Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir
Elm adamları dəniz suyunun duzluluğunun necə əmələ gəldiyinə dair bir çox fikir irəli sürmüşlər. Bu fərziyyələrdən birinə əsasən, qurudakı elementlər aşınma nəticəsində dənizlərə daşınmış, ona görə, qurudakı elementlərin hamısı dəniz suyunda da var. Məsələn, isti dəniz suyunun 85%-dən çoxu natrium xloriddən, yəni xörək duzundan ibarətdir. Çayların gətirdiyi natrium kimi minerallar torpaq və qayaların aşınması nəticəsində üzə çıxır. Lakin dəniz suyundakı bor və xlor kimi digər elementləri çaylar gətirmədiyinə görə, bu prosesdə başqa amillərin da rol oynadığı düşünülür.
Başqa fərziyyəyə görə, dəniz suyunun duzluluğu yer qabığının təbəqələri arasındakı qazlardan qaynaqlanır. Müxtəlif dövrlərdə yer qabığı ilə yerin mərkəzi arasında qalan təbəqənin zəhərli qazlardan təmizlənməsi prosesində digər maddələrlə birlikdə su və xlor da yer qabığının altındakı ərimiş vulkanik qayaların arasından çıxır. Bu fərziyyəyə görə, dövrümüzdə müxtəlif aşındırma amilləri (külək, çaylar, yağış suları və s.) nəticəsində atmosferə yayılan bu elementlər dənizlərə yağıntı şəklində düşür.
Mineralların dəniz suyuna qarışmasının digər yolu isə ölən dəniz heyvanları vasitəsilə olur. Dəniz heyvanları öldükdə torpağa qarışıb yenidən dənizə qayıdırlar.
Dəniz suyunun duzluluğu nə üçün getdikcə artmır?
Dəniz suyundakı duzun miqdarında yüz milyon illərdən bəri mühüm dəyişiklik olmayıb. Həll olmuş maddələrin miqdarının zamana və yerə görə dəyişməsi ilə yanaşı, müəyyən elementlərin okeanlarda hər dövrdə eyni faizdə olduğu qəbul edilir. Bu cəhətdən okeanı, lazımi ölçünü sabit saxlamaqla, elementlərin bir tərəfdən suya əlavə edilib digər tərəfdən müntəzəm boşaldıldığı böyük çənə bənzətmək olar. Məsələn, elementlərdən bəziləri qayalarla birləşir, beləliklə, torpaq tərəfindən sorulur və bu proses nəticəsində çöküntüyə çevrilir. Dənizdə yaşayan bitkilər və heyvanlar da bu elementlərdən faydalanırlar. Bu yolla dəniz suyundakı mineralların miqdarı daima sabit qalır. Beləliklə, yer üzündə həyatı davam etdirən qüsursuz müvazinət qorunur.
Göründüyü kimi, hər yerdə hakim olan qüsursuz ölçü dəniz suyundakı duz və başqa elementlərə də aiddir. Unutmaq olmaz ki, bütün bunları müəyyən edən, hər şeyi bir ölçü ilə, müəyyən nizamla yaradan sonsuz elm və qüdrət sahibi olan uca Allah’dır. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilmişdir:
O Allah ki, göylərin və yerin hökmü Onundur. O, (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)
Dəniz suyundakı turşu nisbəti çox həssas tarazlıqla yaradılmışdır
Dənizlərdəki həssas mühiti başa düşmək üçün akvariumlardakı turşuluq tarazlığı bir ölçü kimi götürülə bilər. Şirin su akvariumlarının pH (turşuluq) dəyəri 7.0-7.8 arasında ikən, dəniz akvariumlarında bu dəyər 8.0-8.5 arasındadır. Suyun turşuluq dəyəri yüksəldikcə, sudakı ammoniy (NH4) ammonyak (NH3) nisbətində, daha çox zəhərli olan ammonyak da yüksəlir. Sudakı ammonyakın 0.01 mg/ litrdən artıq olması, balıqlar da daxil olmaqla, dəniz canlıları üçün çox təhlükəlidir. Buna görə də, dəniz akvariumlarına şirin su akvariumlarına nisbətən daha az sayda balıq qoyulmalıdır. Şirin su akvariumlarında 1 sm-lik balıqlar üçün 1 litr su lazımdırsa, dəniz akvariumlarında hər balığa 10 litr su lazımdır.
Bu cür həssas nizamlamanın yer üzünün ¾ -ünü əhatə edən sularda öz-özünə tam lazım olduğu şəkildə təşkil edilməsi mümkün deyil. Furqan surəsinin 2-ci ayəsində Uca Rəbbimiz “... O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir”, deyə bildirmişdir.
Dəniz suyundakı əsas kimyəvi maddələr və nisbətləri
¬ Natrium xlor: %78,32
¬ Kalium xlor: %1,69
¬ Maqnezium xlor: %9,44
¬ Maqnezium sulfat: %6,40
¬ Kalsium sulfat: %3,94,
¬ Cəmi: 99,79
Planktonların dünyanın temperaturuna təsiri
Yer üzündə həssas müvazinətlə qurulmuş ahəngdar sistem var. Yeri həyat üçün əlverişli edən bu sistemdə yaşayan varlıqlar, eyni zamanda, sistemə də fayda verirlər. Hikmətli yaradılışı göstərən bu nizamda bəzi canlıların daha vacib funksiyaları var. Okeanlarda yaşayan və balinaların qidalandığı planktonlar da bunlardan biridir.
Planktonların çoxu dimetil-sulfid adlı kimyəvi maddə hasil edirlər. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxlaşması üçün nüvə əmələ gətirərək buludları meydana gətirirlər. Bu nüvələr çox böyük olduqlarına görə, yağışa səbəb olmurlar, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu, “albedo” adlanır. Dimetil-sulfid albedonu artırır. Beləliklə, buludlar günəş şüalarını əks etdirir, bununla əlaqədar olaraq, torpağa düşən günəş şüaları da azalır. Ona görə, bir çox insanın həyatında bircə dəfə də görmədiyi planktonlar dünyanın çox həssas ekoloji sistemində mühüm yer tuturlar. Rəbbimizin ilhamı ilə hərəkət edən bu mikroskopik canlıların vəsiləsi ilə günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə qalxmır.