Zaman; duyğu orqanlarımız tərəfindən bir-birinin ardınca yaranan bəzi hadisələr nəticəsində hiss edilən bir növ hissdir. Zamanı gedişatını, ətrafımızda müşahidə etdiyimiz hərəkət dəyişikliklərini bir-birləri ilə müqayisə edərək anlayarıq. Məsələn; qapının döyüldüyünü eşidərik. On dəqiqə sonra qapı təkrar döyülər. Biz də iki səs arasında müəyyən müddət olduğunu düşünər və bunu "zaman" kimi qəbul edərik. Yaxud stəkan yerə düşər və sınar, kömür yanar və kül olar, yeriyərik və bir an əvvəl otağın bir tərəfindəykən, bir an sonra otağın digər tərəfində olarıq. Məhz bir-birinin səbəb və nəticəsi olan bu hadisələr arasında keçən müddət, ətrafımızda müşahidə etdiyimiz bütün bu hərəkətlilik, bizə zamanın keçdiyinə dair əlamətlər verər. Keçmişdə əldə etdiyimiz təcrübələrimiz nəticəsində də, bu hadisələrin nə qədər zaman davam etdiyi mövzusunda bəzi doğruya yaxın təxminlər edə bilərik. Evimizdən çıxıb küçənin sonuna qədər 10 dəqiqəlik məsafə getdiyimizi daha əvvəl saatımıza baxıb müəyyən etmişsək, daha sonra eyni məsafəni getdiyimiz vaxt, keçən zamanın yenə təqribən 10 dəqiqə olacağını təxmin edə bilərik. Amma eyni yolu daha əvvəl heç getməmiş biri getdikdə, neçə dəqiqəlik məsafə getdiyi sualına bəlkə eyni düzgünlükdə cavab verə bilməz.
Günəş çıxar, batar və ertəsi gün təkrar çıxdıqda "bir gün keçdi" deyərik. Bu hadisə 30-31 dəfə təkrarlandıqda bu dəfə "1 ay keçdi" deyərik; lakin bizdən soruşulduqda bu bir ayla bağlı çox təfərrüat xatırlamadığımızı, keçən zamanın sanki yalnız bir an kimi olduğunu düşündüyümüzü etiraf edirik. Yenə də müşahidə etdiyimiz bütün bu hərəkətlilik və səbəb-nəticə əlaqələri bizə zamanın keçdiyinə dair əlamətlər verər. Əgər gündüz gecəni, gecə də gündüzü izləməsə və əlimizdə zamanın keçdiyini göstərən bir saatımız olmasa, bəlkə də keçən zamanın nə qədər olduğuna, bir günün nə vaxt başlayıb nə vaxt bitəcəyinə dair doğru təxmin yürütməyimiz qeyri-mümkün olardı. Bu baxımdan zaman, bizim üçün müəyyən müqayisə nöqtələri olmadan, hansı sürətlə axdığı mövzusunda qəti mühakimə yürüdə bilməyəcəyimiz bir hissdən ibarətdir.
Zamanın sürətinin qəbul edilməsi də zamanın psixoloji hissdən ibarət olduğunu sübut edər. Belə ki, bir yoldaşınızla görüşmək üçün küçədə gözləyərkən, onun 10 dəqiqəlik gecikməsi, sizə bitmək bilməyən, çox uzun zaman kimi gələ bilər. Yaxud səhər məktəbə və ya işə getmək üçün oyanan yuxusuz bir insana yatacağı əlavə 10 dəqiqə olduqca uzun gələ bilər, hətta bu sayədə yuxusunun bir hissəsini aldığını düşünə bilər. Lakin tam əks vəziyyət olduqda şagirdlik illərindən xatırlayacağınız kimi (45 dəqiqəlik) sanki bir əsr sürən bir dərsin ardınca 5 dəqiqəlik tənəffüs çox tez keçə bilər. Yaxud həsrətlə gözlədiyiniz həftəsonu tətili çox tez keçərkən, həftə daxili iş günləri keçmək bilməz. Şübhəsiz ki, bunlar hər insanın yaşadığı hisslərdir. Həmçinin bu hisslər də zamanın insana və ya hiss edənə görə dəyişdiyinin açıq işarələridir. Siz, öz içinizdə də yaşadığınız bu açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyin.
Zamanın psixoloji hiss olduğu həqiqəti Quranda bir çox ayə ilə xəbər verilmişdir. Bu ayələrdən bir neçəsi belədir:
Dedi: “Yer üzündə neçə il qaldınız?”. Onlar: “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldıq. Sən sayanlardan soruş”. (Muminun surəsi, 112-113)
Sizi çağıracağı gün Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az müddət qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 52)
Gündüzün bir saatından başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerə toplayacağı gün, onlar bir-birini tanıyacaqlar. (Yunis surəsi, 45)
Ayələrdə də göründüyü kimi insanlar keçən zamanı çox fərqli şəkildə qəbul edə bilirlər. Yaşadıqları dünya həyatı heç bitməyəcəkmiş kimi görünərkən, bir anda tükənər və geriyə dönüb baxdıqları zaman, ən çoxu beş-on səhifəyə yazıla biləcək qədər təfərrüat xatırlayarlar. Başqa ayələrdə də zamanın fərqli vəziyyətlərdə fərqli şəkildə olduğuna diqqət çəkilmişdir. Bu mövzudakı bir neçə ayə isə belədir:
Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edər. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)
Zaman hissini Allah xüsusi olaraq yaratmışdır. Həmçinin Allah zamanın Yaradıcısı olaraq zamandan münəzzəhdir, zamandan heç bir şəkildə asılı deyil. Məhz bu çox mühüm həqiqətdir və bir çox insanın maraqlandığı bir sualın cavabını verir: tale nədir? Bəzi insanlar "tale" anlayışının əsil mənasını anlamaqda çətinlik çəkərlər. Halbuki tale, zamandan münəzzəh olan Allahın, zamandan asılı olan varlıqların yaşayacaqları bütün hal və hadisələri zamanın xaricindən görüb bilməsidir. Onsuz da bütün hal və hadisələrin, eyni zamanda da "zaman"ın Yaradıcısı Allahdır. Buna görə də, Allah bizim bir xətkeşin başını, sonunu və ortasını tək bir anda görə bildiyimiz kimi, kainatda baş verən bütün hadisələrin əvvəlini, sonunu, arada keçirəcəyi halları tək bir anda bilər.
Şübhəsiz ki, bu, olduqca qəti həqiqətdir. Zamanın xaricində olan Allah zamanla əlaqədar olan hər şeyi əhatə etmişdir, hər təfərrüatı çox yaxşı görər və bilər. O zaman siz, sonsuz qüdrət sahibi, bütün çatışmazlıqlardan münəzzəh olan Allahın sizi müəyyən tale ilə yaratdığını, keçmişdə yaşadığınız və gələcəkdə yaşayacağınız bütün hadisələrdən xəbərdar olduğunu anlamazlıqdan gəlməyin.
Bu AÇIQ-AYDIN həqiqətə baxmayaraq, bəzi insanlar "yanlış tale anlayış"ına sahibdir. Taledən kənara çıxa biləcəklərini, "taleyi dəyişdirə biləcəklərini", taledən asılı olmayan həyat yaşayacaqlarını zənn edərlər (Allahı tənzih edirik). Halbuki bir qədər əvvəl də söylədiyimiz kimi, tale, Allahın gəlib-keçmiş bütün hadisələri tək bir an olaraq bilməsidir. Zamandan asılı olan insanın isə bu tək anın xaricinə çıxıb hər hansı şeyi dəyişdirməsindən, öz iradəsiylə idarə etməsindən isə söhbət gedə bilməz. Bunun xaricində bir şey iddia etmək isə böyük ağılsızlıq olar. Yenə inkar edilə bilməyəcək bir həqiqətlə qarşı-qarşıyayıq: insanın taleyini dəyişdirməsi, istiqamətləndirməsi kimi bir hadisənin əsla reallaşa bilməyəcəyi, insan həyatının hər anının Allahın yaratmasıyla var olduğu, insanın Onun istəməsi xaricində heç bir şey edə bilməyəcəyi, hətta düşünə bilməyəcəyi həqiqətiylə… O zaman siz əsla bu QƏTİ həqiqəti anlamazlıqdan gəlməyin.