Kordon TV. 27 iyul, 2008
Adnan Oktar: Mənim demək istədiyim budur ki, işin doğrusunu deyim, əslində Türkiyə o bölgədə ağabəy, yəni lider olmalıdır. Türkiyə tələb edib birbaşa ağabəy mövqeyinə, hətta bütün yaxın şərqin, bütün İslam ölkələrinin lideri mövqeyinə gəlməlidir, sözükeçən bir lider olaraq. Çünki Türkiyə ağılı başında, səmimi insanların çox olduğu bir ölkədir. Çox vicdanlı insanların olduğu bir ölkədir və ordusu da mükəmməldir. Çox vicdanlı, təlim və tərbiyəlidir. Bütün ölkələrdə sevilirlər. Hara getsələr, sevilirlər. Məsələn, Bosniyaya gedirlər, sevilirlər; Somaliyə gedirlər, sevilirlər. Hər yerdə hörmət görürlər. Əfqanıstanda çox sevilib hörmət görürlər. Belə mövqedədir. Deməli, bütün yaxın şərq, bütün İslam aləmi türk ordusunu və türk millətini sevir. Deməli, liderlik etməyini istəyirlər. Yəni, Türkiyə burada ortaya çıxıb bu lidderliyi yerinə yetirməlidir, İslam ölkələrində və türk dövlətlərində də...
|