Kembri partlayışı, uzun illərdir darvinistləri ciddi şəkildə çətinliyə salan, dərindən yaralayan, təkamül baxımından ən əhəmiyyətli “problemlərdən” biridir. Bu “problem”i həll etmək üçün inkişaf etdirilən ssenarilər, təkamül baxımından şərhsiz olan bu dövrü açıqlaya bilmək üçün aparılan işlər və çıxarılan nəzəriyyələr o qədər çox olmasına baxmayaraq, darvinistlər bu böyük çıxılmaz vəziyyətdən xilas ola bilməmişlər. Həyat ağacının darvinistlərə görə hələ köklərinin olması lazım olan yerdə, indikindən daha çox müxtəliflik yer üzündə bir anda meydana çıxmışdır. Günümüzdən təxminən 540 milyon il əvvəl, tam 50 filum (canlıların “aləm”dən sonrakı ən böyük təsnif etməsini meydana gətirən kateqoriya, indi dünyada 35 filum olduğu bilinir), birdən ortaya çıxmışdır. Məhz bu səbəblə buna Kembri partlayışı adı verilmişdir.
Ergi Dəniz Özsoy darvinistləri dərindən yaralayan bu “problem”i maraqlı bir şərhlə həll etdiyini iddia edir. Bəhsi keçən canlılıq müxtəlifliyinin 25 milyon il içində ortaya çıxdığını iddia edir və verdiyi bu müddət, hər necəsə darvinistlər baxımından bütün problemi həll edir. Tək hüceyrəlilərin və üzvləri də olmayan bir neçə çox hüceyrəlinin yaşadığı dövrdən, bir anda bu canlı müxtəlifliyinə keçid, Özsoy tərəfindən 25 milyon il ilə açıqlanır! 25 milyon il, darvinistlərin bütün çətinliklərinin öhdəsindən gəlmişdir!
Özsoy, əgər bir az paleontologiyayla maraqlanırsa, Kembri partlayışının fövqəladə hadisə olduğunun şübhəsiz ki, fərqindədir. Amma bu mövzunu darvinist yalanla şərh etməyə çalışdığı üçün qaçınılmaz olaraq demaqoqluğa üz tutur.
Əvvəlcə, Özsoyun 25 milyon il deyə ifadə etdiyi müddət darvinist elm adamları tərəfindən 5-10 milyon il arası olaraq
xarakterizə edilir (ətraflı məlumatı buradan oxuya bilərsiniz). Ancaq Özsoyun söylədiyini qəbul etsək və 25 milyon il olduğunu fərz etsək belə, bir şey dəyişmir. Reallaşan bioloji partlayış, geoloji baxımdan darvinist elm adamları tərəfindən “göz qırpması” olaraq təyin olunur. Bu müddət, dünyanın beş milyardlıq yaşı diqqətə alındığında Dünyanın 0.001-i qədərlik aralığıdır və bu həqiqətən də yalnız bir “an”dır.
Bu an içində, tam 50 ayrı filum, mükəmməl strukturları, qüsursuz üzvləri, möhtəşəm skelet sistemləri ilə bir-birindən fərqli xüsusiyyətlər göstərən saysız canlı ortaya çıxmışdır. Darvinistlərin milyonlarla il sonra ortaya çıxmasını gözlədikləri ilk onurğalılar belə Kembri dövründə vardır. Hər şeydən əhəmiyyətlisi, ilk “göz”, həm də mükəmməl kristal pətək göz, Kembri dövründə ortaya çıxan trilobitə aiddir. Kembri partlayışı, darvinistlərin ən böyük çıxılmaz vəziyyətlərindən biridir.
Darvinin Kembri sıxıntısı
Özsoyun bəlkə də bilmədiyi şey, Darvinin öz dövründə ortaya çıxmış olan Kembri qalıqlarından nə qədər narahat olduğudur. Harvard paleontoloqu Darvinist Stefen Cey Quld, Darvinin Kembri sıxıntısını bu sözlərlə izah etmişdir.
Fosil qeydləri, Darvinə xoşbəxtlikdən çox hüzn gətirdi. Heç bir şey onu, haradasa bütün kompleks dizaynların ortaya çıxdığı Kembri partlayışından daha çox narahat etmədi. 1
İngilis bioloq, ateist və darvinist Riçard Dokinz isə, Kembri sıxıntısını bu sözlərlə dilə gətirmişdir:
...Kembri layları... Sanki heç bir təkamül tarixinə sahib olmadan, o halda, orada meydana gəlmiş kimilər. 2
Darvin və Darvinin rotveyleri Dokinz, bu möcüzəvi hadisə qarşısındakı qarışıqlıqlarını və çətinliklərini açıqca dilə gətirirlər. Sıxıntıları, bu böyük canlı müxtəlifliyi qarşısındakı çarəsizliklərindən qaynaqlanır.
