Darvinizm yalanı ilə əlaqədar bilinməli olan çox əhəmiyyətli həqiqət vardır: Darvinizm hələ həyatın mənşəyi mövzusuna, yəni canlılığın ilk necə ortaya çıxdığı sualına ağıllı və elmi bir şərh gətirə bilmiş deyil. Darvinistlərin hər şeyin mənşəyi saydıqları o xəyali “ilk hüceyrə”nin, hətta onun ilk zülalının belə necə ortaya çıxdığı müəyyən deyil. Təkamül nəzəriyyəsi, necə meydana gəldiyinə şərh gətirə bilmədiyi tək bir zülal qarşısında onsuz da qəti olaraq çökmüş vəziyyətdədir.
Bu həqiqət bütün darvinistlər tərəfindən bilinir. Buna görə oxuyacağınız hər darvinist yayında, izləyəcəyiniz hər darvinist proqramda bu mövzu tələm-tələsik ötürülməyə və unutdurulmağa çalışılar. Darvinizm təbliğatı edən heç bir yerdə, zülalın təsadüfən meydana gəlmə ehtimallarının qeyri-mümkünlüyünü göstərdiyi, elm tarixi boyunca laboratoriyalarda reallaşdırılmış saysız təcrübənin hüceyrənin tək bir zülalını, tək bir orqanoidini meydana gətirə bilmədiyi, hüceyrənin təsadüfən meydana gələ bilməyəcək qədər mükəmməl və sadələşdirilə bilməz komplekslikdə quruluş olduğunu öyrənə bilmək mümkün deyil. Çünki bu həqiqətlər, canlılığın mənşəyinə dair elmdən kənar bəsit darvinist şərhi yerlə bir edir. Təsadüflərin, zülalın içindəki amin turşularına da şərh gətirə bilmədiyi diqqətə alındığında, təkamül nəzəriyyəsinin xəyali “zaman + təsadüflər + palçıqlı su” düsturu məktəblər üçün hazırlanmış nağıl kitabı başlıqlarını xatırladır.
- Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT yarana bilməz
- DNT olmadan zülal yarana bilməz
- Zülal olmadan zülal yarana bilməz
- Tək bir zülalın yaranması üçün 60 ayrı zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal var ola bilməz
- Ribosom olmadan zülal yarana bilməz
- RNA olmadan da zülal yarana bilməz
- ATP olmadan zülal yarana bilməz
- ATP-ni çıxaracaq mitoxondri olmadan da zülal yarana bilməz.
- Hüceyrə nüvəsi olmadan zülal yarana bilməz
- Sitoplazma olmadan da zülal yarana bilməz
- Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal yarana bilməz
- Hüceyrədəki bütün orqanoidlərin var olması və çalışması üçün də zülallar lazımdır
- Bu orqanoidlər olmadan da heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.
Qısacası,
BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ƏDƏD BELƏ ZÜLAL YARANA BİLMƏZ.
Bütün bunların reallaşdığını, darvinizmin sehrli düsturunun işə yaradığını və xəyali ilk hüceyrənin meydana gəldiyini fərz etsək belə (ki, bu elmi olaraq mümkün deyil), darvinistlər yenə çox böyük düyünlərlə qarşı-qarşıyadırlar. Darvinistlərin, hüceyrənin orqanoidlərinin hər birinin boynuna götürdüyü vəzifələri, fermentin bədəndə etdiyi vəzifələri, qaraciyər, dalaq, mədə, ağciyər, beyin kimi kompleks orqanların meydana gəlişini və fəaliyyətini, daha da əhəmiyyətlisi iddia etdikləri şəkildə bütün bunların başqa canlılardan çevrilmə yoluyla qüsursuz və mükəmməl şəkildə möcüzə əsəri var olmasını açıqlamaları lazımdır. Lakin darvinistlər, gözlənildiyi kimi, açıqlaması qeyri-mümkün olan bu mövzuların yanına belə yaxınlaşmazlar.
Çünki ən kiçiyindən ən böyüyünə orqanizmlərin hamsında möhtəşəm kompleksliyi saxta darvinist mexanizmlərlə açıqlaya bilmək mümkün deyil. Bütün darvinistlər əslində yer üzündə, səmada, bütün canlıların və insanın yaradılışında açıq şəkildə möcüzə olduğunun fərqindədirlər. Döllənmiş hüceyrənin bölünərək 100 trilyon hüceyrədən ibarət olan mükəmməl insan bədənini meydana gətirməsini, bunların 30 trilyonunun insan beynini meydana gətirmək üzrə xüsusiləşib ayrılmasını, bunların içində 120 trilyon əlaqə quran 12 milyard beyin hüceyrəsinin mükəmməl şəkildə işə başlamasını və bütün bunların nəticəsində, ortaya düşünə bilən, varlığının fərqində olan mükəmməl bir canlının çıxmasını darvinist yalan üsullarıyla açıqlaya bilməyəcəklərini özləri də bilirlər.
Elmi yazıçı və jurnalist Fred Hiren, darvinistlərin də gözlərinin qarşısında olan bu həqiqəti bu sözlərlə açıqlayır:
Açıq-aşkar olan həqiqət olduqca aydındır. Məntiqli çıxarış: gördüyümüz hər şeyin çox böyük, fövqəltəbii səbəb tələb edən nəticə olduğudur. Günəş və ulduzlar, Ay və bu dünya bir şeylərdən öz-özünə yaranmış deyillər. Bu məntiqsizdir - yalnız Qərb məntiqi üçün deyil, bütün insan məntiqi üçün məntiqsizdir. Kainatdakı hər hadisə buna səbəb olan şey ilə əlaqəli olaraq açıqlana bilər. Amma bəhsi keçən hadisə kainatın özünün necə ortaya çıxdığı olduğunda, bunun kainatın içində şərhi yoxdur. Burada artıq təbiətə aid şərh yoxdur.
Şübhəsiz, kainatın hamısına, yerə və göyə, bütün canlı varlıqlara hakim olan, onların hamısını yaradan Uca Allahdır. Allah, tək bir hüceyrədə yaratdığı möhtəşəm aləm içində elə kompleks nizam var etmişdir ki, bunun nəinki təsadüflərlə, insan bacarığı, qabiliyyəti və ağlı ilə belə açıqlanması qeyri-mümkündür.
Məhz darvinizmin ən böyük düyünlərindən birini bu həqiqət meydana gətirir. Darvinistlər, bir mövzuda şərhsiz qaldıqlarından, ümumiyyətlə “ötürmə” siyasəti tətbiq edirlər. Təkamül nəzəriyyəsinin saxta mexanizmlərini sayar, lakin bunların necə saxta təkamül meydana gətirdiyinə dair heç bir elmi şərh edə bilməzlər. Təkamül nəzəriyyəsi, öz şərhləri içində boğulmuşdur, lakin oxucuya bunu fərq etdirməməyə çalışarlar. Halbuki, təkamülçü bioloq ateist Riçard Dokinzin aşağıdakı etiraflarından da aydın olacağı kimi, təkamülün təməl düyünləri darvinistlər tərəfindən çox yaxşı bilinir:
Təbiət, əlverişsiz yaratmağına baxmayaraq, silsilə mutasiyanı bir araya gətirərək, canlı soyu üçün ümumi mənada ən ideal inkişafa çatacaq yolu təyin etmə uzaqgörənliyinə sahib deyil.
Qurudan dənizə keçən nəsilin hərəkət sistemində olduğu qədər, tənəffüs sistemində dəyişikliklərə ehtiyacı olacağı bəllidir, lakin bunların arasında təbiət gərəyi əlaqə olduğunu düşünmək üçün məqbul səbəb tapılmır. Yürümə üzvlərini üzgəclərə çevirən gediş, niyə oksigen alışı üçün ağciyərlərin məhsuldarlığını artıracaq meyillər ilə əlaqəli olmalıdır? Əlbəttə, eyni anda adaptasiyası reallaşan bu meyillərin, embrioloji mexanizmlərin təsadüfi nəticəsi olaraq əlaqəli hala gəlməsi gözləniləndir, lakin bu əlaqənin mənfi yerinə müsbət nəticə verməsi ehtimal deyil.
Günümüzün ən tanınmış ateistlərindən olan Riçard Dokinz belə, canla-başla müdafiə etdiyi təkamülün heç bir mexanizminin saxta təkamülə dəlil təşkil etmədiyini açıq şəkildə etiraf edir. Dokinz, bu sözləriylə, mutasiyaların heç bir faydalı nəticə verə bilməyəcəyini və canlının sudan quruya keçişi üçün lazım olan çevrilmələrin meydana gəlməsinin qeyri-mümkün olduğunu ifadə etmək məcburiyyətində qalmışdır. Dokinzin bu etirafları, elmi heç bir dəlili olmayan azğın darvinizm dininin necə kor-koranə müdafiə olunduğunu təsdiqləyən xüsusiyyətdədir.
Dokinz kitabında eyni zamanda Nobel mükafatı sahibi immunoloq Professor Sir Piter Medevordan da mövzuyla əlaqədar sitat götürmüşdür:
“... əlimizdə təkamüllü inkişaf ilə əlaqədar qaneedici tərif yoxdur…”
Təməl düyünlərin gözardı edilməsi, əlbəttə, mövzu haqqında təhsilsiz olan şəxslər üzərində təsirli olmuş ola bilər. Lakin insanlar təkamül nəzəriyyəsi haqqında məlumatlandıqca, mövzu edilməyən bəzi həqiqətlər, qəsdli olaraq üstündən keçilən təfərrüatlar və gizlədilməyə çalışılan təməl mövzulara bağlı suallar soruşmağa başlayacaqlar. Bu gün bəzi ölkələrin məktəblərində, ABŞ-ın müxtəlif əyalətlərində və Avropada yaşanan vəziyyət budur. Şagirdlər, kor-koranə təhsil almağı rədd edir, bu təməl düyünlər mövzusunda təlimçiləri ilə müxtəlif mübahisələrə girməkdən çəkinmirlər. Dəccalın insanları aldatdığı dövr sona çatmışdır. Darvinizmin təməl düyünləri insanların diqqətini çəkir, bütün bunlar üçün şərh gözləyirlər. Darvinistlərin bu mövzudakı uzun sürən səssizliyi, darvinizm tərəfdarlarını belə şübhəyə salmış, insanlar darvinizm xaricində şərh axtarışına girmişlər. Əlbəttə, darvinizm tilsimindən xilas olan hər adam, ağıl və şüur sərgiləyən, möhtəşəm komplekslikdəki canlılığın yaradılmış olduğunu açıq şəkildə görür.
Darvinizm çıxılmaz vəziyyətdədir, çünki canlılar təkamülləşməmiş, yaradılmışlar. İnsanlar, artıq bunu açıq şəkildə görür; ağıllarıyla və vicdanlarıyla bu həqiqəti qəbul edirlər. Allah uca qüdrəti ilə hər şeyə qadir olduğunu və darvinizmin saxta ilahlarının heç bir gücü olmadığını ayələrində bu şəkildə ifadə edir:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 73-74)