Tarix boyu bir çox sivilizasiya İraq torpaqlarında özünə yer tapmışdır. Bu torpaqlarda ərəb və kürdlərdən başqa türkmənlər də yaşayırlar. Türkmənlər bölgədə 1055-ci ildə səlcuqlarla birlikdə məskunlaşmış və bura onlar üçün doğma yurda çevrilmişdir.
İraqda Osmanlı rəhbərliyi altında 400 il problemsiz yaşayan türkmənlərin dinc dövrü Birinci Dünya müharibəsi ilə sona çatdı. Osmanlı İmperatorluğu Birinci Dünya müharibəsində Mosula qədər irəlilədi və Mudros atəşkəs müqaviləsini imzalayaraq təslim oldu. Lakin ingilislər bu müqaviləyə əhəmiyyət vermədən Mosulu ələ keçirdilər. Türkiyə bu haqsız işğalla mübarizə aparmasına baxmayaraq, yenidən ingilislərlə müharibə aparmamaq üçün bölgənin taleyini Lozanna Konfransına buraxdı. Uzun sürən münaqişələr nəticəsində 1926-ci ildə imzalanan Ankara müqaviləsinə əsasən Türkiyə Mosul üzərindəki hüquqlarından imtina etmək məcburiyyətində qaldı.
Türkmənlər Osmanlıdan sonra çox çətinliklərlə üzləşdilər. Xüsusilə 1959-cu ildə 3 gün davam edən “59 Kərkük qırğını”nda çox sayda türkmən qətl edildi.
1975-ci ildə BƏƏS (Ərəb Sosialist Dirçəliş Partiyası) dövründə türkmənləri ərəbləşdirmə siyasəti ilə həmin bölgələrə ərəblər yerləşdirildi. 1980-ci ildə BƏƏS-in qərarına görə türkmənlər 3 fərqli bölgəyə məcburi köçürülməli idi. Lakin bu qərar İran-İraq müharibəsinə görə həyata keçirilə bilmədi.
Birinci Körfəz müharibəsindən sonra türkmən qardaşlarımıza edilən hər cür zülm işgəncə və edamlar artıq adi hala çevrilmişdir. Həmin dövrdə türkmənlərə ərəb şəriki olmazdısa, iş yeri açmaq, hər hansı ticarət etmək, bunun üçün ticarət maşınları almaq belə qadağan idi.
1991-ci ildə İraq Küveyti işğal etdikdən sonra İraqın şimalında kürdlər və türkmənlər üsyana başladılar. Bu üsyanı Səddam rejimi çox qanlı bir şəkildə yatırtdı. Bu dövrün dəhşətli hadisələrindən qaçan yüz minlərlə türkmən və kürd qardaşlarımız Türkiyə və İran torpaqlarına sığındılar.
Birinci Körfəz müharibəsindən İraqın 2003-cü ildəki işğalına qədər türkmənlər daha rahat yaşayırdılar. 2003-cü il işğalına qədərki bu müddətdə başda Kərkük xalqı olmaqla, türk dilində təhsil verən məktəblər, türk dilində qəzet-jurnal və radio-televiziya yayımı başladı.
Türkmənlər 2003-cü ildən sonra, xüsusilə, Kərkükdə müxtəlif çətinliklər yaşasalar da, çox gündəmdə deyildilər. İyun ayından etibarən İŞİD-in (İraq Şam İslam Dövləti) İraqa hücumları ilə yenidən gündəmə gəldilər.
Hazırda bölgədə türkmənlərin ərazi bütovlüyü yoxdur. Bölgədə həm şiələr, həm sünnilər, həm də kürdlər yaşayırlar. Əksəriyyəti də şiələrdir. Səlcuq dövlətindən bəri heç bir seperatçılıq meyilləri olmayan türkmənlərin hərbi gücləri də yoxdur.
İŞİD İraqda türkmənlərin yaşadığı bölgələrlə əlaqəlidir. Türkmənlər sünnilərin yaşadığı ərazilərdə yaşayırlar, hansı ki, sünnilər İŞİD-in əsas hədəfindədir.İraqda İŞİD-in əsas hədəfində olan sünnilərin yaşadığı bölgələrdə yaşayırlar. Bu bölgələr neft yataqları ilə zəngindir. Neft bölgələrində illərdir ki, Bağdad hökuməti ilə İraq Kürdüstan Muxtariyyəti arasında baş verən münaqişələrə indi İŞİD də əlavə olundu.
İŞİD-in hərbi əməliyyatları bölgədəki türkmənlər üçün təhlükəlidir. Keçmişdə BƏƏS rejiminin bölgəni türkmənlərdən təmizləmə siyasətinin bənzərini indi İŞİD həyata keçirir. Bölgədəki türkmənlərin əksəriyyəti oradan çıxarıldı, qaça bilməyənlər isə tutulub edam edildi.
İŞİD-dən sonra İraqda vəziyyət çox qarışdı. Ölkə bölünmə ərəfəsindədir.
Türkmənlərin İraqda yaşadığı bölgə İraqın bölünmə ərazilərinin tam mərkəzində yerləşir. Ölkə bölünərsə, türkmənlərin ərazisi bir qismi sünnilərin, bir qismi şiələrin, bir qismi də kürdlərin payına düşəcək. Bu vəziyyətdə Türkiyənin İraqın ərazi bütövlüyünə istiqamətlənən siyasətinin həm İraq xalqı, həm də türkmən qardaşlarımız üçün nə qədər mühüm olduğunu bir daha görürük.
İraqdakı türkmən, ərəb və kürd vətəndaşlarının məzhəb fərqliliyinə əhəmiyyət vermədən ərazi bütövlüyü və siyasi birlik daxilində hüquqlarını qoruyaraq birlikdə yaşamaları İraq və bölgə ölkələri baxımından çox vacibdir.
İraq Türkmən Cəbhəsi (İTC) ətrafında cəmləşən türkmən qardaşlarımıza son dövrdə Bağdad hökuməti ilə İraq Kürdüstan Muxtariyyəti arasındakı narazılıq və ölkə daxilindəki məzhəb münaqişələri məsələlərində çox mühüm öhdəliklər düşür.
Türkmənlər tarix boyu İraqa gərginlik və qeyri-sabitlik deyil, sülh, dinclik, qardaşlıq gətirmək üçün çalışmışlar. Məqsədləri İraqın parçalanması və etnik cəhətdən bölünməsi deyil, əksinə, İraqın ərazi bütövlüyünün qorunması, fərqli etnik və dini qruplar arasında ədalət və tolerantlıq əsasında əməkdaşlığın yaradılmasıdır.
Hazırda türkmənlərin digər birliklərlə mənfəətə görə münasibət qurmaması İraqın gələcəyi üçün mühümdür. Çünki türkmənlər İraqı birləşdirmək üçün vasitəçilik edən yeganə birlikdir.
Türkiyə türkmənlərin bölgədə edəcəyi vasitəçilik fəaliyyətini tamamilə dəstəkləyir, türkmənlər isə kürdlər və ərəblər arasında dialoq yaradılmasına çalışırlar. Region xalqlarının xoşbəxtliyi üçün İraqın ərazi bütövlüyünün qorunması olduqca əhəmiyyətlidir.
Unudulmamalıdır ki, İslam dünyası etnik və məzhəb baxımından fərqli olan hər müsəlman qrupun öz dövlətini qurması ilə deyil, birləşərək, güclərini birləşdirib əməkdaşlıq edərək güclənərlər. Kiçik hissələrə bölünmək zəifləməyə, birləşmək isə müvəffəqiyyətə, rifaha, sabitliyə gedən yoldur.
Adnan Oktarın "Voix Magazine"də yayımlanan məqaləsi: