Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)
Qüsurdan münəzzəh olan yalnız Allah`dır. İnsan isə unuda bilər, yanıla bilər, qəflətə düşüb səhv edə bilər. Bu vəziyyət insanın hər mövzuda aciz olduğunun və hər şeydə Allah`a möhtac olduğunun göstəricisidir. Möminin vəzifəsi səhv və günahını dərk etdikdə dərhal peşman olub tövbə edərək eyni günahı təkrar işləməməyə diqqət etməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki bu, çox böyük səhvdir. Bir ayədə belə buyurulur:
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)
Səmimi mömin səhvlərinin, acizliyinin şüurundadır, buna görə, davamlı olaraq Allah`dan bağışlanma diləyir. Allah`ın rəhmətini və razılığını ümid edir. Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, gerçək mənada təmizləyir və üstün mövqeyə yüksəldir.