Ənfal surəsi, 42 (bu ayədə mehdiyyətin olduğu yerə işarələr var)
ucgen

Ənfal surəsi, 42 (bu ayədə mehdiyyətin olduğu yerə işarələr var)

1256

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (28 avqust 2012, 13:00)

Adnan Oktar: Bax: "Onlar vadinin bu tərəfindəydilər" deyir, yəni vadinin hündür bir yerində "və onlar da uzaqda, qarşı vadidəydilər" deyir. "Aşağı tərəfdən də yol keçirdi" deyir. Quranda Peyğəmbərimiz (s.ə.v)-in səhabələrinin mübarizəsindən bəhs edilərkən, bu təfərrüat boşuna verilməz. İndi burada çox dəqiq bir yer təsvir edilmirmi? Hündür bir yerdə müsəlmanlar var, aşağı tərəfdə yol var, qarşı tərəfində də vadinin qarşı tərəfi var. Çox aydındır. Həmçinin Quranın başqa ayələrində: “Bir su arxı, bir su mənbəyi vardı” deyir. Özü də möhkəmləndirilmiş bir yerdə, etibarlı bir yerdə deyir. Quran bunu niyə bildirsin ki? Bir hikməti var. Bir şeydən bəhs edilir, bir yerdən bəhs edilir, bəzilərindən bəhs edilir. Axırzamanın ən mühüm hadisəsi mehdiyyət olduğu üçün, əsasən mehdiyyətə işarə edir. Bir çox işarə var, lakin mən üstüörtülü şəkildə bu qədər söyləyirəm. Məsələn, Əshabi-Kəhfin bir mağarada toplanması, bir yerdə olmaları. "Və geniş yerindəydilər" deyir. Onsuz da müsəlmanlar ayrı-ayrı otaqlarda oturmazlar, hamısı bir yerdə oturar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo