Müharibə zərurət, yoxsa seçimdir?
ucgen

Müharibə zərurət, yoxsa seçimdir?

655

 

Müharibə həm ictimai, həm də fərdi olaraq bütün bəşəriyyətə tənəzzül və yoxsulluq gətirir. Tarix boyu müharibədən qalib çıxan tərəf olmayıb, yoxdur və gələcəkdə də olmayacağına əminik. Buna baxmayaraq bəzi siyasi liderlər sanki ovsunlanmış kimi təhdid kimi qəbul etdikləri hər bir ölkə ilə müharibə aparmaqdan geri qalmırlar. Halbuki problemləri diplomatik yollarla həll etmək hər zaman mümkündür. Döyüşmək, vuruşmaq təkcə yaşadığımız əsrdə seçilən yol deyil. Bəzi insanların döyüşməyə və qan tökməyə olan hərisliyi hz. Adəm dövrünə qədər gedib çıxır. Quranda bildirilən (Maidə surəsi: 27-30) və İncildə də yer alan (Yaradılış 4:8) hz. Adəmin oğlu Qabilin qardaşı Habilə hücum edərək şəhid etdiyi əhvalat hər kəsə məlumdur.

 

Tarixin başlanğıcından etibarən hər zaman müharibələr olub. Aradan keçən 5,600 ildə 14,600 müharibə edilib. Yeni torpaqlar əldə etmək, imperiyaları genişləndirmək məqsədilə, siyasi liderlərin eqoları və ya komandirlərin, generalların mənasız ambisiyalarına görə bir çox müharibə olub. Torpaq əldə etmək üçün başqa ölkələrə müharibə elan edənlər öz ölkələrini fəlakətə apardıqlarının fərqində belə olmayıblar. Baş verən iki dünya müharibəsinin Avropa üzərindəki təsiri çox dağıdıcı və böyük olub. Bir əsr ərzində güclü ölkələr zəifləmiş və bir vaxtlar dünyanı idarə edən imperiyalar yox olub getmişdir. Habelə dünya əhalisinin statistikalarını nəzərdən keçirdikdə Avropa nəslinin getdikcə azaldığını da görürük. [1]

 

Müharibə insan öldürmək deməkdir. İnsanların bir-birini öldürməsi ilə sülhün təmin edilməsini necə gözləmək olar? Üstəlik bu müharibələrdə ən çox məzlumlara ziyan dəyir. II Dünya Müharibəsinin əvvəlində 53 milyon insan həyatını itirmişdi və həlak olanların 60%-i mülki şəxslər idi. Həmçinin 40 milyon insan yurdunu tərk etmək məcburiyyətində qalmışdı. [2] Lakin görünür ki, bu rəqəmlər müharibələrin insan həyatı üzərindəki dağıdıcı təsirini əks etdirmək üçün yetərli olmayıb. Hələ də bəzi liderlərin tarixdən dərs almadıqlarına və eyni tələyə düşdüyünə şahid oluruq. Təkcə bu son əsrin ikinci yarısında çıxan yerli və regional münaqişələr 18 milyon insanın ölümünə səbəb olub. 1989-1996 illər arasında dünyada 101 lokal qarşıdurma olub. [3]

 

Soyuq Müharibədən sonra şiddətlənən bu münaqişələr milyonlarla insanın evlərini, yurdlarını tərk etməsinə səbəb olub. Beş ildir davam edən Suriya vətəndaş müharibəsi kabusa çevrilib. Əsəd rejiminə qarşı yüngül etirazlarla başlayan bu müharibə qısa zamanda nəzarətdən çıxmış və vəhşiliyə çevrilmişdir. Yüz minlərlə insan həyatını itirmiş, milyonlarla insan yurd-yuvalarından ayrılmaq məcburiyyətində qalaraq qonşu ölkələrdə qaçqın həyatı yaşamağa başlamışdır. Gücü əlində tutan ölkə liderləri isə hələ də təhlükəsiz saraylarında yaşamağa davam edirlər. Yaşanan miqrant böhranı Avropanın bu gün qarşılaşdığı ən böyük problemlərindən birinə çevrilib.

 

Əfqanıstandakı müharibə da eyni şəkildə dünya gündəmini məşğul edir. 11 sentyabrda baş verən sarsıdıcı hücumdan sonra Amerika Əfqanıstanı işğal etdi. Üstündən 15 il keçməsinə baxmayaraq Amerika əsgərləri hələ də Əfqanıstandadırlar. Göründüyü kimi, insanları öldürərək terrora son qoyulmayacağı çox açıqdır. Əksinə ailələrini müharibələr və ya pilotsuz uçan aparatlar vasitəsi ilə edilən hücumlar nəticəsində itirənlər terrorçu qruplara qoşulmağa daha meyilli olurlar. Həlak olanların, yaralıların və ya dağılmış şəhərlərin statistikaları hesabatlarla bizə təqdim olunur, ancaq bu vəhşiliyin insanlar üzərindəki mənfi psixoloji təsirlərindən elə də bəhs edilmir.

 

Bu məsələ ilə bağlı 15 fərqli tipdə psixoloji xəstəlik var. Bunlardan ən çox tanınanı posttravmatik stress pozuntusudur (PTSP). [4] İnsan öldürmə anlayışını düşünmək belə sağlam insanları çox narahat edir. Xarici İşlər nazirliyinin apardığı araşdırma çərçivəsində müharibə veteranları arasında aparılan sorğuya görə düşməni öldürməyin, ya da kiminsə öldürülməsinə şahid olmağın insanın özünün xəsarət almasından daha çox stressverici olduğu müəyyən edilmişdir. [5] 2013-cü ildə aparılan bir araşdırma isə insanları uzaqdan idarə olunan kamera ilə öldürən pilotsuz uçan aparatların pilotlarının eynilə hərbi təyyarələri şəxsən istifadə edən pilotlar qədər posttravmatik stress pozuntusu yaşadığını ortaya qoyub. 1980-ci ildə Amerika ordusunda tarixdə ən çox PTSP xəstəliyindən əziyyət çəkən əsgər olduğu açıqlanmışdır. [6]

 

Bu narahatlıqverici rəqəmlər bizə göstərir ki, siyasi liderlər hərbi yollardan istifadə edərək, başqa sözlə desək, insan öldürərək həll yolu tapmağı tərk etmədikləri müddətcə bu rəqəm artmağa davam edəcək. Hazırkı vəziyyət mənə Con F. Kennedinin bu məşhur sözünü xatırlatdı: "Müharibələr bəşəriyyətə son qoymadan əvvəl, bəşəriyyət müharibələrə son qoymalıdır".

 

Açıq şəkildə desək, səbəbi nə olursa-olsun, düşmənçilik hissləri və müharibə ilə dolu bir dünyada yaşayırıq. Eqoist olmaq, sahib olduqlarını heç kəslə bölüşməmək üçün sanki vəhşi mübarizə gedir. Məsələn, bəzi ölkə rəhbərləri problemləri sevgi, şəfqət və elmlə həll etmək əvəzinə vəhşi yollara əl atmağı üstün tuturlar. Halbuki insanlarla ünsiyyət qurmaq, onlara nəzakətlə, şəfqətlə yanaşmaq çox asandır. İnsanları öldürmək və yaralamaq kimi ağılsız və əxlaqsız metodlara əl atmadan əvvəl müharibənin nə olduğunu və nəticələrinin nə olacağını çox yaxşı düşünmək lazımdır.

 

Hər kəs müharibənin "insan öldürmək, qan tökmək və pislik" mənasına gəldiyinin fərqində olmalıdır. Buna görə də müharibə arzusunu dayandırmaq yalnız siyasi liderlərin deyil, bütün bəşəriyyətin məsuliyyətidir. Hər kəs birlik olmalı və müharibəyə qarşı möhkəm olmalıdır. Bunun üçün lazım gələrsə, on milyonlarla insan rəsmi görüşlərlə bir araya gələrək müharibə istəmədiklərini açıq şəkildə elan etsinlər. Əgər səssiz qalsaq, bu bəla bəşəriyyətin yaxasını buraxmayacaq. Böyük səbir və israrla müharibələrə son verməyin zəruri olduğunu ifadə etməli, bütün dünyaya sülh dilini öyrətməliyik. Unutmamalıyıq ki, müharibə heç vaxt zərurət deyil, sadəcə, bəzi insanların seçimidir.

 


[1] Patrick J Buchanan, Churchill, Hitler and the Unnecessary War, How Britain Lost Its Empire and the West Lost the World, preface
[2] State of the World, p.152-154
[3] Onur Oymen, Geleceği Yakalamak [Catching the Future], p. 225-227
[4] Lt. Col. Dave Grossman, (2014-04-01), On Killing 
[5] http://www.vanityfair.com/news/2015/05/ptsd-war-home-sebastian-junger
[6] http://www.vanityfair.com/news/2015/05/ptsd-war-home-sebastian-junger

 

Adnan Oktarın «Pravda.ru»da dərc edilən məqaləsi:

http://www.pravdareport.com/opinion/columnists/22-04-2016/134252-war-0/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr