FALİQ - Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)
ucgen

FALİQ - Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

1351

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı  bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allah`ın təqdiridir. (Ənam surəsi, 95-96)

 
Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib.
 
Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxum torpaqdan lazımi vəsaitləri götürərək cücərməlidir. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik, bunu bacarsa belə, bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.
 
Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək, toxumun qabiliyyətli olduğunu qəbul etməli olarıq. Ancaq, əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, toxumu və çəyirdəyi yaran Allah`dır. Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allah`ın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir:
 

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır. (Ənam surəsi, 99)

 

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın  torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır.  Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da bunda başa düşən adamlar üçün dəlillər vardır. Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” - sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Rəd surəsi, 3-5)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr