Kipr Ada TV, 1 avqust 2008
Adnan Oktar: Türkiyənin böyük qardaşlığı bu bölgədə artıq çox vacib hala gəldi. Çünki Amerika bu işi edə bilmir, Avropa da edə bilmir, Rusiya da edə bilmir. Bir boşluq var. Bu boşluğu ancaq Türkiyə doldura biləcək mövqedədir. Bu da onsuz da insani, əxlaqi və imani bir vəzifədir. Türkiyə də bu vəzifəyə onsuz da sahibdir. Osmanlıdan gələn bir mirasın davamı olaraq bunu edəcək. Bunu hər kəs görəcək inşAllah.
TheGulfToday, 2 noyabr 2008
Adnan Oktar: Türkiyənin liderliyində, türk dövlətlərinin birləşməsi ilə meydana gələcək; türk birliyinin köməyi ilə bir Türk-İslam Birliyi meydana gələcək, inşAllah. BU TÜRKİYƏNİN LİDERLİYİ İLƏ OLACAQ, buna doğru onsuz da addım-addım gedirik. Onsuz da ən idealı da Türkiyənin liderlik etməsidir… Bu onsuz da çoxdan bəri Türkiyənin üzərində olan bir vəzifədir. Bütün hökumətlər dövründə də bunu biz gördük. Türkiyə həmişə həqiqətən Türk-İslam aləminin liderliyini üzərinə götürmüşdür. Hər yerdə bunu hiss etdirir. Hər yerdə bir böyük qardaşlıq vəzifəsini dolayı yolla və yaxud bilavasitə olaraq da göstərir. Hər cür anlaşılmazlıqda Türkiyə dövrəyə girir. Məsələn, Qafqaz İttifaqının meydana gəlməsində Türkiyə dövrəyə girmişdir. Digər ölkələrin arasında anlaşılmazlıq olduğunda Türkiyə vasitəçi mövqeyi tutur. Təbii qaz boru xətti layihəsi olsun, neft boru xətti layihəsi olsun və digər layihələrdə də Türkiyənin liderliyi çox açıq görülür. Türkiyə bunu onsuz da rəsmi bir açıqlama vermədən də edir və bu davam etməkdə və inkişaf etməkdədir. |