Kembri fosillərinin 70 il saxlanması da bu çarəsizlik səbəbiylədir
Özsoy mövzuyla əlaqədar olaraq bəlkə bu suala cavab verə bilər: əgər Kembri fosilləri darvinizm üçün təhdid təşkil etmirsə, görəsən niyə darvinist paleontoloq olan Çarlz Dulittl Uolkott tərəfindən TAM 70 İL BOYUNCA SAXLANMIŞDIR? Uolkott, Börcs Şeyl faunasını kəşfinin dərhal ardından tapdığı bu möhtəşəm fosilləri saxlamışdır. Çünki bunlar, təkamül nəzəriyyəsinin bütün saxta məntiqini alt-üst edir, bütün planlarını ortadan qaldırır. Çünki bu fosillərin hamısı mükəmməl canlılara aiddir, qüsursuzdurlar. Heç bir aralıq forma xüsusiyyəti göstərmirlər. Darvinist elm adamları belə, bu canlıların mükəmməlliyi mövzusunda həmfikirdirlər. Sırf mükəmməl canlılar olduqları üçün Darvinin çətinlik duyduğu, Uolkottun yenə eyni səbəbdən 70 il saxladığı dünyaca məşhur Kembri fosillərinin “ara fosil” olduğunu iddia edən görünüşə baxılsa, bir tək Özsoydur.
Özsoy diləsə, Yaradılış Atlasında yer alan trilobit fosillərini əhatəli araşdıraraq və ya fosil sərgilərində bu fosillərə yaxından baxaraq nə qədər yanıldığını anlaya bilər. Elmi dəlil qarşısında əlbəttə ki, artıq ara fosil iddia etməsi mümkün olmayacaq.
Ediakara aralıq-keçid faunası deyil, darvinistlərin böyük düyünlərindən biridir
Prekembri dövrün dərhal ardından Ediakara faunasında, anidən, böyük müxtəliflikdə çox hüceyrəli canlıların ortaya çıxdığı doğrudur. Lakin bunlar, Kembri canlılarından tamamilə fərqli, özlərinə xas formalarıyla ortaya çıxarlar. Bu canlılar, Kembri canlılarında olduğu kimi sərt toxumalara və müxtəlif kompleks quruluş və orqanlara sahib deyildirlər. Bunlar, ümumiyyətlə tüklü ayıdöşəyi otuna, kisəyə və diskə bənzər şəkillərə sahib canlılardır. Müxtəlif həssas uzadılmalara sahib olan bu orqanizmlərin heç birinin baş qisimləri və ya qan dövranı, sinir ya da həzm sistemləri yoxdur. Kompleks fizioloji sistemlərə sahib deyildirlər və xüsusiyyətləri ümumiyyətlə naməlumdur.
Bu çox hüceyrəli həyat formalarının Kembrinin dərhal əvvəlində ortaya çıxması, bu canlılar üzərində olduqca çox fərziyyə edilməsinə səbəb olmuşdur. Kembri canlılarına şərh gətirməyə çalışan dərhal hər təkamülçü elm adamı, Ediakara canlıları üzərində nəzəriyyələr çıxararaq Kembriyə “ata” tapmağa çalışmışdır.
Halbuki Ediakara faunasında ortaya çıxan canlıların Kembri canlıları ilə əlaqəsi yoxdur. Ediakara faunası yalnız bir və ya iki filumu təmsil edərkən Kembri dövrü tam 50 ayrı filumun ortaya çıxışını göstərir. Yeni fizioloji strukturlar, daha əvvəl var olmayan qabıq sistemləri, daha əvvəl var olmayan üzvlər, hətta onurğa, üstəlik, daha əvvəl heç bir şəkildə var olmayan möhtəşəm və kompleks “göz” Kembridə ortaya çıxmışdır. Darvinistlərin Ediakaranı bir aralıq-keçid faunası olaraq təyin edə bilmələri üçün, bu yeni strukturların qaynağını göstərmələri, üstəlik Ediakara canlılarından Kembriyə xəyali keçidi sənədləşdirən ara fosilləri göstərməlidir. Amma hər zamankı kimi darvinistlərin əlləri boşdur.
Hətta, Ediakara faunasında olan və Kembri canlılarından fərqli şəkillərdə xarakterizə edilən bu yeni formaların da mənşəyinin nə olduğunun açıqlanması lazımdır. Bu səbəbdən Ediakara canlıları, təkamülçülər üçün ümid işığı deyil, açıqlanmalı olan başqa əhəmiyyətli “problem”dir.
Mövzuyla əlaqədar ətraflı məlumatları buradan oxuya bilərsiniz.
1) Gould, Stephen J., The Panda”s Thumb, 1980, səh. 238-239
2) http://bevets.com/equotesd2.htm - Richard Dawkins, The Blind Watchmaker, London, W. W. Norton, 1986, səh. 229