Zülmün səbəbi müsəlmanların sahibsiz olmasıdır
ucgen

Zülmün səbəbi müsəlmanların sahibsiz olmasıdır

1639

Bu gün İraqda, Suriyada, Liviyada, Misirdə, Əfqanıstanda və dünyanın bir çox bölgəsində müsəlmanlar təcavüzə, zorakılığa məruz qalır, didərgin düşür və ya qətlə yetirilir. Didərgin düşənlərin də böyük hissəsi yollarda can verirlər. Didərgin düşdükləri üçün Egey dənizində boğulan balaca, məsum uşaqların şəkilləri hələ də gözümüzün önündədir. Belə bir mənzərəni şübhəsiz ki, heç bir səmimi müsəlman qəbul edə bilməz. Bu hadisələrin heç birinə biganə qala bilməz. Hər bir müsəlman buna "dur" deməklə məsuldur. İlk öncə müsəlmanların bir-birinə sahib çıxmaları və birlik olaraq bu zülmə qarşı qoymaları, Allahın bizə Quranda bildirdiyi fərzdir:

 

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi,75)

 

Diqqət edirsinizsə, Avropanın hər hansı bir şəhərində bir insan öldürülsə, bütün dünya ayağa qalxır, ancaq milyonlarla müsəlmanın qətlə yetirilməsi dünyada dərin bir sükutdan başqa bir təsir yaratmır. Müsəlmanlar dünyanın böyük bir hissəsi tərəfindən dəyərsiz qəbul edilir. Hətta heyvanlar üçün göstərilən diqqət və qayğı belə bəzi yerlərdə müsəlmanlar üçün göstərilmir. Bəs bu vəziyyətin günahkarı və səbəbkarı kimdir? Niyə bu gedişata bir "dur" deyilmir və getdikcə artan sürətlə bu zülm böyüyür.

 

Bunun məsuliyyətini və səbəbini əlbəttə ki, ilk növbədə müsəlmanlarda axtarmaq lazımdır. Belə ki, Allah zülmə qarşı ancaq "birlik olmaqla" son qoyula biləcəyini bildirdiyi halda, müsəlmanların çox böyük hissəsi Allahın bu əmrini qulaq ardına vurur. Bəziləri sanki özlərindən başqa doğru yolda olan müsəlman cəmiyyəti yox imiş kimi davranır. Hətta bəziləri bir-birilərini düşmən kimi görür. Buna görə də heç vaxt həqiqi mənada birlik olmurlar. Məsələn, Avropada bir çox məscid ayrı-ayrı qrupların hakimiyyəti altındadır. Buna görə də, bir müsəlman istədiyi hər məscidə gedə bilmir. Mütləq öz inancına uyğun gələn şəxslərin, öz daxil olduğu müsəlman icmasının olduğu məscidə getməlidir. Məhz bu acı həqiqət də müsəlmanların əsrlərdir niyə bir-birindən uzaq, zəif və gücsüz qoyulduğunun açıq göstəricisidir. Ən əhəmiyyətlisi də Allahın "qardaş olduqlarını" bildirdiyi müsəlmanların bu ayrılığı Allahın razı olmayacağı əxlaq olduğu üçün bərəkətsizlik, əzab və çətinliklərə yol açır. Allah Quranda "birlik olmamağın" necə nəticələnə biləcəyini bu şəkildə açıqlamışdır:

 

Kafirlər də bir-birinə dost-durlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

 

Birlik bir yana, hazırda dünyanın bir çox yerində müsəlmanların ən böyük düşmənləri də yenə bir qisim müsəlmanlardır. Bu gün dünyada qətlə yetirilən müsəlman sayına baxsaq, bu rəqəmin 90%-nin müsəlmanların əli ilə baş verdiyini görürük. Dünyanın əsas böhran və müharibə bölgələrinə baxdıqda da bunların müsəlman torpaqları olduğunu və o ərazilərdə bir-birilə amansızca döyüşən, bir-birini qətlə yetirənlərin də yenə müsəlman icmaları olduğunu görürük.

 

Bu gün dünyada təqribən 1,5 milyard müsəlman yaşayır. Müsəlman ölkələr çox geniş iqtisadi və hərbi imkanlara malikdirlər. Müsəlmanlar aralarındakı ixtilafları bir kənara qoyub bir araya gəlsələr, həm maddi, həm də mənəvi cəhətdən dünyanın ən böyük gücünü meydana gətirərlər. Bu elə bir gücdür ki, bu gücün mində biri belə istifadə edilsə, dünyada ac-susuz, köməyə ehtiyacı olan müsəlman qalmaz. Təkcə müsəlmanlara deyil, Quran əxlaqının tələbi olaraq dünyanın dörd bir tərəfindəki hər inancdan, hər fikirdən insana kömək əli uzadılar. Bu birliyin gücü ilə bəşəriyyətin yaşadığı bütün əzab və çətinlikləri həll etmək olar.

 

Belə gözəl bir nəticə üçün ilk növbədə müsəlmanlar məzhəb fərqi qoymadan və heç bir böyüklük hissinə qapılmadan Allahın fərz buyurduğu bu böyük ibadəti yerinə yetirməli və birlik olmalıdırlar. Bu günə qədər baş verən hadisələr göstərir ki, bu proses nə qədər uzansa, əzablar daha da artır və daha dəhşətli nəticələr meydana gəlir. Əlbəttə ki, bunun vəbalı da bu çağırışa biganə qalan, öz aralarındakı münaqişələrlə məşğul olan müsəlmanların boynuna olacaqdır.

 

Dünyada və axirətdə belə böyük bir məsuliyyətin altında qalmaqdan çəkinən bütün müsəlmanlar ilk növbədə "böyüklük və üstünlük" iddiasından imtina etməlidirlər. Sonra isə müsəlman qardaşlarına qarşı müxalif olmağın yanlışlığını görməlidirlər. Allahın əmrini yerinə yetirmək üçün niyyət etməli, birlik və bərabərliyi aradan qaldıracaq münaqişəli fikirlərdən çəkinməlidirlər. Bu gün öncəlik birlik olmaqdadır. Bu, Allahın müsəlmanlara açıq əmridir. Bu səbəbdən qarşısında heç bir maneə ola bilməz. Hazırda dünya hərcmərclik içindədir. Milyonlarla məsum müsəlman zülm altındadır. Bir yerdə bir ev yanırsa, heç kim əvvəlcə evdəki stolu, stulu xilas etməyə çalışmaz, əvvəlcə insanların həyatını xilas etməyə çalışar. Hazırda dünyada belə bir zülm var ikən müsəlmanların ilk növbədə məsuliyyəti bütün digər məsələlərdən əvvəl bu birliyi yaratmaq üçün səy göstərmək olmalıdır.

 

Şübhəsiz ki, bu vəziyyətdə verilən sual bu olur: "müsəlmanlar necə bir araya gələcəklər". Bu birlik, əlbəttə ki, rəsmi, sünni bir birlik olmayacaq. Belə ki, bu cür təcrübələr çox yaşanmış və bu təşkilatlar bir göstərişdən kənara gedə bilməmişdir. Məsələn, son dövrdə İranda keçirilən bir birlik konfransında şiələr və sünnilər ayrı-ayrı, öz məzhəblərinə bağlı imamların arxasında namaz qıldılar. Beləliklə, "birlik" üçün bir araya gəldikləri bir mühitdə ayrılıqlarını açıq şəkildə ortaya qoydular.

 

Bilinməlidir ki, müsəlmanlar ancaq rəsmiyyətdən uzaq, səmimi, sevgi dolu bir şəraitdə bir araya gələ bilərlər. Bu halda müsəlmanların birlik olması üçün izlənəcək yeganə yol hər təbəqədən müsəlmanın sözünə, səmimiyyətinə, fərasətinə, sevgisinə, qardaşlığına, bilgisinə tam güvənəcəyi və heç bir təbəqəyə bağlı olmayan, qərəzsiz, ədalətli bir müsəlmanı mənəvi lider seçmələridir. Çünki baş olmadan heç vaxt bir birlikdən söhbət gedə bilməz. O insan böyük müsəlman birliyinin başı olacaq. Beləliklə, müsəlmanlar artıq sahibsiz olmayacaq, qəlbən bağlı olduqları bu insana çox dəyər verəcək və onun sözlərini sevərək tətbiq edəcəklər.

 

Müsəlmanların mənəvi lideri olsa, nə baş verər? İlk ağıla gələn prioritet məsələləri sıralayaq:

 

  • Müsəlmanlar fərqli fikirdə də olsalar, bütün problemlərini bir-birilə müharibə etmədən, zorakılığa əl atmadan, sevib saydıqları liderlərinə müraciət edərək asanlıqla öz aralarında həll edərlər.

 

  • Böyük sevgi, güvən və rahatlıq mühiti yaranar. Beləliklə, müsəlman dünyasında hər bir sahədə böyük potensial üzə çıxar. Elm, incəsənət, iqtisadiyyat olduqca inkişaf edər, bolluq və rifah mühiti yaranar.

 

  • Müsəlmanlar arasında keyfiyyət, müasirlik, sevgi, şəfqət  artacağı üçün xristian və yəhudi cəmiyyətlərlə də yaxşı əlaqələr qurular.

 

  • Dünyanın harasında olursa-olsun, heç kəs sahibsiz gördüyü üçün müsəlmanların hüquqlarına təcavüz edə bilməz. Çünki belə bir vəziyyətdə haqq və hüquqla özünü müdafiə edəcək, bir-birinə sıx bağlı böyük bir gücü qarşılarında görəcəklərini bilirlər.

 

Birlik içində olan müsəlmanların arasına xarici dərin dövlət mənsubları ayrılıq, müharibə toxumları əkə bilməz. Hər fitnə müsəlmanların mənəvi lideri tərəfindən aradan qaldırılar. Beləliklə, müharibə tacirlərinin müsəlman qanı ilə qidalanmasının da qarşısı alınar.

 

Yer üzündə törədilən hər hansı bir cinayət müsəlmanlara aid edilərək müsəlman qırğını başladıla bilməz. Çünki müsəlmanlar Quran əxlaqına uyğun olaraq, cinayətə və zorakılığa qəti qarşı olan liderlərinin sözündən çıxmazlar. Beləliklə, heç bir təxribata da imkan verilməmiş olar.

 

İndi isə "bu mümkündürmü" sualına bu cavabı verə bilərik: əlbəttə ki, mümkündür. Çünki bu Allahın Quranda vacib buyurduğu və yerinə yetirildikdə yer üzünə əmin-amanlığı bərqərar edəcəyini müjdə verdiyi böyük bir ibadətdir.

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr