Ötən günlərdə Mosulun İŞİD-dən azad edilməsi rəsmi şəkildə elan edildi. Hava bombardmanları və şiddətli küçə döyüşləri nəticəsində Mosul sanki kabus şəhərinə çevrilmiş, meyidlərin ağır qoxusu küçələri bürümüş, dağılmayan və ya zərər görməyən bina,demək olar ki, qalmamışdı. Əməliyyatın gətirdiyi bəlalar və fəlakətlər göz qabağında olduğu halda, İraqınBaş naziri İbadi bunu "böyük qələbə" hesab edirdi. Nəzərdən qaçmayan məqam isə əməliyyatın aylarla mediada yaxından işıqlandırılmasına baxmayaraq, nəticənin gözlənildiyi qədər sensasiyalı xəbər kimi təqdim edilməməsi idi. Bunun əsas səbəbi İraqın yaxın gələcəyinə dair hadisələrin ön plana çıxması, yeni müharibə və qarşıdurmalara səbəb ola biləcək çox təhlükəli hadisələrin baş verməsidir.
Mübahisələrə və böyük narahatlığa səbəb olan məsələ İraq Kürd Regional Hökumətinin (İKRH) rəhbəri Məsud Bərzaninin 25 sentyabrda keçiriləcək müstəqillik referendumunu elan etməsidir. Şimali İraqda yaşayan seçicilərə müstəqil Kürdüstan dövlətini istəyib-istəmədikləri soruşulacaq. İKRH rəsmiləri əksini iddia etsələr də, bir sualdan ibarət referendum məlum nəticələri ilə narahatlıq doğurur.
Əvvəla, bu referendumun 2005-ci ildəki referendumdan fərqi rəsmi xarakter daşımasıdır. Daha da əhəmiyyətlisiİKRH-nin İraqdan ayrılması və İraqın bölünməsindən əvvəlki, bəlkə də, son addım olmasıdır. Bərzaninin bu istiqamətdəki qətiyyətini göstərən son açıqlamaları bunun müvəqqəti siyasi manevr olmadığını sübut edir: “Mən Kürdüstanın müstəqilliyi üçün doğuldum... Müstəqil Kürdüstanın bayrağının kölgəsində ölmək istəyirəm... Bütün bu addımlar müstəqil Kürdüstan üçündür".
Bundan da əlavə İKRH ilə bağlı çıxışlarda sanki yeni münaqişələryaratmağa meyillibir məqamda var. Belə ki, referendumun təkcə İraqın Muxtar Kürdüstan Bölgəsi ərazisini deyil, mübahisəli başqa yerləri də əhatə etməsi planlaşdırılır. Bura Kərkük, Sincar, Maxmur, Xanakin də daxildir. Bunlar hazırda faktiki olaraq İKRH nəzarəti altında olmaqla yanaşı uzun illərdir ki, Bağdad və Ərbil, başqa sözlə, ərəblər və kürdlər arasındakı münaqişəli bölgələrdir. Xüsusilə Kərkük hər iki tərəfin də qırmızı xəttidir. Belə ki, tərəflər torpaq, hakimiyyət, səlahiyyət və təbii sərvətlərin bölgüsü məsələsində razılaşmadıqları müddətcə arzuolunmaz proseslər qaçılmaz olacaq. İraq mərkəzi hökumətinin İKRH-nin müstəqilliklə bağlı səylərinə sərt qarşılıq verməsi arzuolunmaz, amma ehtimal olunan nəticədir.
Bundan başqa,İKRH tərəfində də referendum qərarına ciddi müxalifət var. Təşəbbüsü edən Bərzaninin rəhbərliyindəki Kürdüstan Demokratik Partiyasıdır. Cəlal Tələbani rəhbərliyindəki Kürdüstan Vətənpərvərlər İttifaqı şərtə bağlı dəstək verir. İKRH parlamentinin digər 2 böyük siyasi partiyası Dəyişiklik Hərəkatı (Qoran) və Kürdüstan İslam Hərəkatı isə sentyabrda keçiriləcək referenduma etiraz edirlər.Prioritetin Şimali İraqda hələ də davam edən siyasi və iqtisadi böhranla mübarizəyə qarşılıq verməkolduğunu qeyd edirlər. 2015-ci ildən etibarən İKRH parlamentinin qapalı olduğu, konstitusiyanın hələ hazırlanmadığı və Ərbildəki hökumətin maaşları çətinliklə ödədiyi nəzərə alınsa, bu tələbdə haqlılıq payı var. Habelə regionda yaşayan digər xalqlar, yəni ərəblər, türkmənlər, hətta şiə kürdlər (Feylis) ayrılıq deyil, birlik istəyirlər.
