Kəhf surəsindən bəzi sirlər-2
ucgen

Kəhf surəsindən bəzi sirlər-2

1268

Hörmətli Adnan Oktarın 28.09.2010-cu il tarixindəki Kaçkar TV reportajından
 

18/65- Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.

 

Allahın xüsusi olaraq elm öyrətdiyi və rəhmət verdiyi hz. Xızır (ə.s.)-ın tapılması, eyni zamanda hz. Mehdi (ə.s.) ilə izah edilir. Hz. Mehdi (ə.s.)-da hz. Xızır (ə.s.)-ın xüsusiyyətləri çoxdur. Hz. Xızır (ə.s.), hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.) üçü də şəbəkə kimi bir-birlərini dəstəkləyər.
 

  18/66- Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə, sənin arxanca gələ bilərəmmi?"

 

Hz. Mehdi (ə.s.)-a tələbə olmaq çox məsuliyyətli və çətindir. Çoxları həvəslənir, amma həqiqətən də hz. Mehdi (ə.s.)-a tələbə olmaq çətindir. Onlar bunu yuxu kimi düşünürlər. Məsələn, xərcləyərsən, yemək yeyərsən, amma elə deyil. Bəla yağış kimi gəldikdə canım şirindir deyərsən, amma belə olmaz.

 

18/67- Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən.”

 

Bu hz. Mehdi (ə.s.)-ın da ifadəsidir. Mütləq bir qeyri-adilik görəcəksən. Daxilən deyil, zahirən baxdığın üçün, qeyri-adilik görəcəksən. Hz. Mehdi (ə.s.)-ı dərk etmədikləri üçün azğınlıqla günahlandıracaqlar .

 


18/68-Axı, sən səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən?"
 

 

Əsl mahiyyətini bilmədən, necə səbr edəcəksən? 

 


18/69- Musa dedi: "İnşaAllah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam".

 

İnşaAllah, kilidi açır, bu hz. Mehdi (ə.s.) tələbələrinin üslubudur deyir. Müəyyən işlərdə deyil, ağla gələn heç bir işdən geri çəkilməyəcəyəm deyir.

 


18/70- Xızır dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə, məndən heç bir şey haqqında soruşma! "

 

İstisnasız heç bir şey yoxdur. "Sənə hikmətini açıqlayacağam, amma mən açıqlamadan əsla sən soruşma!"- deyir.

 

18/71- Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün"..

 

Həmişə iki rəqəmi. Qiyamət də 2120-ci ildədir, bəlkə də saat ikidədir.

Hz. Xızır (ə.s.)-ın xüsusiyyətlərindən biri də gedər binanı dağıdar, yıxar. Başa düşə bilməzsən ki, bunu niyə etdi.

Müsəlmanlar üçün içində insan toplanan gəmini batırmaq haramdır. "Təxribat etdin, cinayət törətdin, haram iş tutdun”- deyir. 

 


18/73- Musa dedi: "Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!"
 


Hz. Mehdi (ə.s.) varsa, hz. Xızır (ə.s.) vardır. Hz. İsa (ə.s.), hz. Mehdi (ə.s.), hz. Xızır (ə.s.) üçü bir araya gəlməz, həmişə ikisi olar.

 

18/74- Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: "Heç kəsi öldürməyən, günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun".

 

Hz. Mehdi (ə.s.)-a zidd olanı hz. Xızır (ə.s.) öldürər. Niyə öldürdüyünü heç bir şəkildə tapmazsan. İnsan olmadığı üçün tapa bilməzsən. And içir ki, sən pis iş etmisən, halbuki o vəhy ilə hərəkət edir. Amma insan kimi bildirər. 

 

18/77- Yenə yola düzəldilər. Nəhayət, bir kəndə çatıb,oranın camaatından yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın".

 

Hz. Xızır (ə.s.) istəsə yeyər, istəsə yeməz. Bir-iki ay yemək yeməz. Amma insanlar iki gün yeməsə, pərişan olarlar.

Divar ustası hz. Mehdi (ə.s.) bütün massonların ustadı, mürşidi olacaq, bu eyni zamanda Quranın işarəsidir. Həmçinin, yıxılmış divar 2 yerdə var: biri Ayasofyadı, o inşa ediləcək, ikincisi isə Süleyman Məbədidir ki, o divar Allah tərəfindən xüsusi mühafizə edilir. O divarı hz. Mehdi (ə.s.) yüksəldəcək, məbədi yenidən inşa edəcək. Hz. Mehdi (ə.s.)-ın vəsiləsi ilə bütün massonların iman edəcəklərini görəcəksiniz.

Allah rizası üçün edər, qarşılıq almaz. 

 

18/78- Xızır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.

Artıq razılaşdıq ayrılırıq.

 

18/79- Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.

 

Eyni üsul, anası onu körpə ikən kiçik bir gəmiyə qoymadımı? Əslində çox təhlükəli olduğu açıqdır. Anası onu öldürmək məqsədiləmi suya atdı? Firon əlinə keçməsin deyə uşağı öldürdümü? Ananın onu atmağı Ledün elmi idi. Onu ölmək üçün yox, xilas olsun deyə buraxdı.

 

18/80- Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.

 

Hz. Mehdi (ə.s.)-a zərər verəcək biri olsa, hz. Xızır (ə.s.) o şəxsi öldürər. Yüz il axtarsan da heç bir dəlil tapa bilməzsən. Hz. Musa (ə.s.) bir yumruqla o şəxsi orada öldürmədimi? Qismətində idi, Allahın əmri idi, istəmədən oldu. Hz. Xızır (ə.s.) o adamı niyə öldürdün demədi.

 

18/81- Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.

 

Bu da hz. Mehdi (ə.s.)-dır. Dəccalın öldürüləcəyi hz. Mehdi (ə.s.) da hz. Xızır (ə.s.) tərəfindən dəstəkləniləcəyini göstərir. Hz. Mehdi (ə.s.) həm çox təmiz, həm də mərhəmətlidir.  Bunlar onun əsas xüsusiyyətidir. 

18/82- “Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapmalarını istədi. Bunları mən öz düşüncəm olaraq etmədim, bu Rəbinin bir rəhmətidir. Bunlar sənin səbr etməyə gücün yetməyən şeylərin izahıdır.

 

Hz. Mehdi (ə.s.) və hz. İsa (ə.s.)-ın ikisi də yetimdir. O xəzinə hz. Süleyman (ə.s.)-ın sandığı və müqəddəs əmanətlərin hamısı, Tövrat və İncilin orijinallarıdır. İkisinin də atası hz. İbrahim (ə.s.)-dır.

O xəzinələri daha əvvəl tapmaq mümkün deyil. Minlərlə ildir ki, hamı axtarır və bunu hz. Mehdi (ə.s.) öz əli ilə qoymuş kimi tapacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo