Təkamülçülər həyatın başlanğıcına dair məntiqli bir təkamül xarakterli açıqlama təqdim etmək məqsədilə illərdir ki, böyük zəhmətlər veriblər. Və hər dəfə açıqlamalarının və nəzəriyyələrinin səhv olduğu daha da aydın şəkildə ortaya çıxmışdır. Ən son olaraq da, “RNT dünyası” nəzəriyyəsi təkamülçüləri böyük bir xəyal qırıqlığına uğradaraq çökmüşdür.
Təkamülçülərin xəyallarındakı ssenariyə görə, ilk RNT ibtidai dünyada hər hansısa bir şəkildə, təsadüflər nəticəsində əmələ gəlmiş ola bilər, yenə təsadüflər nəticəsində DNT-yə çevrilmiş ola bilərdi. Əvvəla RNT son dərəcə mürəkkəb bir molekuldur və əmələ gəlməsində təsadüfə qətiyyən yer yoxdur. DNT isə altı milyard hərfin hər birinin doğru bir şəkildə mükəmməl düzülüşü ilə əmələ gələn, içində tək bir xətaya dair yer olmayan, qeyri-adi kompleks bir maddədir. Qısaca xatırlamaq lazım gələrsə, açılanda cəmi 4 metrlik zolaq olan DNT 10 nanometrelik (10-6 m) bir sahəyə mükəmməl şəkildə yerləşdirilmişdir və tərkibində 1.000.000 ensiklopediya səhifəsinə bərabər məlumat vardır. Bu məlumat, dünyanın ən böyük ensiklopediyasının 40 qatı qədərdir və 100 trilyon hüceyrənin hər birində yerləşir. Həmçinin bu nəhəng məlumat bankında hər hərf tam olaraq doğru yerdə olmalıdır, əks təqdirdə DNT və bilavasitə həyat olmayacaq.
Ona görə bu qüsursuz formaların əmələ gəlməsində təsadüfi hadisələrin, təsadüflərin rol oynadığını iddia etmək son dərəcə gülünc yanaşmadır.
Təkamülçülərin xəyali ssenarilərinə görə RNT “hər hansısa bir şəkildə yarandıqdan və hər hansısa bir şəkildə DNT-yə çevrildikdən sonra, “təbii seleksiya”, RNT-nin nisbətən daha qərarsız quruluşu və yetərli olmayan katalitik xüsusiyyətlərindən ötrü, DNT-ni “üstün tutmuşdu”. Ancaq təkamülçülər bu dərəcə qeyri-sabit olan və qeyri-kafi katalitik xüsusiyyətlərə malik RNT-nin təbii seleksiya tərəfindən o mərhələyə qədər necə ələnmədiyini açıqlaya bilməzlər. Çünki üzvi molekullar və zülallarda möhtəşəm bir quruluş və nizam vardır. Mükəmməl və qüsursuz olmayan heç bir quruluş həyatda qala bilməz. Üstəlik, erkən dünya şərtləri bu cür həssas molekulların əmələ gəlməsinə yol verməyəcək qədər çətindir.
Bu məsələdə son zamanlarda aparılan bir tədqiqat bu həqiqəti bir daha ortaya qoymuşdur: Kaliforniyadakı Skripps Tədqiqat İnstitutunda bir qrup kimyaçı, RNT dünyası fərziyyəsini sübut etmək üçün fərqli bir yanaşmanı sınaqdan keçirməyə qərar verdilər və bunun üçün DNT-RNT kimeraları istifadə etdilər (laboratoriyada süni olaraq birləşdirilən DNT və RNT). Ancaq bu kimeralarda qətiyyətsizlik problemi yaranırdı. Halbuki təbiətdə, saf DNT və saf RNT birlikdə dayana bilirdilər. Təkamülçülərin ibtidai dünyada olduğunu iddia etdikləri bu laboratoriya kimeraları isə təbiətdəki orijinallarından fərqli olaraq birlikdə qala bilmirdilər. Bu uyğunsuzluq da həmin molekulların genetik məlumatı saxlamaq və kopyalanma qabiliyyətinə zərər verirdi.
Həmçinin əgər üzvi bir quruluşda RNT səhvən bir DNT zolağına bağlanarsa, son dərəcə kompleks fermentlər - bu maddələrin də bir zülal olduğunu unutmayaq- prosesə qoşularaq problemi dərhal həll edir. Ancaq RNT dünyası fərziyyəsinə görə o dövrdə, bu vəzifəni edəcək zülallar ola bilməzdi. Buna görə də təkamülçülərin xəyallarında yaşayan bu tərz bir kimeranın ibtidai dünyada həyatda qalması heç vaxt mümkün olmazdı.
RNT dünyası fərziyyəsinin mümkünsüzlüyünü görən Skripps tədqiqatçıları da problemi bu sözlərlə qəbul etdilər: “Bu nəticələr, bir homogen sistem (RNT)-dən digərinə (RNT/DNT)-yə keçidin nə qədər çətin olduğunu göstərir...”[1]
Əslində bu yeni bir məlumat deyildi. Hətta bir çox təkamülçü bu vəziyyəti daha əvvəldən hiss etmişdi. Məsələn, Nobel mükafatlı təkamülçü bioloq Jack Szostak, RNT və DNT qarışdırıldıqda funksiyasını itirildiyini göstərmişdi.
Bəs Skripps tədqiqatçıları bu həqiqət qarşısında nə dedilər? Çox qəribədir, amma, daha da imkansız bir nəzəriyyə irəli sürərək RNT və DNT-nin eyni anda bir şəkildə ortaya çıxmış ola biləcəyini söylədilər. Bu ifadə əslində yaradılışı qəbul etdiklərini göstərirdi, çünki bu molekulların eyni anda möcüzəvi bir şəkildə ortaya çıxmış olmasının yeganə açıqlaması onların Üstün bir Yaradıcı tərəfindən yaradılmış olmasıdır.
DNT, RNT və zülallar sonsuz güc sahibi Uca Rəbbimiz tərəfindən bir anda yaradılmışlar. Bütün nəzarətli və həssas işlərə və bu sahədə çalışan elm insanlarının məlumat təcrübəsi, ixtisaslarına baxmayaraq bu molekulların laboratoriya şəraitində meydana gətirilə bilməməsi, bu strukturların ibtidai dünyada təsadüfən ortaya çıxmayacağını birmənalı şəkildə göstərir.
Başqa sözlə, RNT dünyası fərziyyəsini sübut etmək istiqamətindəki təkamülçü səylər bir daha yaradılış gerçəyini sübut etmişdir.
[1] http://www.techtimes.com/articles/180219/20160929/new-theory-for-origin-of-life-on-earth-challenges-rna-world-hypothesis-of-dna-evolution.htm#sthash.tqQzVRtA.dpuf