PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN SURİYADA YAŞANACAQ HADİSƏLƏRLƏ ƏLAQƏDAR HƏDİSLƏRİ
Cabirdən İmam Cəfəri Sadiq; “Mən görə bilməyəcəm, lakin siz o zamanı yaşaya bilsəniz; insanlar arasında anlaşılmazlıqlar, göydən bir çağırış,” Yəni radio və televiziya kanalıyla bir çağırış. “Suriyanın Jabiya bölgəsinin yerə batırılması,” Həqiqətən də Jabiya və Suriya yerlə bir edildi. “Türklərin yarımadaya ayaq basması” Hərhalda Türkiyə bir şəkildə oraya ayaq basmış ki, Peyğəmbərimiz (s.ə.v) hədislərdə belə söyləyir. “O dövrdə bütün dünyada ixtilaflar meydana gələcək. Şam yerlə bir ediləcək. Orada üç bayraq olacaq. Səhabələrin bayrağı” Yəni dindarların bayrağı. “Bekanın sancağı”. Hərhalda bu Beka PKK-dır, onların bayrağıdır anladığım qədəriylə. “... və süfyanın bayrağı”. Yəni Əsəd. Jabiya Suriyanın əhəmiyyətli bir bölgəsidir.
İsmayıl bin Mahramdan, İbni Əmrədən, Harzəmidən nəql edildi; İmamı Cəfəri Sadiqdən belə soruşdum; “Süfyan Şama çıxdıqda nə etməliyik?” Yəni orada nə etməliyik? “İmamı Cəfəri Sadiq belə cavab verdi; Şamın” yəni Suriyanın “5 bölgəsini işğal etdikdə zamanın sahibinə sahib-ul əmrə (Mehdiyə) getməlisiniz”. Hal-hazırda Suriya həqiqətən 5-ə bölündü. Peyğəmbərimiz (s.ə.v): “5” -deyir. Suriya da 5-ə bölündü. Qəzetlərdə də yayımlandı. Peyğəmbərimiz (s.ə.v) eynisiylə söyləyib.
QURANDA YOXSUL OLANLARIN, KASIBLARIN QORUNMASIYLA ƏLAQƏDAR YÜZLƏRLƏ AYƏ VAR
Haqqə surəsi 34-cü ayə
“və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi”.
Yəni yoxsulu yedirməyə, qorumağa dəstəkçi olmazdı. Sırf bu ayə, yoxsulluğu ortadan qaldırmaq üçün kifayət edir. Çünki kimsə bu vəziyyətə düşmək istəməz. “... kasıbı yedirtməyə rəğbətləndirmirdi”. O zaman yoxsulu yedirən insan eyni zamanda onu geydirmək, evlə təmin etmək məcburiyyətindədir. Yəni ayə o qədər geniş əhatəlidir ki. Bu ayəyə görə yoxsul qalmaz. Yəni hər kəs yoxsula dəstək olmaqla mükəlləfdir, çünki bütün möminlərə xitab edən bir ayədir. Məsələn indi soruşuruq: “Sən yoxsula yemək yedirirsən?” “Yedirirəm” -deyir. “Nə qədər?” “Bir parça” -deyir. Bu ayənin qarşılığı deyil. Tam mənasıyla olmalıdır.
Müddəsir surəsi, 44-cü ayə
“Kasıbı da yedizdirməzdik”.
Cəhənnəm əhlindən soruşulduqda, belə cavab verərlər: “Kasıbı da yedizdirməzdik”. Günahımız, cəhənnəmə giriş səbəbimiz budur. O zaman cəhənnəmdən xilas olmaq üçün yoxsul qalmamalıdır. Çünki yoxsula yedirmədiyin müddətcə cəhənnəm sənin üçün təhdiddir. Çünki sən, məsələn yüz yoxsulu yedirdin digər yüz yoxsulu yedirmədin, onlar da: “Yox, bizə yemək yedirmədi”. deyər, bu halda nə deyəcəksən? Bir adam belə desə ki: “Yoxsula yedriməzdik”. o halda ayənin hökmündən çıxmış sayılır. Üstünü-başını da almasan, evlə təmin etməsən, dəstəkçi olmasan, yoxsulu yerdirməmək hökmdə olmuş olur. Sırf yemək deyil. Yemək yeyər, amma insan soyuqdan üşüyər ölər. Ayə aydın olmayacaq kimi deyil.
