Vaqiə surəsi; 62 (Düşünmək çox əhəmiyyətli bir ibadətdir. Müsəlman çox dərin düşünəcək, Quran ayələrini incə-incə təfəkkür edəcək.)
ucgen

Vaqiə surəsi; 62 (Düşünmək çox əhəmiyyətli bir ibadətdir. Müsəlman çox dərin düşünəcək, Quran ayələrini incə-incə təfəkkür edəcək.)

2242

Adnan Oktarın 18 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "İnsan əvvəldən, heç bir şey deyilkən, həqiqətən Bizim onu yaratmış olduğumuzu heç düşünmürmü?" deyir Allah. Biz yox idik, indi varıq. Bunu düşünmürsünüzmü, deyir Allah. Düşünmək çox əhəmiyyətli bir ibadətdir. İnsanlar namaz qılır, oruc tutur, zəkat verir, lap yaxşı. Amma düşünmək çox əhəmiyyətli bir ibadətdir. Düşünmənin içində o qədər çox hikmət, o qədər çox dərinlik var ki. Məsələn, nə deyir Allah; Bəqərə surəsi 269; şeytandan Allaha sığınıram, "Təmiz ağıl sahiblərindən başqası öyüd alıb, düşünməz." - "De ki; "Korla görən bir olar mı? Yenə də düşünməyəcəksinizmi?" Ənam surəsi 50. Ənam surəsi 80; "Yenə də öyüd alıb düşünməyəcəksinizmi?" Ənam surəsi 126; "Öyüd alıb düşünməsini bilən bir birlik üçün ayələri belə bir-bir açıqladıq." Yunis surəsi 3; "Yenə də öyüd alıb düşünməyəcəksinizmi?" Hud surəsi 30; "Heç düşünməzsinizmi?" "Ümid edilər ki, qorxub çəkinərlər, ya da  onlar üçün düşünmə qabiliyyətini meydana gətirər" Taha surəsi 113. Muminun surəsi 68; "Onlar yenə də o sözü (Quranı) gərəyi kimi düşünmədilərmi? Yoxsa onlara keçmişdə atalarına gəlməyən bir şey mi gəldi?" "İçdən Allaha yönələndən başqası öyüd alıb düşünməz" Ancaq içdən Allaha yönəldisə, öyüd alıb düşünər, deyir Allah. "Lakin özlərinə gəldikdən sonra öyüd alıb düşünmələri onlara nə fayda verər?" Yəni bəla gəldikdən sonra, ölüm gəldikdən sonra, düşünmənin bir mənası yoxdur, deyir Allah. Daha əvvəl düşünməyiniz lazımdır, deyir. "Elə olmasa Quranı yaxşı-yaxşı düşünməzlərdimi?" Deməli, çox dərin düşünməliyik.  "And olsun Biz Quranı öyüd alıb düşünmək üçün asanlaşdırdıq." Quran deməli çətin deyil, inşaAllah. "Allah lakin öyüd alıb düşünən varmı?" deyir. Qəmər surəsi 17, 22, 32, 40. "And olsun ilk yaradılışı bildiniz, amma öyüd alıb düşünməyiniz lazım deyilmi?" deyir Allah, Vaqiə surəsi, 62. Baxın, Quranın harasına baxsaq, Allah həmişə öyüd alıb düşünməkdən bəhs edir. Müsəlman çox dərin düşünəcək. Beyni çox inkişaf edəcək, incə-incə təfəkkür edəcək. Quran ayələrini incə-incə düşünəcək.  Allah o zaman ağıl meydana gətirərəm deyir. Düşünmədin mi, ağıl gedər, tam fərqli bir insan meydana gəlir, Allah əsirgəsin.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo