DİNDAR XRİSTİANLAR PAPAYA BU SUALLARI VERMƏLİDİRLƏR!
ucgen

DİNDAR XRİSTİANLAR PAPAYA BU SUALLARI VERMƏLİDİRLƏR!

2014

Son dövrlərdə etdiyi bir açıqlama ilə Vatikan, bütün dünyaya Darvinin təkamül nəzəriyyəsinə normal baxdığını ifadə edərək, xristianlıqdakı yaradılış inancı ilə bioloji təkamülün bir-birini tamamladığı şəklində bir iddia irəli sürdü. Papanın Darvinə baxış aspektini izah edən bu açıqlama ilə xristianlığın simvolu olan Vatikan, təəccüblü, hətta narahat edici bir izahın hamiliyini üzərinə götürmüş olurdu. Allah inancı və xristianlıq ilə heç bir əlaqəsi olmayan bu açıqlamalar qarşısında, xristianlıq adına son dərəcə narahatlıq verən bu izahların həqiqətən Vatikana məxsus olub-olmadığını ortaya çıxarmaq lazımdır.

Məhz bu səbəblə SƏMİMİ DİNDAR OLAN XİRİSTİANLAR, PAPAYA BU SUALLARI YÖNƏLTMƏLİDİRLƏR:

1. Bütün xristian və müsəlman aləmi hz. İsanın zühurunu gözləyir. Görəsən, hz. İsa gəldiyində, Məryəm oğlu İsanın gözlərinin içinə baxıb "sən təkamüllə meydana gəldin" deyə bilərsinizmi?

2. Allah hz. İsanı Qatına almışdı. Hz. İsanın ikinci dəfə yer üzünə enişini təkamüllə necə açıqlayacaqsınız?

3. İncildə və bütün müqəddəs kitablarda bildirilən Cəbrayıl, Mikayıl və digər bütün mələklər sizin inancınıza görə təkamülləmi meydana gəldi?

4. Yenə Kitab-ı Müqəddəsdə və Quranda bildirilən cinlər də təkamüllə meydana gəldi?

5. Şeytan da təkamüllə var oldu?

6. Hz. Musanın yerə atdığı anda, qidalanan, çoxalan, qanlı canlı ilana çevrilən əsası da təkamüllə meydana gəldi?

7. Hz. İsanın palçıqdan hazırladığı və üfürməsiylə canlanaraq uçan quş da təkamüllə var oldu? (Ali İmran surəsi, 49) 

 

Dindar xristianlar və mətbuat, bütün bu sualları Papaya yönəltməlidirlər. Səmimi dindarlar üçün ancaq bu suallardan alacaqları cavabların etibarlılığı mümkün olacaq. Mətbuatda Vatikan adına verilmiş izahlar deyil, bu sualların cavabları Vatikanın izahı olaraq qəbul edilməlidir. Bu səbəbdən indi hal-hazırda, bu sualların cavablarını gözləmədən, bir qisim mətbuatda Papanın təkamüllə əlaqədar açıqlamaları olaraq yer alan izahlara etibar etməmək lazımdır

Ancaq əgər həqiqətən də Vatikan tərəfindən iddia edilən bu izahlar doğrudursa, o zaman masonlar və ateist sionistlər tərəfindən Papalığa təzyiq edildiyi nəticəsi ortaya çıxar. Əgər masonlar və ateist sionistlər tərəfindən belə bir təzyiq vardırsa, Papanın həqiqətləri müdafiə etməsi əngəllənirsə, o zaman vəziyyət son dərəcə dəhşətlidir. Bu vəziyyətdə, darvinist diktatorluğun bir sərhədi yoxdur demək. Bu çirkin hegemonluğun dayanacağı bir nöqtə yoxdur deməkdir. Vatikanın da bu çirkin oyuna alət edilməsi, həqiqətləri müdafiə etməsinin, dürüstcə söyləməsinin qadağan edilməsi nəticəsi ortaya çıxar.

Lakin bu bir həqiqətdir ki, darvinist diktatorluğun çirkin oyunlarına baxmayaraq, bütün dünya xalqları artıq təkamülün bir saxtakarlıq olduğunu anlamışdırlar. Yeraltından çıxarılmış olan fosillərin sayının 100 MİLYONU KEÇDİYİNİ və bunlardan BİRİNİN BELƏ ARA FOSİL OLMADIĞINI öyrənmişlər. Bunların hamısının, mükəmməl xüsusiyyətlərə sahib mükəmməl yaradılmış canlılar olduğunu, hətta bir qisminin milyonlarla illik YAŞAYAN FOSİLLƏRİ təmsil etdiyini dəlilləriylə görmüşlər. Bu dəlilləri şəxsən özləri araşdırmışlar. İnsanlar, Darvinin 150 il əvvəlki kəhanətinin doğru çıxdığını açıq şəkildə görmüşlər. Darvin, 150 il əvvəl, “Növlərin Mənşəyi” kitabında bu kəhanəti etmişdir:

Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, NİYƏ SAYSIZ-HESABSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün TƏBİƏT QARIŞIQLIQ HALINDA DEYİL, tam olaraq TƏYİN OLUNMUŞ VƏ YERLİ YERİNDƏDİR? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində BASDIRILMIŞ OLARAQ TAPMIRIQ? ... Nə üçün hər geoloji struktur və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş bir proses ortaya çıxarmır və bəlkə də BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK OLAN ƏN BÖYÜK ETIRAZ OLACAQ. [1]

 

Darvin, bu şərhiylə ara fosillərin olmadığını və tapıla bilmədiyi təqdirdə nəzəriyyəsinin çökmüş olacağını etiraf etmişdir. Hal-hazırda, 21-ci əsrdə, yer altından 100 MİLYON FOSİL ÇIXARILMIŞDIR VƏ BUNLARIN BİRİ BELƏ ARA FOSİL DEYİL. Yer üzünün demək olar ki, hamısı qazılmışdır, lakin mümkün olsa və yer altından 100 milyon fosil daha çıxarılsa, yenə BİRİ BELƏ ARA FOSİL OLA BİLMƏYƏCƏK. Çünki TƏKAMÜL NƏZƏRİYYƏSİ bir yalandır, 150 ildir bütün dünyanı təsiri altına almış TARİXİN ƏN BÖYÜK KÜTLƏVİ YALANIDIR.

Artıq insanlar, ARA FOSIL DEYƏ BİR ŞEY OLMADIĞINI, ZÜLALLARIN TƏSADÜFƏN ƏMƏLƏ GƏLƏ BİLMƏYƏCƏKLƏRİNİ, illərlə darvinistlər tərəfindən insanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan KƏLLƏ SÜMÜKLƏRİNİN HAMISININ SAXTA OLDUĞUNU bilirlər. Darvinistlərin saxtakarlıq etdiklərini, SAXTA FOSİLLƏR ÇIXARDIQLARINI, bunları hələ də muzeylərdə sərgiləməkdən çəkinmədiklərini bilirlər. Ara fosil deyə gündəmə gətirilən canlıların nəsli kəsilmiş canlılar üzərində edilmiş fərziyyələrdən ibarət olduğunu artıq insanlar bilirlər. Məhz bu səbəblə təkamül yalanlarına artıq etibar etmirlər. Vatikanın təkamül nəzəriyyəsini qəbul etməsi və kilsələrin təkamül konfransları təşkil etmələri bu həqiqəti dəyişdirməyəcəkdir. Bu gün Türkiyədə təkamülə inananların nisbəti 5%, Amerikada 21% 1[2], Darvinin ana vətəni İngiltərədə isə sadəcə 25%-dir [3]. Və bu nisbət get-gedə azalır, insanlar təkamül nəzəriyyəsinin yıxılıb yox olduğuna şahid olur və dinə yaxınlaşıb, hər şeyi yoxdan var edən Uca Qüdrət Sahibi Allaha yönəlirlər. Darvinistlərin, masonların və ateist sionistlərin oyunları artıq qəti olaraq özlərinə dönmüş vəziyyətdədir.

 

Kitab-ı Müqəddəsdə mələklər:

Daniel 8

8:16 Bir insan səsinin “Ulay Kanalından, Ey Cəbrayıl, görüntünün, nə mənaya gəldiyini izah et deyə səsləndiyini eşitdim.

8:17 Cəbrayıl durduğum yerə yaxınlaşdıqca qorxudan yerə yıxıldım.

Daniel 9:21

Hələ dua edərkən, əvvəldən görüntüdə gördüyüm adam –Cəbrayıl- axşam qurbanı saatında sürətlə uçaraq yanıma gəldi.

Luka 1

1:19 Mələk ona belə cavab verdi: "Mən Allah"ın hüzurunda duran Cəbrayılam. Səninlə danışmaq və bu müjdəni sənə bildirmək üçün göndərildim.

1: 26-27 Elizabetin hamiləliyinin altıncı ayında Allah, Mələk Cəbrayılı Qalileyadakı Nazaret adlı şəhərə, Davudun nəslindən olan Yusif adlı adamla nişanlı qıza göndərdi. Qızın adı Məryəm idi.

Yəhya 1: 9

Halbuki baş mələk Mikayıl belə Musanın cəsədi mövzusunda iblislə çəkişib mübahisə edərkən, söyərək onu mühakimə etməyə çalışmadı.

 

Kitab-ı Müqəddəsdə cinlər

 Qanunın təkrarı 32:17

Tanrı olmayan cinlərə, tanımadıqları ilahlara, atalarınızın qorxmadıqları, son zamanlarda ortaya çıxan yeni ilahlara qurban kəsdilər.

Məzmurlar 106: 37

Oğullarını və qızlarını cinlərə qurban etdilər.

Matta 9

9:32 Adamlar çıxarkən İsaya cinə tutulmuş lal bir adamı gətirdilər.

9:33 Cin qovulunca adamın dili açıldı. Xalq heyrət içində, "İsrail-də beləsi heç görülməmişdir” deyirdi.

9:34 Fariseylər isə, "Cinləri, cinlərin öndərinin gücüylə qovur" deyirdilər.

Luka 11

11:15 Amma içlərindən bəziləri, "Cinləri, cinlərin öndəri Baal-Zevulun* gücü ilə qovur" dedilər ...

11:19 Əgər mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, sizin adamlarınız kimin gücü ilə qovur? Sizi bu vəziyyətdə öz adamlarınız mühakimə edəcək.

 11:20 Amma mən cinləri Allahın əli ilə qovuramsa, Allahın hökmranlığı üzərinizə gəlmiş deməkdir.

Luka 9: 1

İsa, on iki şagirdi yanına çağırıb onlara bütün cinlər üzərində və xəstəlikləri yaxşılaşdırmaq üçün güc və səlahiyyət verdi.

Luka 8:31

Cinlər, dibsiz dərinliklərə getmələrini buyurmasın deyə İsaya yalvarıb durdular.

Matta 17:18

İsa cini danlayınca, cin uşaqdan çıxdı, uşaq o anda sağaldı.

 

Kitab-ı Müqəddəsdə şeytan

1 Salnamələr 21: 1

Şeytan İsraillilərə qarşı çıxıb israilliləri siyahıya alması üçün Davuda vəsvəsə verdi.

Əyyub 2: 7

Beləcə, şeytan Rəbbin hüzurundan ayrıldı. Əyyubun bədənində başdan ayağa qədər ağrılı çibanlar çıxartdı.

Matta 4:10

İsa ona belə cavab verdi: "Çəkil ​​get, şeytan!" Allahın Rəbbə tapacaq, yalnız Ona qulluq edəcəksən" deyə yazılmışdır."

Mark 3:26

Şeytan da özünə qarşı gəlib öz içində bölünmüşsə, artıq ayaqda qala bilməz; sonu gəlmiş deməkdir.

Mark 1:13

İsa çöldə qaldığı qırx gün ərzində şeytan tərəfindən sınandı. Vəhşi heyvanlar arasında idi, mələklər Ona xidmət edirdi.

Luka 22:31

"Şimon, Şimon, şeytan sizləri buğda kimi xəlbirdən keçirmək üçün icazə almışdır.

Romalılar 16:20

Sülh qaynağı olan Allah çox keçmədən Şeytanı ayaqlarınızın altında əzəcək ...

 

2 Korinflilərə 2:11

Elə ki, şeytanın oyununa gəlməyək. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.

1 Timoteyə 5:15

Kimisi onsuz da azmış, şeytanın ardınca düşmüşdür.

 

 -------------------------------------------------- -----

[1] Charles Darwin, The Origin of Species, s. 172, 280

[2] http://wwrn.org/article.php?idd=30275

[3]  2 Fevral 2009, Riazat Butt, "İngilislərin sadəcə 25%-i Darvinin təkamül nəzəriyyəsinə inanır"

PAYLAŞIN
logo
logo
logo
logo
logo