Türkiyə 15 iyul gecəsi dəhşətli çevriliş cəhdi ilə üz-üzə gəldi.
O gecəyə dair ilk əlamət İstanbul Boğazındakı iki körpünün hərbi yük maşınları və tanklarla bağlanması idi. Ardından Milli Təhlükəsizlik Təşkilatı və Baş Qərargah binasının hücuma məruz qaldığı xəbərləri gəldi və Atatürk Hava Limanının girişi də zirehli maşınlarla mühasirəyə alındı.
Baş Qərargah rəisi çevrilişə cəhd edənlər tərəfindən girov götürüldü. Türkiyə parlamenti binası, içində 150-yə qədər deputat olduğu halda, döyüş təyyarələri tərəfindən bombalandı.
Baş nazir Binəli Yıldırım televiziyaya çıxıb hadisələri əsgərlərin içində yuvalanmış azlığın "fəaliyyəti" olduğunu bildirənə qədər heç kim nə olduğunu tam anlaya bilməmişdi.
Hadisələr sürətlə inkişaf edərkən prezident Rəcəb Tayyib Ərdoğan, əsasən, hökumət əleyhinə kanal kimi tanınan "CNN Turk"ə görüntülü zəng vasitəsilə bağlanaraq xuntanın "küçəyə çıxma qadağası əmrinə" baxmayaraq, xalqı meydanlara dəvət etdi.
İgid türk xalqı bu çağırışa dərhal cavab verdi və meydanlara axın etdi. Növbəti gün günortaya qədər heç kim evinə geri qayıtmadı. Məqsədləri təkcə etiraz etmək deyil, qəhrəman polislərə və vətənpərvər əsgərlərə bu qanunsuz dövlət çevrilişi cəhdinin qarşısını almaqda kömək etmək idi.
O gecə hər kəs etnik mənşəyi nə olursa-olsun, tək vücud olaraq hərəkət etdi.
Heç şübhəsiz ki, bu çevriliş cəhdinin qarşısını alan və Baş nazir Binəli Yıldırımın sözləri ilə bu qanunsuz cəhdi demokratiya şənliyinə çevirənlər də, həyatlarını təhlükəyə ataraq ölkəni qoruyanlar da cəsur türk vətandaşları idi.
Çevriliş cəhdinin bir sıra qaranlıq mərkəzlərin istədiyi kimi başa çatmamasında sosial medianın rolu böyük oldu. Sosial media profilləri iki saat ərzində blok edilməsinə baxmayaraq, 16 iyulda adi günlərdə yazılan tvitlərin üç misli, yəni cəmi 18.666.000 tvit yazıldı.
Çevrilişə cəhd edənlərin harada olduğu, insanların harada toplanıb onlara qarşı qoymalı olduqlarına dair məlumatlar internet vasitəsilə sürətlə paylaşıldı. Məsələn, Türkiyə dövlət televiziyası TRT və CNN Turk çevrilişə cəhd edənlərin işğalına məruz qaldıqda insanlar bu vəziyyəti sosial mediadan öyrənib dərhal bu kanalların olduğu yerlərə yardıma getdilər.
Digər çox önəmli bir məqam isə insanların siyasi fikri nə olursa-olsun, tək vücud olaraq hərəkət edərək ölkənin birliyini, bütövlüyünü qorumuş olmaları idi. Türk milləti ehtiyac olan anda ehtiyac olan yerlərə axın etdi və öz bədənlərini sipər edərək vətənini qorudu.
Periscope və Facebook Live sayəsində insanlar və media qurumları küçələrdə baş verənləri canlı olaraq yayımlayaraq insanlara anbaan doğru informasiya çatmasını təmin etdilər.
Mobil telefon operatoru Türk Telekom ertəsi gün hər bir abonentə hədiyyə olaraq pulsuz əlavə məlumat istifadə xidməti təqdim etdi.
Sosial medianın Türkiyədəki çevriliş cəhdinin qarşısının alınmasındakı bu müsbət təsiri bütün dairələr tərəfindən qəbul edildi.
Məsələn, Florida Universiteti sosial media bölməsinin başçısı Endryu Selepak bu məsələdə "Twitter və sosial media çevrilişin baş verməsinin qarşısını almış ola bilər" deyərək sosial medianın gücünə diqqət çəkir.
Keçmiş Federal Təhqiqat Bürosunun direktor müavini Kris Sveker isə sosial medianın rolu haqqında bunları deyir: "Twitter və oxşar saytlar Ərdoğan və (ordu daxil) tərəfdarlarının əks yumruq atmalarına və təşəbbüsünə təsirli reaksiya göstərmələrinə imkan verdi".
Ancaq hadisələrin davam etmə müddəti artdıqca insanlar təxribata daha açıq hala gələ bilir və sosial media da bu cür hadisələri idarə etməyin ən asan yolu kimi görünür.
Belə ki, üç il öncə Gəzi Parkı etirazları zamanı baş verən münaqişələrin əsas səbəblərindən biri sosial mediada yayılan yanlış xəbərlər idi.
Oxşar şəkildə 16 iyulda, yəni dövlət çevrilişinə cəhdin ertəsi günü Gəzi Parkı etirazlarında olduğu kimi, insanları provokasiya etməyə istiqamətli bir çox yalan xəbər sosial mediada yayıldı.
O gecə dinc əhaliyə hücum, çevrilişçilərlə qarşılıqlı yaşanan qarşıdurmalar və yaddaşlardan silinməyəcək səhnələri ilə tarixi bir gecə oldu. Ancaq keçmişdəki təcrübələrə baxmayaraq, sosial mediada yalan xəbərlər yayılmağa davam etdi.
Bu yalan xəbərlərə nümunə olaraq, başqa ölkələrdə baş vermiş çevrilişlərə aid köhnə şəkillərin sanki 15 iyulda Türkiyədə baş verən hadisələrə aid şəkillər kimi təqdim olunması idi.
Bir daha inkişaf etmiş müasir texnologiyanın müsbət və xeyirli şəkildə istifadə edilməsinin nə qədər vacib olduğunu gördük. Bu hadisələr bir neçə on il əvvəl baş vermiş olsaydı, insanlar nələr olduğundan xəbərdar olmayacaqdı.
Ancaq insanlar artıq sosial media sayəsində baş verənlərdən dərhal xəbərdar olub, bildiklərini böyük kütlələrə çatdırırlar.
Sosial media istifadəsinin yayılması gələcəkdə bu cür şeytani planlar quranların gözünü qorxudacaq.
15 iyul gecəsi Türkiyədə bir daha demokratiyanın qalib gəldiyini gördük.
Siyasətçilər, partiya liderləri, QHT-lər və sadə vətəndaşlar dünyagörüşləri nə olursa-olsun, çiyin-çiyinə dayandılar.
Bütün dünya Türkiyənin vətənpərvər əsgərlərlə, qorxusuz vətəndaşlarla və ləyaqətli, cəsur polislərlə dolu bir ölkə olduğunu gördü.
Heç bir qüvvənin gözəl vətənimizdə bizim üçün çox dəyərli olan demokratiyamıza zərər verməsinə icazə verməyəcəyik.
Adnan Oktarın «The Hans India & The Jakarta Post»da dərc edilən məqaləsi: