Bu günkü cəmiyyətləri, sarsılmaz hesab olunan birlikləri və güclü görünən dövlətləri parçalamaqla təhdid edən dağıdıcı bir silah mövcuddur. Bombalardan, nüvə silahlarından, iqtisadi böhranlardan daha dağıdıcı olan bu silahın adı "sevgisizlik"dir. Nifrəti üstün qılır, təkəbbürlülüyü aşılayır, eqoistliyi təlqin edir, laqeyd və mənfəətçi cəmiyyətlər meydana gətirir. Ağıllı və məntiqli düşünməyin qarşısını alır. Beləliklə, çox asan şəkildə cəmiyyətləri parçalayır. Sevgisizlik silahına üstün gəlib nifrəti yox edəcək daha güclü bir silah vardır, bu, "sevgi"dir.
Dünya baş verən bölünmələrlə sarsılır
İraq, Yəmən, Sudan bölündü. Krım Ukraynadan ayrıldı. Donetskdə də eyni hal baş verdi. Moldovanın Trans-Dinyester bölgəsi də ayrılmaq haqda qərar qəbul etdi. Rəsmi şəkildə açıqlanmasa da, Suriya da artıq parçalanıb. Liviya muxtar bölgələrə ayrıldı və vətəndaş müharibəsi ərəfəsindədir. Şotlandiya ayrılmaq istəyir. Livan bütövlüyünü demək olar ki, itirib. Misirdə günbəgün kütləvi edamlar baş tutur.
Əsrlər boyu birgə yaşayan cəmiyyətlərin son yüz ildə iki böyük dünya müharibəsi dövründə öz aralarında bölünüb qütbləşməsinin də şahidi olduq.
İspaniya parçalanacaqmı?
1936-1939 cu illərdə İspaniyada vətəndaş müharibəsi oldu və bundan sonra təzyiqçi, mərhəmətsiz və sevgisiz rejimlərdən biri də orada hakimiyyətə gəldi. Frankonun faşist diktaturası dövründə demokratiya dayandırıldı. Franko 1975-ci ildə dünyasını dəyişdi və 1977-ci ildə seçki keçirildi. 1978-ci ildə konstitusiya qəbul edildi və İspaniya 17 muxtar bölgə və 2 muxtar şəhərə ayrıldı. Bu müddətdən sonra İspaniya hökuməti köhnə təzyiqçi rejimin tətbiq olunduğu dövrün izlərini sildi, ayrı-seçkiliyi aradan qaldırdı və söz azadlığını dəstəklədi. http://tr.wikipedia.org/wiki/%C4%B0spanya
Bugün İspaniya Avropa İttifaqının üzvüdür. Hər kəs İspaniyada güclü demokratiya olduğunu düşünür. İspaniyanın qarşısında iki böyük problem var. Birinci, ölkəni demək olar ki, müflisləşdirən iqtisadi böhran və əhalinin 25 %-nin işsizliyi, ikinci isə bölünmək istəyən Bask və Katoloniya muxtar bölgələrinin mövqeyi. Bask və Katoloniya ölkənin ən zəngin bölgələridir. Sadəcə ordu, sosial təhlükəsizlik və pul siyasətində mərkəzə bağlıdırlar, amma yenə də ayrılmaq istəyirlər.
Əsrlər boyu bir yerdə yaşamış, eyni mədəniyyətə malik olan və birlikdə güclü bir İspaniya quran quruluşların bir iqtisadi böhrana görə ayrılmaq istəmələri əlbəttə xoş hal deyil.
http://tr.euronews.com/2012/10/22/borc-krizi-milliyetcilik-duygularini-artirdi/
Ölkənin çətin anında ifrat millətçilik anlayışına əsaslanan separatçı fikirlər ortaya atmaq, mənfəətçilik, eqoizmlə bütöv ölkəni təhlükə altında qoymaq əlbəttə məqbul qarşılanmaz.
Bask bölgəsindəki problem 19-cu əsrdə mərkəzi hakimiyyətin muxtar quruluşları rədd etmə haqqında qərarına qarşı çıxılması ilə başlayır. Franko dövründə 1959-cu ildən etibarən fəaliyyətə başalayan ETA terror təşkilatı 2011-ci ildə silahları yerə qoyacağını bəyan edənə qədər 850 nəfər insanın ölümünə səbəb olmuşdur. ETA və onun siyasi qanadı Batasuna Bask bölgəsinin müstəqillik tələbini müdafiə edir. (Batasuna 2003-cü ildə bağlanmış, 2013-cü ildə isə tamamilə ləğv olunmuşdu. http://tr.wikipedia.org/wiki/Batasuna)
http://tr.euronews.com/2011/10/21/eta-terorunun-tarihcesi/
Amma 1978 ci ildən sonra ETA terror hadisələrini daha da artırdıqdan sonra məsələnin təkcə muxtariyyət olmadığı, işin əslinin müstəqillik tələbi olduğu ortaya çıxdı. Bask bölgəsi 1978-ci ildə muxtariyyət əldə etməsinə və köhnə zülmkar dövlət siyasətini tamamilə dəyişməsinə baxmayaraq, ETA yenə də zorakılıq fəaliyyətlərini davam etdirir.
Kataloniya isə zorakılıq göstərmədən ayrılmaq tələbini bildirir. Madrid qətiyyən icazə verməyəcəyini desə də, Kataloniya 2014-cü il Noyabr ayında ayrılıq referendumuna getməyə çalışır.
Kataloniya İtaliyanın qərbində yerləşən Veneto bölgəsində olduğu kimi ölkə iqtisadiyyatının pis olmasının ölkəyə də təsir etdiyini düşünür. İspaniya və İtaliya da ölkənin şimalındakı zəngin muxtar bölgələrin cənubundakı yoxsul bölgələrin yükünü daşıdığı fikrindədirlər. Məhz bu mənfi yönlü düşüncə tərzi onsuz da iqtisadiyyatı zəifləmiş ölkələrin vəziyyətini daha da çətinləşdirir, dövlətləri təhlükə altında qoyur, birlikləri sarsıdır.
AVROPA İTTİFAQI TƏHLÜKƏ ALTINDADIR
Bu məsələnin sadəcə bu iki ölkəni yox, eləcə bir çox ölkələri də maraqlandıracağı açıqdır. Avropa İttifaqına da bir çox mənfi halların toxunacağı söylənilir. Avropa İttifaqı iqtisadi cəhətdən tamamilə "çökmüş" ölkələr-Yunanıstan, İtaliya və İspaniyanı çətin vəziyyətdə yaşamağa vadar edir. Strategiya baxımından çox əhəmiyyət daşıyan Ukraynanın da Aİ üçün yeni və böyük bir təhlükə olacağını görmək elə də çətin deyil. Balkanların iqtisadiyyatı zəifdir. Belə bir mühitdə İspaniya və İtaliyanı iflas etdirəcək bölünmələrin yaranması Aİ-nin də parçalanmasına səbəb ola bilər. Belə ki, Aİ Şurasının sədri Hermann Van Rompuy "əgər Kataloniya tək tərəfli müstəqilliyi elan edərsə, Avropa İttifaqına daxil olan ölkələr sırasında 3-cü ölkə mövqeyinə düşər və bunu etdiyi gündən etibarən Aİ-nın qanunları orada tətbiq olunmaz" deyərək Aİ-nin baş verəcək bu bölünmələrdən narahat olduğunu bildirdi.
http://www.radikal.com.tr/dunya/katalonyanin_bagimsizlik_referandumuna_hukumet_engeli-116ox5997
TÜRKİYƏDƏ DƏ EYNİ PROBLEM YAŞANIR
Türkiyədə də belə bir problem yaşanır. Cənub-şərq bölgəsini ayıraraq müstəqil dövlət qurmaq istəyən PKK terror təşkilatı 30 ildən artıqdır ki, təxminən 30 min insanın ölümünə səbəb olmuşdur. Amma Türkiyədəki problemi İspaniyadakından fərqləndirən bir çox məsələ var. Məsələn, Cənub-şərqi Anadoluda min il boyunca Anadoluya xas bir İslam qardaşlığı davam etmişdir. Osmanlı dövründə kürdlər və türklər İspaniyadakı kimi fərqli krallıqlar formasında dövlətçiliklərə ayrılmamış, əksinə tam dövlət şəklində olmuşlar. Türkiyədə türk və kürd evliliyindən olan 4 milyon ailənin varlığı, ölkənin hər tərəfində kürdlərin mal, mülk əldə edib iş qurması da Türkiyəni İspaniyadakı vəziyyətdən fərqləndirən ünsürlərdəndir.
http://www.aksiyon.com.tr/aksiyon/haber-32345-173-baskli-degilsen-athletic-olamazsin.html
Ölkəmizdə kürdlər prezident, baş nazir və nazir vəzifələrində olurlar. Türkiyədəki vəziyyətin bir başqa fərqli cəhəti də cənub-şərq bölgəsinin Bask kimi zəngin deyil, tam əksinə yoxsul olmasıdır.
Bölgə əhalisi uzun illər boyunca İspaniyada Franko dövründə müxtəlif quruluşlara bənzər təzyiqçi dövlət üzvləri tərəfindən əzilmiş və qınanmışdı. Amma 2002-ci ildən etibarən bütün köhnə siyasətlərdən əl çəkildi. Kürd dili üzərindəki qadağalar ləğv olundu, özəl məktəb və siniflərdə kürdcə tədrisə icazə verildi, bölgənin inkişafına böyük əhəmiyyət verildi, insan haqları və müstəqillik kimi məsələlərdə inqilab baş verdi. Beləliklə, bugün kürd xalqı ayrılmaq yox, birləşmək istəyir. Amma PKK terror təşkilatının yaratdığı təzyiq və dəhşətli mühit barış və bütünləşmə lehinə olan kürdlərin səsini çıxarmağa imkan vermir.
HƏLL YOLU
Hər şeydən əvvəl şəfqət və sevgi dünyaya hakim olmalıdır. Kin və nifrət bu qədər şiddətli olduğu halda separatçı quruluşları dəstəkləyən qərarlar vermək, bölünmələrə gətirib çıxaracaq siyasətləri dəstəkləmək çox böyük bir yanlışdır.
Təkəbbürlülük, zülm və zorakılıq siyasətləri, eqoistlik və sevgisizlik "sevgi silahı" ilə yer üzündən silinib atılmalıdır. Dünyanın heç bir xalqı sevgi əleyhinə ola bilməz. Yer üzündə sevgi hakim olduqdan sonra isə bölünmək və ayrılmaq istəyəcək bir cəmiyyət də olmaz.
Adnan Oktarın Opinion Maker'da yayımlanan yazısı:
http://www.opinion-maker.org/2014/05/separatist-movements-and-the-medicine-of-love/