Adnan Oktar: Rusiya və Türkiyə birlikdə necə əməkdaşlıq edə bilər?
ucgen

Adnan Oktar: Rusiya və Türkiyə birlikdə necə əməkdaşlıq edə bilər?

313
 
Yaxın Şərqin çox çətin günlər keçirdiyi bir dövrdə Rusiya kimi qədim tarixi olan böyük bir dövlətin üzərinə mühüm vəzifələr düşür. Qərbdə və ABŞ-da bəzi qüvvələrin təkidlə Rusiyanı kənarlaşdırmaları bölgədə sülh üçün seçilmiş düzgün strategiya deyildir. Bölgənin mühüm güclərindən biri olan Rusiya kənarlaşdırılmamalıdır, tam əksinə, bu dövlətlə olan münasibətlər daha da gücləndirilməlidir. Çünki ədalət başqa bir ölkənin kənarlaşdırılması ilə bərqərar ola bilməz.
 
Bizim idealımız isə hər dindən, hər irqdən, hər düşüncədən olan insanların birlikdə xoşbəxt, dinc, keyfiyyətli yaşadığı bir dünyanın qurulmasıdır. Rus, türk, erməni, ərəb, kürd, xristian, yəhudi, sünni, şiə, vəhabi və ya fərqli inanclardan, fərqli etnik mənşəyi olanlardan hər kəsə hörmət və dəyər verildiyi, ayrı-seçkiliyin olmadığı, qardaş münasibəti olan bir dünya üçün səy göstərməliyik. Belə bir dünya üçün Rusiyaya çox mühüm vəzifələr düşür.
 
İraq müharibəsindən (2003) 11 il keçir. 11 ildə yaranan mənzərədən açıq görünür ki, "şiddət daha çox şiddət gətirir”.
 
Şiddət nəticəsində terror təşkilatları daha da güclənmiş, bu təşkilatların törətdiklərindən ən çox dinc əhali, qadınlar, uşaqlar, yaşlılar zərər çəkmişdir. Necə ki, Suriya vətəndaş müharibəsi  İkinci Dünya müharibəsindən sonra yaşanan ən böyük köçlərdən birinə səbəb olmuşdur: 6 milyondan çox insan evini tərk etmək məcburiyyətində qalmışdır. Son dövrdə İŞİD-in hücumu ilə yenidən artan mühacir axını ABŞ bombardmanı ilə böyük ehtimalla daha da sürətlənəcək. Bu insanları yaşaya biləcəkləri təhlükəsiz bir bölgə ilə təmin etmək olduqca mühüm məsələdir. Bu səbəbdən Türkiyənin təqdim etdiyi, "Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq layihəsi”nin əhəmiyyəti böyükdür. Rusiyanın dəstəyi ilə bu layihə daha da güclü və etibarlı olacaq.
 
Suriyada yaşanan vətəndaş müharibəsi zamanı Rusiya bəzi əsaslarla Qərb ilə paralel siyasət aparmışdır. Amma hazırki vəziyyət kürd, ərəb, türkmən, nüseyri, şiə, sünni və bütün bölgə insanları üçün təhlükəsiz bir bölgənin yaradılmasını artıq labüd edir. “Təhlükəsiz bölgə” layihəsi Suriyanın bütövlüyünə yönələn siyasət deyildir. Əksinə, bu layihə suriyalıları qorumaq üçün görülən bir tədbirdir. Yaradılacaq təhlükəsiz bölgə Rusiyadan dəstək alsa, Suriya xalqında yersiz narahatlıqlar aradan qaldıracaq və əmin-amanlıq yaradılmasında mühüm bir addım olacaq. Bu vəziyyət eyni zamanda Rusiyanın Şərqi Aralıq dənizi məsələsində olan şərtlərini də aradan qaldıracaq. Türkiyə Rusiya üçün bu məsələdə zəmanət rolu oynayacaq. Bu səbəbdən Rusiyanın təhlükəsiz bölgə yaradılmasına maddi-mənəvi dəstəyi çox mühümdür.
 
Bu bir həqiqətdir ki, Türkiyə heç bir zaman qonşularına qarşı işğalçı siyasət həyata keçirməmişdir. Amma buna baxmayaraq, bəzi ölkələr keçmişdə Türkiyəni bölmək məqsədilə fəaliyyət göstərən PKK kimi kommunist terror təşkilatına dəstək olurlar. Amma Türkiyə keçmişi geridə qoymuş və qonşuları ilə daima yaxşı münasibətlər qurmağa can atmışdır. Bu səbəbdən təhlükəsiz bölgə yaradılmasında məqsəd hər hansı bir işğal, ya da hücum deyil, insanlıq vəzifəsidir.
 
