Darvinist Devid Attenboro (David Attenborough) keçdiyimiz günlərdə təəccüblü bir tapıntı iddiası ilə ortaya çıxdı! İddiasına görə, insanın xəyali təkamülündəki “itkin halqa” artıq itkin deyildi! Halbuki, xüsusi yayımlar və təqdimatlarla insanlara fövqəladə bir tapıntı kimi təqdim edilən fosil “İda”, əslində sadəcə nəsli kəsilmiş lemura aid idi.
Fosil İda, olduqca geniş bir təbliğatla “ABC”, “BBC”, “Guardian” kimi müxtəlif internet saytlarında “insanın əcdadı” olaraq önə sürülməyə çalışıldı. Bu elə bir təbliğat idi ki, bütün darvinist nəşrlər əməkdaşlıqla bunun həqiqətən də, gözlənilən, amma heç cür əldə edilə bilməyən fosil olduğunda həmfikir idilər. Lakin ələ keçən tək şey, olduqca yaxşı şəkildə qorunmuş bir lemur fosilindən başqa bir şey deyildi. Bəs, darvinistlər Almaniyada tapılan və təxminən 47 milyon illik olduğu təxmin edilən lemur fosilini hansı iddia ilə insanın əcdadı elan etmişdilər?
Darvinistlərin fosil üzərində spekulyasiya etmələrinə səbəb olan şey, fosil üzərində TAPA BİLMƏDİKLƏRİ İDİ! Fosil lemura aid idi, lakin dövrümüzdəki lemurlardan bir az daha fərqli diş və pəncə quruluşuna sahib idi. Bu səbəbdən keçmişdə yaşamış və nəsli kəsilmiş lemur növünü təmsil edirdi. Məhz bütün darvinist hay-küy, bunun üzərinə inşa edilmişdi.
95%-i qorunmuş və daxili orqanları belə fosilləşmiş olan bu canlı, əslində mükəmməl bir canlı idi. Quruluşunda heç bir yarı inkişaf etmiş, əskik və ya funksiyasız struktur yox idi. Bu səbəbdən aralıq forma olaraq qəbul edilməsi qeyri-mümkün idi. Lakin buna baxmayaraq, darvinist media, bu mükəmməl fosili aralıq forma elan edib sensasiya halına gətirdi. “Science Daily” fosil üçün “fövqəladə” şərhini edirdi. “Sky News” isə daha da irəli gedərək fosili “dünyanın səkkizinci möcüzəsi” elan etmişdi. Darvinist Devid Attenboro, “bu canlı bizə digər məməlilərlə olan əlaqəmizi göstərəcək” deyir və ardından, “itkin olduğu deyilən halqa, artıq itkin deyil” açıqlamasını edirdi. Attenboro, bu ifadəsiylə əslində açıqca, insanın xəyali təkamülünə illərdir itkin halqa olaraq göstərilən kəllə sümüklərinin etibarsızlığını da bir baxıma qəbul etmiş olurdu. Yanıldığı nöqtə isə, mükəmməl bir lemur fosilini insanın əcdadı zənn etməsi idi.
Darvinistlərin bəziləri belə, bu hay-küyü qəribsədilər. “Nature” jurnalının baş redaktoru darvinist Henry Gee, “itkin halqa” termininin bu canlı üçün istifadə edilməsinin yanıldıcı olacağını açıq bir şəkildə ifadə etmişdi. Və bu şərh xəbərin verildiyi bütün darvinist qaynaqlarda ifadə edilməkdə idi.
Bütün bu hay-küylər qoparılarkən, ortaya çıxan tablo tam olaraq bu gerçəyi bütün dünyaya göstərirdi: DARVİNİSTLƏRİN ÇARƏSİZLİYİNİ. Vəziyyətlərinin acınacaqlı olduğunun fərqinə varan darvinistlər nəsli kəsilmiş mükəmməl bir lemur fosilinə “insanın əcdadı” deyəcək qədər biçarə vəziyyətdədirlər.
HALBUKİ GERÇƏK BUDUR:
Dünyada yaşamış növlərin 90%-nin nəsli kəsilmişdir. LEMURUN İSƏ 99 NÖVÜ VARDIR. Və bu 99 növün 16-nın NƏSLİ KƏSİLMİŞDİR. Yeni tapılan fosillərlə də nəsli kəsilmiş lemur növlərinin sayı artmaqdadır. Bir çox növün isə izi itmişdir.
Tapılan fosil İDA DA NƏSLİ KƏSİLMİŞ LEMUR NÖVLƏRİNDƏN BİRİDİR. Bu fosil, digər tapılan nəsli kəsilmiş növlər kimi HEÇ BİR ARALIQ FORMA XÜSUSİYYƏTİ GÖSTƏRMƏMƏKDƏDİR, MÜKƏMMƏL BİR CANLIDIR. Və bu, YARADILIŞ GERÇƏYİNİN ƏN BÖYÜK DƏLİLLƏRİNDƏN BİRİDİR.
Darvinistlər, haqqında bol-bol spekulyasiyalar etdikləri bu fosil ilə əlaqədar gerçəklərin ortaya çıxmasından qorxduqları üçün bu gerçəklərə toxunmamışlar:
1. Fosilin 95%-i yerindədir. Bu səbəbdən canlının, daxil orqanları daxil olmaqla bütün detallarını araşdıra bilmək mümkün olmuşdur. Və bu canlı, növlərə xas dəyişiklik göstərən bir neçə əlamət xaricində bütün xüsusiyyətləriylə MÜKƏMMƏL BİR LEMUR NÖVÜDÜR.
2. Darvinist nəşrlər, İdanın bükülə bilən baş barmağının olduğunu və bu xüsusiyyətin digər məməlilərdən fərqli, amma insan ilə eyni olduğunu iddia etmişlər. Halbuki, bu gün yaşayan lemurların da baş barmaqları bu şəkildədir.
3. Eyni şəkildə darvinistlər İdanın dırnaqlarının olmasını da iddialarına dəlil olaraq göstərməyə çalışmaqdadırlar. Halbuki, digər primatların da dırnaqları var.
4. Darvinistlər İdanın ayaq biləyi sümüyünün “insanınkı ilə eyni olduğunu” iddia etmişlər. Halbuki, canlının ayaq quruluşu insanınkından tamamilə fərqlidir. Ayaqlardakı tək bir sümüyün bənzədilərək digər fərqliliklərin gözardı edilməsi, darvinist təbliğatın ən məşhur üsuludur.
5. Darvinistlər dövrümüzdəki lemurların əksinə, fosilin çənəsinin ön qisimində sıx dişlərin olmadığını və ayrıca caynaqlarının olmadığını ifadə etmiş və bunu iddialarına dəlil olaraq göstərməyə çalışmışlar. Halbuki, canlının dişləri meymun dişləri ilə bənzərlik göstərməkdədir. Caynaqlarının olmaması isə növə xas bir xüsusiyyətdir. Bu xüsusiyyətlərin, növlərə xas variasiyalara sahib nəsli kəsilmiş bir lemurda olmaması, bu canlının təkamülləşdiyinin dəlili deyil. Bu canlının “insanın xəyali əcdadı olduğunun” isə heç bir şəkildə dəlili deyil. Canlının dişləri də barmaqları da mükəmməldir. Təkamülləşməkdə olan yarı inkişaf etmiş, qüsurlu və ya anormal bir xüsusiyyətə sahib deyil.
6. Fosil əslində 1983-cü ildə tapılmışdır. Və bu böyük sensasiyanın edilməsi üçün düz 26 il gözlənilmişdir. Bu uzun gözləyişin səbəbi, çox güman darvinistlərin ən ehtiyac duyduqları anda, tamamilə çökmüş və yıxılmış olduqları anda fosilin spekulyasiya vəsaiti olaraq istifadə ediləcək olmasıdır. Fosil, hər hansı bir lemur fosili olaraq xüsusiyyətini qoruyarkən, birdən-birə, darvinistlərin ən böyük kəşfi halına gətirilmişdir.
Darvinistlərin bu fosil üzərində etdikləri bütün spekulyasiyalar, “bu xüsusiyyət insana bənzəyir” kimi tamamilə elmilikdən uzaq bir məntiqə əsaslanır. Canlılar əlbəttə, bir-birlərinə bənzərlik göstərərlər. Lakin bu, saxta təkamülün dəlili deyil. Darvinistlər bənzərlikləri xəyali təkamülün dəlili olaraq təqdim edəcəklərinə, gerçək bir ara fosil gətirməli, canlıda inkişaf etməkdə olan qüsurlu, yarı inkişaf etmiş, anormal strukturları göstərməlidirlər. Ancaq belə bir şeyi edə bilmələri qeyri-mümkündür. Çünki bu lemur da, bütün digər canlılar kimi, Uca Rəbbimiz tərəfindən yoxdan və mükəmməl halı ilə yaradılmışdır. Fosillər bunu sübut etməkdədir.
Nəticə:
İda hər hansı bir canlı fosilinin darvinistlər tərəfindən necə təhrif edilə biləcəyinin, saxtakarlıq və təxribat ilə İNSANIN ƏCDADI OLARAQ TƏQDİM EDİLƏ BİLƏCƏYİNİN ən açıq nümunəsidir. Bu fosil haqqında qoparılan hay-küy, eyni zamanda uzun müddətdir izah etdiyimiz darvinist təbliğatın saxta təməllərinə yeni və təzə bir nümunə olaraq özünü göstərmişdir. Darvinistlər hələ də bir fosil haqqında sıx təbliğat etdikləri zaman, insanları istədikləri kimi istiqamətləndirə biləcəklərini, aldada biləcəklərini zənn edib bu yanlışlıqlarına davam edirlər. Halbuki, insanlar uzun müddətdir özlərinə izah edilənlərlə darvinist təbliğatın necə saxta üsullarla işləməkdə olduğunu çox yaxşı bilirlər. Bu səbəbdən “insanın əcdadı” deyə ortaya çıxarılan mükəmməl bir lemur fosilinin, bu saxta təbliğatın bir parçası olduğunu dərhal anlamışlar.
İda ilə ortaya çıxan nəticə, darvinistlərin şiddətli bir çarəsizlik yaşadıqları gerçəyidir. İllər boyunca “ara fosil” elan etdikləri qalıqları saxta olduğu üçün bir-bir ədəbiyyatdan çıxarmaq məcburiyyətində qalan darvinist elm adamları, indi də yarıtmazcasına yeni bir saxtakarlığın müdafiəçiliyini etməkdədirlər. Darvinizmə görə, trilyonlarca olmalı olan aralıq formaların isə BİRİ BELƏ YOXDUR. Bu saxtakarlığa artıq heç kim inanmamaqdadır. Darvinistlər, bu azğın nəzəriyyənin sonunun gəldiyini qəbul etmək məcburiyyətindədirlər.