İkinci dünya müharibəsi dövründə SSRİ-yə (Sovet İttifaqı) daxil olan dövlətlər texnologiyadan təcrid olunmuş həyat yaşayırdılar. Kitablar yox edilir, həmçinin mətbuat və xaricdən gələn xəbərlər nəzarət altında saxlanılırdı. İnsanlara hiss etdirmədən gizli-gizli dünya müharibəsi gedirdi. SSRİ ordusu Çexoslovakiyaya hərbi müdaxilə etmiş və böyük qarşıdurmalar baş vermişdi. Lakin əsgərləri çiçəklərlə qarşılayan Çexoslovakiya xalqı təsvir edilmişdi. Heç kəsin buna inanmaqdan başqa variantı yox idi.
İllər sonra qərbə gedən bir professor eynilə bunları söyləmişdi: “Qapalı bir qutu içərisində özümüzü xoşbəxt hesab edirdik. Biz çölə çıxmamalı və yuxudan oyanmamalıyıq. Yoxsa özümüzü çox bədbəxt hiss edərik” 1
Bunları söyləmişdi, çünki müqayisə edib fərqi görmüşdü. Orada yaşadığından çox fərqli və demokratik həyatın varlığını görmüşdü. Azadlıq hüququndan məhrum olunduğunu ilk dəfə onda hiss etmişdi. Bu müqayisə onun bütün dünyagörüşünü dəyişdirmişdi.
O dövrlər bəzi şeylər yox sayılırdı. Amma hal-hazırda qlobal dünyada yaşayırıq. Heç bir tələbi yox hesab etməklə yox olmur. İnsanlar azadlığın nə olduğunu bilir və yaşayırlar. Azadlıqdan məhrum edilmə eynilə həmin Sovet professorunun söylədiyi kimi insanı məhvə aparır. Elə buna görə də 21-ci əsrdə xoşbəxt olmayan insanlar azadlıqdan məhrum edilmişdilər. Qarşıdurmalar və üsyanlar azadlıqdan məhrum olunmaqdan qaynaqlanır. Elə Ərəb baharı bunun fərqində olanların etirazı deyilmi?
Azadlıqlar hər zaman birləşdirici rol oynayır. Azad şəraitdə danışmaq, düşünmək, razılığa gəlmək və doğrunu yanlışdan ayırmaq asandır. Azad şəraitin insanı degenerasiya və əxlaqsızlığa sürükləyəcəyi səhv düşüncədir. Əksinə, əxlaq qaydalarını öz arzu və istəkləri ilə çox gözəl yaşamaq olur. Azad yaşamaq mədəniyyətdə irəliləyişə səbəb olur. Həmçinin insanların bir-birlərinin fikirlərinə hörmət etmələri və rahat şəkildə əlaqə saxlayıb aralarında sevgi və şəfqət yaratmaları üçün də önəmlidir.
Məhdudiyyətlər isə bunun tam əksinə təsir göstərir. Belə şəraitdə insanlar özünə qapalı, əsəbi və hövsələsiz olurlar. Başqalarının fikrini dinləyə bilmir və daim təzyiq göstərirlər. Məhdudiyyətlərə olan nifrətlərindən bəzən əxlaq normalarına da qarşı çıxırlar. Elə buna görə də belə şəraitdə əxlaqi degenerasiya daha çox olur.
Hal-hazırda demokratik cəmiyyətlərdə sınaqdan keçirilən böyüklü-kiçikli məhdudiyyətlər də buna bənzər təsir meydana gətirir. Fikirlərini sərbəst şəkildə söyləyən, azad düşünən, azad danışmağa öyrəşən cəmiyyətlərdə azadlığa qoyulan hər məhdudiyyət çox mənfi təsir yarada bilər. İnsanlar bu məhdudiyyətlərdən təsirlənməsələr də, məhdudiyyət ifadəsinin mövcudluğundan narahat olurlar. Çünki azadlığın nə demək olduğunu bilirlər. Bu sərhəd isə narahatlıq yaradır.
Türkiyə 90 illik azadlıq və demokratiyanı enişli-yoxuşlu yaşayan bir ölkədir. Demokratiyası bir çox Avropa ölkələrindən daha qədimdir. Xüsusilə, Türkiyənin Ədalət və İnkişaf Partiyası seçildikdən sonra demokratiya və azadlıq daha geniş yayıldı. Eyni zamanda bu vəziyyət xalqın məhdudiyyətlərə qarşı həssaslığını artırdı. Elə buna görə də twitter məhdudiyyəti ölkə daxilində və xaricdə səs-küyə səbəb oldu. Demokratikləşməsi ilə güclü və möhkəm gələcəyə doğru irəliləyən Türkiyədən belə bir məhdudiyyəti heç kəs gözləmirdi.
Hökumətin verdiyi açıqlamaya əsasən Twitterin Türkiyəyə qarşı bu hərəkəti cinayətdir. Twitterin Türkiyədə bəzi şəxsi hesabların, məhkəmə qərarlarının həyata keçirilməməsi və ən vacibi Türkiyədə ofis açmama qərarı çox düşündürücüdür. Ofis açmayan, lakin həddindən çox istifadəçisi olan Twitter türk hökumətinə vergi ödəmədən Türkiyənin gəlirindən qeyri-qanuni mənfəət əldə edir. Avropanın ən çox Twitter istifadə edən ölkəsinin Türkiyə olması və digər səbəblərdən türk hökuməti bəzi müəyyən tədbirlər həyata keçirməli oldu.
Azadlıqların həmişə birləşdirici, məhdudiyyətlərin isə bölücü, bezdirici yol açdığını unutmayaq. Bəzi problemlərə məhdudiyət ilə müvəqqəti həll yolu gətirilə bilər, amma bunun arxa planda meydana gətirdiyi təxribat hər zaman daha böyükdür. Məhdudiyyətlərdən gözlənilən əmin-amanlığı təmin edəcək şey doğru təlimdir. Bir-birləri ilə mübarizə apararaq güclənmək olmur. Dəstək olaraq sevgi və həmrəyliklə güclənəcəyini öyrənən bir nəsil, əlbəttə ki, sevgi dolu nəsil kimi yetişəcək. Güclünün deyil, doğrunun tərəfində olmağı öyrənən nəsil, təbii ki, həmişə ağıllı-kamallı və ədalətli olacaq. Bütün dünyada istənilən problemin həll yolu üçün düzgün təhsilə diqqət ayrılmalıdır.
1. Zekeriya Sertel, Olduğu Gibi, Rus Biçimi Sosyalizm, 1993, s. 184
Adnan Oktarın “The Jakarta Post”-da çıxan məqaləsi:
http://www.thejakartapost.com/news/2014/05/12/prohibitions-are-divisive.html