Reaksiyalara əsasən deyə bilərik ki,İKRH dünyadan gözlədiyi dəstəyi qətiyyən görməyəcək. BMT referendum prosesinə "heç bir şəkildə daxil olmayacağını" elan etdi. ABŞ"birləşmiş, sabit, demokratik və federativ" İraqı, Rusiya isə İraqın "birlik və bütövlüyünü" dəstəklədiklərini açıqladı. Almaniya İKRH-ni birtərəfli qərar qəbul etməkdən çəkinməsi ilə bağlı xəbərdar etdi. Regionda yeni dövlət təşəbbüsünün odla oynamağa bərabər olacağını bildirdi. Regionun söz sahibi iki gücü Türkiyə və İran da gərginliyi və qeyri-sabitliyi artıracağını əsas gətirib referendum qərarına qarşı çıxdılar. Beynəlxalq güclərin və qonşu ölkələrin demək olar ki, hamısını qarşısına alan belə bir təşəbbüsün uğurlu olması çox çətindir.
Bir anlıq Şimali İraqın bu şərtlər daxilində müstəqil dövlət olduğunu fərz edək. Bu qonşularına görə böyük problemlər yaşayan, daxildə siyasi və iqtisadi böhranlarla boğuşan, həmçinin PKK kimi terror təşkilatı ilə təkbətək qalan, gücsüz, zəif, öz ayaqları üzərində durmaqda çətinlik çəkən bir dövlət olacaq. Bu, iqtisadi sabitlik məqsədilə aparılacaq, lakin bölgədəki kürdlərə və digər xalqlara gözlənilən sülh, əmin-amanlıq, sabitlik və rifahı gətirməyəcəkdir. Bu əmin-amanlıq və rifahın gəlməsi üçün əvvəlcə bölgə öz problemlərini sülh yolu ilə həll etməlidir. Yaxın Şərqin bu həssas dövründə İraq parçalanıb yeni kürd dövləti qurulsa, ən böyük zərər məsum, təvazökar və gözəl əxlaqlı kürdlər və bölgə insanlarına dəyə bilər.
İlk anda müstəqillik fikri cəlbedici görünsədə, ən doğru olan İKRH-ninemosional münasibəti bir kənara qoyub sağlam düşüncə ilə qərar verməsidir. Yaxın Şərq hazırda regional xilas etmə səylərinə qapılarını bağlayıb. Qurtuluş Yaxın Şərqin hamısını əhatə edəcək bir layihə ilə olmalıdır. Regiondan təcrid olaraq təhlükələrdən qaçmaq mümkün olmur. Bu, Yaxın Şərqin müsəlman xalqının xilası üçün birlikdə hərəkət etməyin nə qədər vacib olduğunu da göstərir.
İraqın problemləri İraqın milli bütövlüyünü qoruması ilə daha rahat həll oluna bilər. Bu isə ayrılıqlarla deyil, əməkdaşlıq, həmrəylik, sevgi və dostluqla ola bilər. Problemlər kürd,ərəb, sünni,şiə olmasından asılı olmayaraq, bütün müsəlmanların birlik və bərabərlik içində hərəkət etməsi ilə həll oluna bilər. Əzab və çətinliklərə yenilərinin əlavə olunmaması, həsrətlə gözlənən əmin-amanlıq, sabitlik, ədalət və rifah üçün qarşıdurma deyil, həmrəylik lazımdır. Eyni Allaha, eyni dinə, eyni Kitaba və peyğəmbərlərə iman edir, eyni qibləyə yönəlir, eyni məsciddə namaz qılır, eyni mədəniyyəti və dəyərləri paylaşırlarsa, sevgi, qardaşlıq və dostluq içində milli birlik qurmaq daha asandır. Amma əvvəl buna inanmaq, ixtilaf salan mərkəzləriaşkar edib onları susdurmaq və sabitliyin birlikyolu ilə mümkün olduğunu davamlı dilə gətirmək lazımdır. Unudulmamalıdır ki, İslam cəmiyyətlərini gücsüzləşdirən amil həmişə onların parçalanmaları olmuşdur.
Adnan Oktarın “Kashmir Reader”də yayımlanan məqaləsi:
http://kashmirreader.com/2017/08/02/iraq-danger-facing-new-crisis/