Fransanın ən yüksək tirajlı gündəlik qəzetlərindən olan Le Monde 2011-ci ilin yanvar ayından bu yana Fransada keçirilən Harun Yəhya konfransları haqqında uzun bir məqalə yayınladı. Məqalədə may ayında keçirilən 12 konfransda Darvinizmin elm qarşısındakı böyük məğlubiyyətinin izah edildiyi və konfransa gələn şəxslərə ödənişsiz kitabların paylandığını vurğuladı. Yazını qələmə alan Stéphanie le Bars, Harun Yəhya nümayəndəsinin konfransda söylədiyi "Bütün Darvinistlərin terrorist olmadığını, amma bütün terrorçuların Darvinist olduğu" fikrinə diqqət çəkdi.
Sözügedən xəbərdə həmçinin Cənab Adnan Oktarın 2007-ci ildə minlərlə "Yaradılış Atlası"nı Fransa təhsil qurumlarına göndərdiyi, 2011-ci ilin yanvar ayında isə Fransada 8 böyük konfrans verdiyi izah edildi. Konfransı sonuna qədər dinləyən Le Bars dinləyicilərə verdiyi müsahibəsində bu sözləri bildirdi:
Maroua adlı qara, uzun paltarlı bir tamaşaçı qadın əvvəllər öz-özünə dinozavrlar və ya insanın mənşəyi haqqında suallar verdiyini etiraf edir. Deyir ki: "Məktəbdə hər şeyə qarşı gəlmək mümkün deyil. İnsanın meymundan törədiyini öyrənirik. Evdə və Quranda, Adəm və Həvvadan gəldiyimizi və hər canlını Allahın yaratdığını öyrənirik. Bu səbəbdən konfransdakı izahlar çox məntiqlidir."
Müsəlman olduğu üçün həmişə yaradılışa inandığını söyləyən 26 yaşlı Amadou Bah da konfransda öyrəndiyi məlumatlar üçün konfransı təşkil edənlərə təşəkkür edərək, artıq təkamül nəzəriyyəsinə qarşı çıxa biləcək dəlillər öyrəndiyini ifadə edib.
21 yaşlı Najoua Oubaya da konfransda öyrəndiyi Quran möcüzələrindən sonra belə deyir: "Aparılan bütün araşdırmalar göstərir ki, Allah 1400 il bundan əvvəl hər şeyi Quranda yazmışdır."
19 yaşlı şagird Yanina Gelassi belə əlavə edir: "Məktəbdə müəllimlərə inandıq, amma onların tezisləri artıq çürüdüldü, doğru söyləmirlər."
"Le Monde" qəzetində dərc olunan xəbərdə Evrim Aldatmacası saytının şəkilli təqdimatı keçirildi və Harun Yəhyanın təkamül nəzəriyyəsini isbat edən sadəcə bir ədəd aralıq mövqe tutan canlıya məxsus daşlaşmış qalıq təqdim edənə 7 milyon dollar verəcəyi elan edildi.