Zumər surəsi, 42 (yuxu əsnasında ruhun alınması)
ucgen

Zumər surəsi, 42 (yuxu əsnasında ruhun alınması)

1302

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (5 yanvar 2012, 21:00)

Adnan Oktar: Bax, Zumər surəsi, 42-ci ayədə: "Allah ölüm əsnasında ölənin ruhunu alar". Alır, qatına alar. "Ölməyəni də yuxusunda (bir növ ölüm vəziyyətinə salar). Beləcə, özləri barəsində ölüm hökmü verilənlərin ruhunu saxlayar, digərlərini isə, müəyyən olunmuş əcəl çatanadək sərbəst buraxar". Allah: “Geri qaytarar” deyir. Yuxudakı ifadə ilə eyni ifadə işlədilir, İsa Məsih (ə.s)-dakı ölmə. Yəni yuxudakı insan necə ölürsə, İsa Məsih (ə.s) da o cür ölmüş olur. Deməli, ölü deyil. Çünki biz yuxuda olarkən ölmürük, cəsədimiz var, inşaAllah, canlıyıq, lakin yatmış vəziyyətdəyik. O zaman İsa Məsih (ə.s) göyə necə alınmışdır? Yatan vəziyyətdə bədəniylə alınmışdır. Yerə buraxıldıqda hansı vəziyyətdə olacaq? Yatan vəziyyətdə olacaq bədəniylə. Bir qalxacaq: “Aa mən haradayam” deyəcək, “siz kimsiniz” deyəcək, dilini anlaya bilməyəcəklər təbii ki, arami dilində danışır. Sonra ona ingiliscə, fransızca və türkcə, bütün dilləri öyrədəcəklər, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo