AXİRƏTDƏ ŞAHİDLİK ETMƏK ÜÇÜN ƏLİN, GÖZÜN, QULAĞIN HAMISININ AYRI AĞLI, YADDAŞI VARDIR
Məsələn, bu gün nə danışacağıq, nə dinləyəcəyik hamısı məlumdur. Onlar səliqəli bir “qədər sandığının” içərisində mühafizə altındadırlar. Hətta insanlar deyirlər: “Hər şeyi ən incə detalına qədər yazmış”. 7 yaşında belə nə etdiyi hamısı məlumdur. Ən kiçik bir danışığı, göz qırpmasına qədər hər şey məlumdur. Axirətdə bu detala heyrətlənirlər. “Yaxşı, günahlarım, qüsürlarım, səhvlərim oldu, amma bu detal necə olur?” -deyir. “Gözüm və qulağım bu qədər incə detalları necə təsbit etmiş?” -deyir. Onların da ruhu, yaddaşı, ağlı var. Gözün ağlı var. Burnun, əlin yaddaşı, ağlı var. Onlar axirətdə danışar. Onların ağlı, yaddaşı insan ağlından daha çoxdur. Məsələn, əlin yaddaşı insan yaddaşından daha güclüdür. Əl də 60 il əvvəl etdiyi bir şeyi izah edər. “Bu qədər şeyi necə olur xatırlayır?” -deyir. Bu səfər özündən nifrət edir. Halbuki dünyada özünə aşiq deyildimi? Bu qədər rüsvayçılığı özü üçün, nəfsi üçün etmirdimi? Nəfsi, bədəni öz başına bəla olur.
Öz dərilərinə dedilər ki: “Niyə əleyhimizdə şahidlik etdiniz?” Qıcıq olurlar. “Dedilər ki: “Hər şeyə nitqi verib-danışdıran Allah, bizi danışdırdı. Sizi ilk dəfə O yaratdı və Ona qaytarılacaqsınız”. “Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından (çəkinib) gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir”. (Fussilət surəsi, 21-22)
Gözün yaddaşının insanın ağlından daha güclü olması çox heyrətləndiricidir. Məsələn. qulağın, dərinin yaddaşı müqayisə edilməyəcək şəkildə daha güclüdür. İnsanlar bunu axirətdə gördüklərində çaşqınlıq içində qalarlar.