Son bir ildə artan kamikadze hücumları ilə sarsılan İraq hazırda yanğın yerinə çevrilib. Ölkə 3 hissəyə bölünmək üzrədir. Çox amansız vətəndaş müharibəsi, qardaş qırğını gedir. İslam alimləri müharibə fətvası verib. Sülh çağırışları əvəzinə müharibə çağırışları edilir. Halbuki, İslam alimi hər zaman sülhə çağırmalıdır.
Əksəriyyəti sünnilərdən ibarət qərb, mərkəz və şimal bölgələrinin şəhərlərini "İraq Şam İslam Dövləti" adlı təşkilat ələ keçirməyə başladı. Ramadinin ardından Mosul və Tikritin də müəyyən hissəsini ələ keçirən təşkilat hazırda Bağdada doğru irəliləyir. Bağdadın cənubunda isə şiələrin sıx yaşadığı bölgələr var.
İŞİD ələ keçirdiyi şəhərlərdə şiələrə qarşı amansız zorakılıqlar həyata keçirir. Hər keçən gün ölkənin müxtəlif bölgələrindən vəhşilik və zülm xəbərləri gəlir. Belə bir mühitdə şiələrə cihad çağırışı edilməsi doğru davranış deyil. Bu çağırış və fətvalar, İraq xalqını daha çox qan tökməyə səbəb olacaq bir ruh halına aparır. Hər şeydən əvvəl cihad fətvalarının hamısı aradan qaldırılmalıdır. Müsəlmanları və İslam ölkələrini oda atacaq çağırışlar əvəzinə, qardaşları barışdırmaq əhəmiyyətlidir. "Bir-birinizi qırmağa davam edin, daha çox qan tökün" demək yerinə, "barışın sülhə gəlin" deyilməlidir.
Fitnə varsa, ilk öncə hədəf fitnəni yatışdırmaq lazımdır. Bu amansız qardaş qırğınını bitirmək üçün fəaliyyətə keçmək ən doğru addımdır. Çünkü mənfəətləri üçün Yaxın Şərqdə olanlar bir əsrdir ki, bu bölgənin parçalanmasını istəyirlər. İraqın üçə bölünmə fikri hələ İraq 2003-də işğal edilərkən ortaya atılmışdı. Bunun səbəbi də daha asan nəzarət edilə biləcək, daha gücsüz, daha zəif dövlətciklərin mövcud olmasının istənilməsidir. Halbuki, nəinki yeni sərhədlərin, Yaxın Şərqdə sərhədlərin eynilə Avropadakı kimi aradan qalxması lazımdır. Avropa Birliyi kimi modeldə istəyən istədiyi inancla, bərabərlik, ədalət və sevgi içində yaşaya bilməlidir. Belə bir modelin yaranması sadəcə bölgə üçün deyil, Avropa Birliyi, ABŞ, Rusiya, Çin və digər bütün ölkələr üçün ən yaxşı həll yoludur.
İraqın mövcud rəhbərliyi də ölkəni bu günlərə gətirən soyuq, sərt, ədalətə əhəmiyyət verməyən sevgisiz siyasətlərlə qardaşlığı təsis edə bilməyənlərdəndir. Təzyiqlər, şiddət siyasəti və nifrət ölkədəki qütbləşmələri daha da artırır. Bütün bunlar nəticəsində kin və nifrət cəmiyyətə hakim olur.
Bəs İraqda təbii ehtiyatların bölüşdürülməsində problem olur? Bu sualın cavabı əlbəttəki, xeyrdir. İraqa ümumi olaraq nəzər yetirək.
İraq tarixi, zənginlikləri, mədəniyyəti ilə hər kəsə çatacaq böyük imkanlara sahibdir. Fərat və Dəclə çaylarının suladığı məhsuldar torpaqlara sahib Mesopotamiya düzənliyi ölkənin böyük zənginliyidir.
Bu iki çayın birləşdiyi nöqtə olan, dillərə dastan Şəttül-Ərəb və Bəsrə var. Əsrlər boyu böyük dövlətlərə paytaxtlıq etmiş Yaxın Şərqin incisi Bağdad bənzərsiz gözəlliklərə sahibdir.
Xəyalları bəzəyən Babil, İslamın 4-cü xəlifəsi hz. Əlinin türbəsinin olduğu Nəcəf, alpinizmin mərkəzlərində biri ola biləcək Ərbil, tarixi ərazilərdən Süleymaniyə, Mosul, Kərkük… Eyni zamanda bu bölgələr neft baxımından çox zəngindir. Xüsusilə də Mosul.
İraq dünya xam neft rezervlərində (çıxarılan rezerv) 143,1 milyard barellə üçüncü yerdədr. (http://www.ydh.com.tr/HD8309_irak-petrolde-irani-gecti.html) Təbii qaz potansialı isə 13 trilyon m3 səviyyəsindədir. İraq şiə, sünni, kürd, ərəb, türkmən, xristian, musəvi- bir sözlə, hərkəsə kifayət edəcək qədər yeraltı zənginliyə sahibdir. Geniş məskunlaşma əraziləri ilə hər kəsin bir yerdə qardaş kimi hüzur içində yaşamaq imkanı olduğu halda, münaqişələr və qardaş qırğınları bölgəyə hakim olmuşdur. Müharibə, işğal, məzhəb gərginlikləri ilə çıxan qardaş qırğınları nəticəsində ölkənin üzərini qara buludlar alıb. Bu qara buludları dağıdıb qardaşlığı və ən böyük əksiklik olan sevgini yenidən hakim etmək hamımızın vəzifəsidir. Əks halda bu atəş bütün bölgəni əhatə edə bilər, Allah qorusun.
Adnan Oktarın The Jakarta Postda nəşr olunan məqaləsi:
http://www.thejakartapost.com/news/2014/06/23/it-not-jihad-iraq-struggle-resources.html