İynə yarpaqlı bitkilərdən olan yalançı sərv ağacının 50 milyon ildir dəyişmədiyini göstərən şəkildəki qalıq, təkamülçülərin iddialarının doğru olmadığını söyləməkdədir. Charles Darvinin iddialarına görə, keçmişdə dünya üzərində xəyali tək bir ortaq əcdaddan digər canlı növlərini pilləli olaraq törədən bir təkamül müddəti yaşanmış olmalıdır. Ancaq qalıqlar, istisnasız, bunun tam tərsini söyləməkdədir. Soyu tükənmiş və ya davam edən fərqli canlılara aid saysız-hesabsız qalıq vardır, amma bu qalıqlar Darvinin nəzəriyyəsinin tələb etdiyi kimi bir-birlərinə qohumluq bağı ilə bağlı deyil. Bilinən hər qalıq, bilinən hər canlı kimi, özünə xas xüsusiyyətlərə malikdir. Təbiət tarixi, bir-birinə çox bənzəyən və yaxın növlərə deyil, bir-birlərindən çox fərqli və aralarında böyük struktur fərqliliklər olan qruplara ayrılmışdır.