Məryəm surəsi; 52-62 (Dinin təməlində gözəl əxlaqlı olmaq vardır.)
ucgen

Məryəm surəsi; 52-62 (Dinin təməlində gözəl əxlaqlı olmaq vardır.)

1497

Adnan Oktarın 20 mart 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Məryəm surəsi. Şeytandan Allaha sığınıram, 52-ci ayə; "Ona Turun sağ tərəfindən səsləndik və onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq." Baxın, hz. Musa (ə.s)-a " Turun sağ tərəfindən səsləndik." Turun sağ tərəfindən, Turun sağ tərəfi, o ayrı bir mövzudur, onu zamanı gəlincə açıqlayacağıq, inşaAllah. "Onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq." Bu da çox dərin mənası olan Qurandakı bir ifadədir. baxın, "Onu (özüylə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq. Ona Rəhmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq hədiyyə etdik." Allah ona nemət olaraq hz. Harun (ə.s)-ı ona təqdim edir. "Kitabda İsmayılı da zikr et. Çünki o, vədinə sadiq idi." Müsəlman vəd etdiyində vədinə sadiq qalacaq. Allah ona diqqət çəkir, vədinə sadiq olmaq. "Və göndərilmiş (Rəsul) bir peyğəmbər idi. Xalqına, namazı və zəkatı əmr edirdi." Kim? Hz. İsmayıl (ə.s). Zənn edirlər ki, namazı yalnız Peyğəmbərimiz (s.ə.v) gətirmişdir. Bütün peyğəmbərlər də, hz. Adəm (ə.s) da daxil, eynilə bizim bu qıldığımız namazı qılırdı. Bütün Peyğəmbərlər bizim qıldığımız namazı istəmişdir. Allahın əmri olaraq. "Namazı və zəkatı əmr edirdi." Bütün peyğəmbərlər də zəkatı əmr etmişlər. "Və o, Rəbbi qatında özündən razı olunan (bir insan)dı." Allahın bir insandan razı olması çox əhəmiyyətlidir. "O da razı olunan bir insan idi" deyir. "Kitabda İdrisi də zikr et. Çünki o, doğru olan bir peyğəmbər idi." Allah tək-tək Peyğəmbərləri izah edir. Baxın, "Kitabda İdrisi də zikr et." Biz də indi hz. İdris (ə.s)-ı zikr edirik. "Çünki o, doğru olan bir peyğəmbər idi." Yalan danışmır, dürüst idi. Allah həmişə doğruluğun, dürüstlüyün, səmimiyyətin  üzərində dayanır. "Biz onu uca bir məkana (mövqeyə) yüksəltmişdik." Hz. İdris (ə.s)-ı. Onun xüsusi bir mövqeyi var. Hz. İsa (ə.s) kimi, xüsusi bir mövqe, xüsusi bir ölçü. "Biz onu uca bir məkan (mövqeyə) yüksəltmişdik." "Məhz bunlar; özlərinə Allahın nemət verdiyi peyğəmbərlərdəndir; Adəmin soyundandırlar." Deməli, bütün insanlar hz. Adəm (ə.s)-ın soyundandırlar, hamısı qardaşdırlar. "Nuh ilə birlikdə daşıdıqlarımız (insan nəsillərin)dən deyil, İbrahim və İsrail (Yaqub)un soyundan, doğru yola çatdırdıqlarımızdan və seçdiklərimizdəndirlər." İbrahim və İsrail (Yaqub)un soyundandırlar. Hz. Mehdi (ə.s) da bu soydandır. "Doğru yola çatdırdıqlarımızdan və seçdiklərimizdəndirlər" Doğru yola çatdıran kimdir? Allahdır. Baxın, "seçdiklərimizdən" deyir. Deməli "mən hz. Mehdi (ə.s) olacağam" deməklə hz. Mehdi (ə.s) olunmurmuş. Necə olurmuş? Allahın seçməsi lazımdır; "Seçdiklərimizdəndir." Peyğəmbərlər də Allah tərəfindən seçilir. İstəməklə Peyğəmbər olunmaz, Allahın seçməsi lazımdır. "Onlara Rəhman (olan Allah)ın ayələri oxunduğunda (Allahın ayələri oxunduğunda) ağlayaraq səcdəyə qapanarlar." Peyğəmbərlərin xüsusiyyəti, çox dərin imana sahibdirlər, ağlayaraq səcdəyə qapanırlar. Bu necə olur? Eşqdən, coşğudan, Allah sevgisindən. O qədər dərin imanları var ki, o qədər ürəkləri coşur ki, ağlayaraq səcdəyə qapanırlar, sevinc göz yaşıdır. "Sonra onların arxasından elə nəsillər törədi ki, namaz (qılma həssaslığın)ı itirdilər." Əsrimizdir, dəccaliyyətin hakim olduğu bu əsr. İnsanların böyük bir hissəsi, dünyanın 99%-i namaz qılmır,  99%-i. Bir tək Türkiyədə dindarlıq canlı və güclüdür. "Və şəhvətlərinə uydular." Şəhvət demək, dünyəvi hər cür mənfəət, hər şey deməkdir. Sırf cinsi əlaqə deyil. "Beləcə, bunlar azğınlıqlarının cəzasıyla qarşılaşacaqlar." Allah, "azğınlıqlarının qarşılığıyla cəzalandıracağam" deyir. "Ancaq tövbə edən, iman edən," baxın, "tövbə edən," tövbə etmək çox əhəmiyyətlidir. Müsəlman əstağfirullah deyib tövbə edəcək. "Ya Rəbb, məni bağışla deyəcək, Allah bizləri bağışlasın" deyəcək. "İman edən," son dərəcə imanlı olacaq, səmimi Allaha iman edəcək, "və saleh əməllərdə olanlar (onların xaricindədir); məhz bunlar, cənnətə girəcəklər və heç bir şeylə zülmə məruz qalmayacaqlar." Dinin təməlinə baxmaq lazımdır. Dinin təməlində cənnət, cəhənnəm vardır; doğru olmaq vardır, insanlara zülm etməmək; yaxşı əxlaqlı, gözəl əxlaqlı olmaq vardır. Gözəl əxlaqlı olanlar Allahın razılığını qazanıb, cənnətə girirlər və sonsuz yaşayırlar. Peyğəmbərlərinə iman edəcəyik, mələklərinə iman edəcəyik, qədərə iman edəcəyik, xeyirin və şərin Allahdan gəldiyinə iman edəcəyik; bu qədər, mürəkkəb deyil. Təbii təfərrüatlar da var, təxmini bu qədər. Din çox sadədir, Allahın bizdən istədiyi də çox sadədir. Yalnız çox yaxşı insan olacağıq, Allahı çox sevəcəyik, sonunda da Allahın razılığını qazanıb inşaAllah cənnətə gedəcəyik. "Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir." Görünməz olaraq vəd etmişdir. Ədn cənnətləri görünmür, başqa bir aləmdədir, amma Allah; "sizə vəd etdim" deyir. "Şübhəsiz,Onun vədi yerinə gələcəkdir." "Mütləq bu vədimi yerinə yetirəcəyəm" deyir Allah. "Cənnətdə boş bir söz eşitməzlər; yalnız salam eşidərlər" təhlükəsizlik olar, hər yerdə təhlükəsizlik var. Dünyada həmişə qorxu vardır. Bir yerə gedir adam, öldürülmə qorxusu vardır, yaralanma qorxusu var, böhtan qorxusu var, lağ olunma qorxusu var, səhv etmə qorxusu var, xəstəlik qorxusu var. Var, var, var, var. Heç biri cənnətdə yoxdur. Yalnız güvən var, təhlükəsizlik var; yəni bir istiqamət olaraq, həyatın bir istiqaməti olaraq təhlükəsizlik hakimdir. "Səhər axşam, onların ruziləri orada olur." Yemək qazanmaq üçün səhərdən axşama qədər işləmirlər. Baxın, bütün insanlar kiçik-kiçik dükanlarda, kiçik-kiçik iş yerlərində, beton yığınları içində bütün dünya işləyir. 2 kvadrat metrlik, 3 kvadrat metrlik, 5 kvadrat metrlik beton yığınları içində bütün ömürləri keçir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo