin ilk diqqətçəkən xüsusiyyəti səthinin çoxludördbucaqlılardan ibarət olmasıdır. Bu dördbucaqlılar mütənasib düzülmüşdür.Xərçəng gözü üzərindəki düzbucaqlılar, əslində,kvadrat prizmaların ön səthləridir.Xərçəng gözündəki bu prizmaların hər birinin daxili səthi "güzgü" quruluşludur.Bu güzgüyəbənzər səthlər işığıgüclü əks etdirir.Bu strukturun ən mühüm cəhəti güzgülü səthlərdən əks olunan işığın arxa tərəfdəki torlu qişa üzərində qüsursuz şəkildəfokuslanmasıdır.Allah gözün içərisindəki bu prizmaları eləbucaq altında yerləşdirmişdir ki, hamısı işığı qüsursuz şəkildə bir nöqtəyə əks etdirir.

Bumükəmməl dizayn əsla təsadüflərləaçıqlana bilməz.Hər birikvadrat prizma olan hüceyrələrin daxili güzgü xüsusiyyəti daşıyan toxuma ilə örtülüdür.Üstəlik, bu hüceyrələrin hər biri işığı eyni nöqtəyə əks etdirmək üçün çox dəqiqhəndəsi hesablama ilə yerləşdirilmişdir.

SINDIRAN BÜLLURLU GÖZ TİPİ

Uca Allahın yaratmasındakı müxtəlifliyə nümunə olan bu göz tipi bəzi milçəklərdə, həşəratlarda, xərçəng və krevetlərdən başqa,digər xərçəngkimilərdəmövcuddur.Kiçik torlu qişada tərs çevrilmiş görüntü əmələ gətirmək üçün parlaq sındırma çöpcükləriolur.Bu göz quruluşunda gözün içində yüzlərlə kiçik pətək olur.Amma pətəklər xərçəng gözündəki kimi kvadrat deyil, altıbucaqlı və ya dairəvidir.Bu pətəklərin içində işığı əks etdirən yox, sındıranbüllurlar olur.Büllurlar işığı sındıraraq arxa tərəfdəki torlu qişa təbəqəsi üzərində fokuslayır.Bu cür göz tipi olan canlılar geniş görmə sahəsinə sahibdirlər.

 PARABOLİK MÜRƏKKƏB GÖZTİPİ

Bu cür göz tipində hər linzanın içindəki paraboliksəth işığa əks etdirənçöpcük vasitəsilə fokuslanır.Parabolik əks etdirənbüllurlar kiçik torlu qişa kimi çalışan linzalardır və görüntü əmələ gətirmək üçün hamısı eyni vaxtda çalışır.Hər birlinza Qaliley teleskopu kimi işləyərək uzaqdakı cisimləri böyüdür, böyük və tərs görüntü əmələ gətirir.Hermit xərçəngi teleskop kimi çalışan və uzaqdakı cisimləri də görməyi təmin edən bu gözləri ilə təhlükələrdən qorunur.

Xərçəngkimilər sinfinin göz quruluşu təkamülü əsassız edən ən böyük dəlillərdəndir

Xərçəngkimlər sinfininbir çox növləri "işığı sındıran" büllurlu göz quruluşuna sahibdir.Xərçəngkimlərin yalnız iki növü, xərçəng və krevetdə isə "əks etdirən tipli" güzgülü göz quruluşunun olması təkamülçülərin nəzəriyyəsini tamamilə məhv edir.Əgər təkamülçülərin iddia etdiyi kimi,xərçəngkimilər sinfinə daxil olan bütün canlılar ortaq əcdaddan əmələ gəlibsə, "əks etdirən tipli" güzgülü göz quruluşunun da "işığı sındıran" büllurlu göz quruluşundan təkmilləşdiyini iddia etmələri lazım gəlir. Ancaq belə bir dəyişiklik mümkün deyil.Çünki hər iki göz quruluşu da öz sistemləri daxilində mükəmməl fəaliyyət göstərir və "ara" mərhələdə orqanyararsız olur.Xərçəngkimilərin gözlərindəki büllurun tədricən yox olması və əvvəl büllurun olduğu yerdə güzgülü səthlərin yaranması, elə ilk mərhələdə canlının görmə qabiliyyətini itirməsinə səbəb olacaq və beləliklə də, onu təbii seçmə mexanizminində sıradan çıxaracaqdır.Bir sözlə, xərçəngkimilərin mükəmməl göz quruluşu təkamülçülərin təsadüf iddiaları ilə izah edə bilmədiklərimövzulardan biridir.