İnsan surəsi 8-ci ayə
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
Baxın tutulmuş əsirə qarşı da yaxşı rəftar edilir. Allah yetimlə, əsiri və yoxsulu eyni görür. Hamısına şəfqət bəsləyir. Bilirik ki, əsiri məhv edir, süründürürlər. İslamda yoxsul, yetim, əsir eyni hökmdədir. Yəni keyfiyyətli yemək yedirilməlidir. Əsirdir deyə adama adi, alçaldıcı rəftar etməməlidir. İnsanlar əsirə öz yediyindən yedirib, öz geydiyindən geydirmək məcburiyyətindədir.
Fəcr surəsi, 18-ci ayə
“kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz”.
Bu da cəhənnəm səbəblərindən biridir. Hər kəs yoxsula yedirmək üçün bir-birini təşviq etməlidir. Yoxsul qalmayana qədər, çünki yoxsul qaldığı müddətcə bu təşviq dayanmaz. Bu təşviqin dayanması üçün, yəni bu hökmün qalxması üçün bir dənə də yoxsul qalmamalıdır. İnsanlar yoxsul olduğu müddətcə gecə-gündüz təşviq etmək məcburiyyətindədirlər.
Maun surəsi, 3-cü ayə
“və heç kəsi kasıba əl tutmağa sövq etməz”.
Bütün İslam aləmi bu ayə ilə məsuldur. Onun üçün Allah Mehdi (ə.s) gəldikdə bu ayələrin tətbiq sahəsini qaldırır. Yoxsul qalmır. Hər kəs zəngin olur. Cəhənnəm riski də qalxmış olur. Çünki Allah, səndə varkən qardaşın sürünürsə bunun qarşılığı cəhənnəmdir deyir. Çünki Mən sənə malı-mülkü əmanət verdim deyir. Allah, mal-mülk Mənə aiddir, deyir. O malı sənə qardaşına ver deyə verdim, sən isə onun sürünməsini seyr etdin. Və əl tutmağa sövq də etmədin. İmkanın vardı, amma bunu istifadə etmədin. Bu günahdır.0
Nisa surəsi, 37-ci ayə
“O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq”.
“O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər”. Aman əlini möhkəm tut, kimsəyə mal-mülk vermə. Əgər zəngin olmaq istəyirsənsə özünü çox kasıb göstər, heç kimə də beş qəpiyini vermə. “... xəsisliyə sövq etdirirlər”. Baxın millətə də xəsisliyi sövq edirlər. Özü vermədiyi kimi, verənə də mane olur. “Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər”. Onsuz da mən sürünürəm deyir. Tacirlərin bir çoxunda vardır. Demək olar ki, müflisləşmişik, batdıq deyir. Heç bir qazancım yoxdur, məhv oldum deyir. Halbuki malı-pulu yığıb, doldurub. Mən onsuz da kasıbam, heçnəyim yoxdur. Onun üçün Quran, kapitalizmi tamamilə yıxan, onun yerinə müdhiş bir ictimai ədalət gətirən bir sistemdir.
Məhəmməd surəsi, 38-ci ayə
Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.
“Əgər üz çevirsəniz”. Yəni bu sözümü dinləməsəniz “yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər”. Onlar daha təvazökar, daha comərd, Allah yolunda daha çox paylayan olar. “Sizin tayınız olmayan”. Bu mehdiyyətə işarə edən bir ayədir. Mehdiyyətdə yeni bir sistem, yeni bir inanc meydana gələcək. Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdi (ə.s) dövründə: “İnsanlar malı saymadan paylayacaqlar” -deyir. Ayədə də Allah: “Yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər”. Yəni sizdən başqa bir qövmü gətirib dəyişdirərəm. “Sizin tayınız olmayan”. Məhz bunlar Türk milləti və mehdiyyətdir. Bütün dünyaya comərdliyi, sevgini göstərəcək. Mehdiyyətin liderliyində ərəblər və digər millətlər də, hamısı insanları eqoistlikdən, pis arzulardan, pis düşüncədən qurtaracaqlar, inşaAllah.