Hazırda da Türkiyəni ən çox maraqlandıran məsələlərdən biri öz sərhədində yaşanan hadisələrdir. Bütün Avropa İttifaqı (Aİ) ölkələrinin 2013-ci il ərzində qəbul etdiyi mühacir sayını Türkiyə ötən həftə bir gün içində qəbul etmişdir. Türkiyənin qəbul etdiyi suriyalıların  sayının 2 milyon olduğu hesablanır, onlar üçün xərclədiyi pulun məbləği isə 4 milyard dolları keçmişdir. Bizlər türk milləti olaraq əzabdan qaçan qonşularımızı qonaq etməkdən məmnuniyyət duyuruq. Ancaq nəzərdən qaçmamalıdır ki, problem beynəlxalq səviyyədədir. Türkiyənin hazırda İŞİD-in nəzarəti altındaki bölgələrlə sərhəd olduğunu və PKK terror təşkilatının da bölgədə olduğunu düşündükdə təhlükəsiz bölgənin yaradılmasının hər hansı bir işğal məqsədi daşımadığı, tamamilə təhlükəsizlik məqsədilə olduğu daha aydın olur.
 
Bu məsələdə mühüm olan Rusiyanın Türkiyəyə güvənməsidir.
 
Ukrayna problemində görüldüyü kimi, Rusiyanı tək qoymağa və kənarlaşdırmağa yönələn beynəlxalq ifadələrdən uzaq durmaq lazımdır. Ukraynada bəzi qüvvələrin Avropaya yaxınlaşmaq istəməsi necə demokratikdirsə, Rusiya ilə əlaqəsini kəsmək istəməyənlərin öz düşüncələrini müdafiə etmələri də demokratikdir. Rusiyanı heçə sayaraq, “oldu, bitdi” metodlarla siyasət həyata keçirmək ötən əsrin yanlış üsullarından biridir. Bizim istəyimiz odur ki, bölgədə və dünyada atılacaq hər addımda, qurulacaq hər yeni sistemdə Rusiya da qabaqcıl rol oynasın. Türkiyə həm Avropa İttifaqı ilə, həm də Rusiya ilə dostluq, yaxın ticarət əlaqələrində vasitəçi olmağa niyyətlidir. Bununla da qütbləşmiş siyasi vəziyyətə  asanlıqla son qoyulacaq.
 
Rusiyanın Yaxın Şərqin təhlükəsizliyi üçün Türkiyə ilə əməkdaşlıq etməsi, bölgə xalqlarının dincliyi və təhlükəsizliyi üçün edəcəyi maddi-mənəvi yardımlar onun bu torpaqlarda dost olduğunu sübut edəcək. Türkiyə ilə Rusiyanın “təhlükəsiz bölgə” məsələsində əməkdaşlıq etməsi təxirəsalınmaz və vacib məsələdir.
 
Rus xalqı dindar, təmiz, alicənab, təvazökar, gözəl ruhlu bir xalqdır. Hörmətə, sevgiyə, dəyər verilməyə layiqdir və yeni bir sistem yaradıldıqda bütün cəmiyyətlər kimi onların da xoşbəxtliyi ön planda olmalıdır. 19-cu əsrdən indiyə qədər yaşanan əzablardan bir ibrət götürülməlidir: bir cəmiyyətin xoşbəxtliyi başqa cəmiyyətlərin xoşbəxtliyi üzərində qurula bilməz. Rusiya bədbəxtdirsə, bölgə xoşbəxt ola bilməz. Rusiya güvəndə deyilsə, biz özümüzü güvəndə və rahat hiss edə bilmərik. “Yalnız biz güclü olaq, digərləri nə olursa olsun" əsri artıq geridə qalmışdır. Bu əsr Rusiya, İran, Suriya, İraq, ABŞ, Ermənistan, İsrailə heç bir fərq qoymayan, "hamımız xoşbəxt, hamımız təhlükəsiz, hamımız rahat olaq" deyən sevgi insanlarının əsri olacaq.
 
Adnan Oktarın Pravda.ru-da yayımlanan məqaləsi:
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr