Peyğəmbərimiz (səv) yanındakılara daim şəfqətli davranmışdır
ucgen

Peyğəmbərimiz (səv) yanındakılara daim şəfqətli davranmışdır

2255

Daha əvvəl də ifadə edildiyi kimi, Peyğəmbərimizin (səv) yanında hər xarakterdən, hər düşüncədən insanlar var idi. Ancaq Peyğəmbərimiz (səv) həyatı boyunca hər biri ilə tək-tək maraqlanmış, hər birinin əksiklərini və səhvlərini düzəltmək üçün onları xəbərdar etmiş, təmizliklərinə, imanlarına qədər onları hər cür mövzuda öyrətməyə çalışmışdır. Onun bu şəfqətli, sevgi dolu, anlayışlı və səbirli rəftarı bir çox insanın ürəyinin dinə isinməsinə və Peyğəmbərimizə (səv) böyük səmimiyyət və sevgi ilə bağlanmalarına vəsilə olmuşdur. Allah Peyğəmbərimizin (səv) ətrafındakılara göstərdiyi bu gözəl rəftarını Quranda belə bildirir:

 

“Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali İmran surəsi, 159)

 

Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (səv) ətrafındakılara qarşı necə davranması lazım olduğunu belə bildirmişdir:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! “ (Qaf surəsi, 45)

 

Peyğəmbərimiz (səv) ətrafındakılara dini çətinləşdirərək və yaxud şərt qoyaraq qəbul etdirməyə çalışmayıb, hər cür vəziyyətdə gözəlliklə izah etmişdir.

Peyğəmbərimiz (səv) güclü vicdanı ilə ümmətinə hər mövzuda  sahib çıxmış, onlara himayədarlıq etmişdir. Bu xüsusiyyətlərinə görə Peyğəmbərimiz (səv) barəsində Quranın bir çox ayəsində "sahibiniz" (yoldaş, möhkəm dost, sahib) olaraq ifadə edilir. (Səba surəsi, 46/Nəcm surəsi, 2 / Təkvir surəsi, 22)

Peyğəmbərimizin (səv) bu vicdanlı davranışını təqdir edib anlaya bilən möminlər də onu özlərinə hər kəsdən daha yaxın görmüşlər və onu öz nəfslərindən daha üstün tutmuşlar. Bir ayədə Allah bunu belə bildirir:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır.”  (Əhzab surəsi, 6)

 

Böyük İslam alimi İmam Qəzali hədis alimlərindən yığdığı məlumatlar ilə Peyğəmbərimizin (səv) ətrafındakılara qarşı münasibətini belə təsvir etmişdir:

"... Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verər, iltifat edərdi. Buna görə huzurundakı hər kəs onun yanında özündən daha qiymətlisi olmadığı düşüncəsinə qapılırdı. Bəli onun oturuşu, dinləyişi, sözləri, gözəl lətifələri həmişə yanında oturanlar üçün idi. Bununla birlikdə onun məclisi həya , təvazökarlıq və təhlükəsizlik məclisi idi.

... Onlara hədiyyə verər və könüllərini xoş tutmaq üçün səhabələrini ləqəbi ilə çağırar, fərqli ləqəb taparaq onunla xitab edərdi.

Hirslənməkdən uzaq və bir şeyə tez razılıq göstərən idi. İnsanlara qarşı onların ən şəfqətlisi idi. Belə ki, insanların ən xeyirlisi insanlara xeyiri toxunan, insanların ən yararlısı da insanlara faydalı olandır ".

Peyğəmbərimizin (səv) ətrafındakıları dinə bağlayan və ürəklərini imana isidən insan sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanların xüsusilə üzərində dayanmaları lazım olan bir əxlaq üstünlüyüdür.

 

 

G. Mesara Kolleksiyası, Hat, Esma-i Nəbi, Qurandan bir ayə: "Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya surəsi, 107)

 

 

Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!” (Tövbə surəsi, 129)

 

“Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!” (Ali İmran surəsi, 179)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr