Bu gün təkamül nəzəriyyəsi olaraq təyin etdiyimiz neo-Darvinist modeli canlıların iki əsas mexanizm sayəsində təkamülləşdiklərini ortaya qoyur: "Təbii seleksiya" və "mutasiya". Nəzəriyyənin əsas iddiası belədir: "Təbii seleksiya və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamüllü dəyişikliklərin qaynağı canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seleksiya mexanizmi vasitəsilə seçilir, bununla da canlılar təkamülləşir. Çox məqbul bir nəzəriyyə kimi izah edilən bu hekayəni bir az araşdırdığımızda, əslində ortada heç bir təkamül mexanizminin olmadığını görərik. Çünki nə təbii seleksiya, nə də mutasiyalar növlərin təkamülləşmələri və bir-birlərinə çevrilmələri iddiasında ən kiçik rol belə oynamırlar.
TƏBİİ SELEKSİYA
Təkamülə görə, hər canlı öz varlığını davam etdirmək üçün mübarizə aparır. Başqalarına kömək etmək o canlının sağ qalma ehtimalını azaldacağına görə, təkamüldə bu davranışın itməsilazım idi. (Elm və Texniki Jurnalı, ədəd: 190, s. 4)
Təbii seleksiya Darvindən əvvəlki bioloqlara da məlum olan, ancaq "növlərin pozulmadan sabit qalmalarını təmin edən mexanizm" olaraq təyin olunan təbii müddətdir. İlk dəfə Darvin bu müddətin təkamülləşdirici bir güc olduğu iddiasını ortaya atmış, bütün nəzəriyyəsini də bu iddiaya əsaslandırmışdır. Kitabına verdiyi ad da təbii seleksiyanın Darvinin nəzəriyyəsinin əsası olduğunu göstərir: Təbii Seleksiya Yolu ilə Növlərin Mənşəyi... Halbuki Darvindən bu yana təbii seleksiyanın canlıları təkamülləşdirdiyinə dair tək bir tapıntı belə ortaya qoyulmamışdır. Məşhur təkamülçü İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Colin Patterson bu həqiqəti belə qəbul edir:
Heç kim təbii seleksiya mexanizmləri ilə yeni növ çıxara bilməmişdir. Heç kim buna cəhd belə etməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə edilən mövzusu da budur. (Colin Patterson, "Cladistics", Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982, BBC.)
Təbii seleksiya - olduqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda olan canlıların həyatlarını və nəsillərini davam etdirəcəklərini, uyğun quruluşda olmayanların isə yox olacaqlarını nəzərdə tutur. Məsələn, yırtıcı heyvanların təhdidi altında olan bir maral sürüsündə təbii olaraq sürətli qaça bilən marallar həyatda qalacaq. Amma bu müddət nə qədər uzun sürürsə-sürsün, maralları başqa canlı növünə çevirməz. Marallar həmişə maral olaraq qalacaqlar. Necə ki, təkamülçülərin "təbii seleksiyanın müşahidə edilmiş nümunəsi" olaraq göstərdikləri bir neçə nadir hadisəyə baxdığımızda, bunların aldatma olduqlarını asanlıqla görə bilərik.
Sənaye İnqilabı Kəpənəkləri
Douglas Futuymanın 1986-cı ildə nəşr etdirdiyi Təkamül Biologiyası adlı kitabı təbii seleksiya nəzəriyyəsini ən açıq şəkildə izah edən qaynaqlardan biri olaraq qəbul edilir. Futuymanın bu mövzuda verdiyi nümunələrin ən məşhuru sənaye inqilabı əsnasında İngiltərədə olan kəpənək populyasiyasının rənglərinin tündləşməsidir. Yalnız Futuymanın kitabında deyil, təkamül nəzəriyyəsi lehində yazılmış və hər biologiya kitabında Sənaye İnqilabı Kəpənəkləri hekayəsini tapmaq mümkündür.
Hekayə İngilis fiziki və bioloqu Bernard Kettlewell tərəfindən 1950-ci illərdə reallaşdırılan bir ardıcıl təcrübəyə əsaslanır və xülasəsi budur: İngiltərədə Manchester bölgəsindəki ağacların qabıqları açıq rənglidir. Bu səbəblə bu ağacların üzərlərinə qonan tünd rəngli ("melanic") güvə kəpənəkləri onlarla bəslənən quşlar tərəfindən asanlıqla tapılır və dolayısı ilə həyatda qalma şansları çox azalır. Lakin əlli il sonra sənaye çirkliliyinin nəticəsində ağacların üzərindəki açıq rəngli şibyələrin (bir növ yosun) ölməsi ilə qabıqları tündləşir və bununla bağlı olaraq bu dəfə açıq rəngli güvələr quşlar tərəfindən sıx olaraq ovlanmağa başlayırlar. Nəticədə açıq rəngli kəpənəklər sayca azalarkən, tünd rənglilər çoxalırlar. Təkamülçülər isə bu müddətin nəzəriyyələrinin böyük bir dəlili olduğu açıq rəngli kəpənəklərin zamanla tünd rəngli kəpənəklərə çevrilib təkamülləşdikləri kimi bir yalana müraciət edirlər.
Halbuki bunun - doğruluğu fərz edilsə belə - təkamül nəzəriyyəsi lehində dəlil olaraq istifadə edilə bilməyəcəyi açıqdır. Çünki yaşanan təbii seleksiya daha əvvəl təbiətdə var olmayan bir növü ortaya çıxarmır. Sənaye inqilabı əvvəlində də kəpənək populyasiyası içində qara fərdlər onsuz da var idi. Yalnız var olan kəpənək növlərinin sayları dəyişmişdi. Kəpənəklər "növ dəyişməsi"nə gətirib çıxaracaq şəkildə yeni orqan, ya da xüsusiyyət əldə etməmişlər. Bir kəpənəyin başqa bir canlı növünə, məsələn bir quşa çevrilə bilməsi üçün kəpənəyin genlərində saysız dəyişiklik olmalı, başqa sözlə quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik proqram yüklənməlidir.
İngiltərədəki Sənaye İnqilabı kəpənəkləri nümunəsi təbii seleksiya ilə təkamülləşmənin ən əhəmiyyətli dəlili olaraq göstərilir. Halbuki ortada heç bir şəkildə təkamülləşmə yoxdur, çünki yeni bir kəpənək növü ortaya çıxmamışdır. Solda sənaye inqilabından əvvəl, sağda isə inqilabdan sonra ağaclar və üzərlərindəki kəpənəklər görünür.
Sənaye Kəpənəkləri ilə əlaqədar təkamülçü hekayəyə veriləcək ümumi cavab budur. Ancaq mövzunun daha maraqlı bir tərəfi də vardır: Hekayənin yalnız şərhi deyil, özü də səhvdir. Molekulyar bioloq Jonathan Wellsin 2000-ci ildə nəşr olunan Icons of Evolution adlı kitabında açıqladığı kimi, biologiya kitabında yer alan və bu səbəblə bir "ikona" (müqəddəs qəbul edilən simvol) halına gəlmiş olan Sənaye İnqilabı Kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Wells hekayənin "təcrübi dəlili" olaraq bilinən Bernard Kettlewellin işinin əslində bir elmi skandal xüsusiyyətində olduğunu izah edir. Bu skandalın bəzi əsas ünsürləri belə sıralana bilər:
İşin əsli araşdırıldıqca skandalın ölçüləri böyüdü: Kettlewell tərəfindən fotoşəkilləri çəkilən "ağac qabığı üzərindəki güvə kəpənəkləri" əslində ölü kəpənəklər idi. Kettlewell bu ölü canlıları iynə və yapışqan ilə ağaca yapışdırmış və şəkillərini çəkmişdi. Həqiqətdə kəpənəklər ağac gövdəsinə deyil, budaqların alt qisminə qonduqları üçün belə bir şəkil əldə etmə şansı yox idi. Jonathan Wells, Icons of Evolution: Science or Myth? Why Much of What We Teach About Evolution his Wrong, Regnery Publishing, 2000, s. 141-151
Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən öyrənilə bildi. On illərdir "təkamülə giriş" dərslərinin ən böyük vəsaiti olan Sənaye Kəpənəkləri əfsanəsinin bu şəkildə iflasa uğraması təkamülçülər arasında xəyal qırıqlığı yaratdı. Onlardan biri olan Jerry Coyne belə deyirdi:
Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndiyimdə verdiyim reaksiya 6 yaşımdaykən, Milad hədiyyələrimi Santa Klausun deyil, atamın gətirdiyini öyrəndiyimdə yaşadığım ümidsizlik duyğusu oldu. Jerry Coyne, "Qeyd Black and White", a review of Michael Majerus's Melanism: Evolution en Action, Nature, 396 (1988), pp. 35-36
Beləcə "təbii seleksiyanın ən məşhur nümunəsi" də bir elm skandalı olaraq tarixə yazıldı. Belə olması da qaçınılmazdır. Çünki təbii seleksiya təkamülçülərin iddiasının əksinə, bir "təkamül mexanizmi" deyil, bir canlıya hər hansı bir orqan əlavə etmə və çıxarma, bir növü başqa bir növə çevirmə kimi xüsusiyyətlərə sahib deyil.
Təbii Seleksiya niyə Kompleksliliyi Açıqlaya bilmir?
Təbii seleksiyanın təkamül nəzəriyyəsinə qazandırdığı heç bir şey yoxdur. Çünki bu mexanizm heç bir zaman bir növün genetik məlumatını zənginləşdirib inkişaf etdirməz. Heç bir zaman bir növü bir başqa növə çevirməz, yəni dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz. Sıçramalı təkamülün ən böyük müdafiəçisi olan Gould təbii seleksiyanın bu açmazını belə dilə gətirir:
Təbii seleksiyanın təkamül nəzəriyyəsinə qazandırdığı heç bir şey yoxdur. Çünki bu mexanizm heç bir zaman bir növün genetik məlumatını zənginləşdirib inkişaf etdirməz. Heç bir zaman bir növü bir başqa növə çevirməz, yəni dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz.
Darvinizmin özü tək bir cümlədə ifadə edilə bilər: "Təbii seleksiya təkamüllü dəyişmənin yaradıcı gücüdür." Heç kim təbii seleksiyanın uyğun olmayanı seçməsindəki mənfi rolunu inkar etməz. Ancaq Darvinist nəzəriyyə "uyğun olanı yaratması"nı da istəyir. (Stephan Jay Gould, "The Return of Hopeful Monsters", Natural History, cild 86, iyul-Avqust 1977, s. 28.)
Təbii seleksiya mövzusunda təkamülçülərin istifadə etdikləri yanıldıcı üslublardan biri də bu mexanizmi şüurlu bir dizayner kimi göstərməyə çalışmalarıdır. Halbuki təbii seleksiyanın bir şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd edəcək bir ağla sahib deyil. Bu səbəblə təbii seleksiya kompleks quruluşa sahib sistemləri və orqanları əsla açıqlaya bilməz. Bu sistem və orqanlar iç-içə keçmiş bir çox parçanın bir yerdə işləməsi ilə meydana gəlir və bu parçaların biri belə olmasa, ya da qüsurlu olsa heç bir işə yaramazlar. Bu cür sistemlər "sadələşdirilə bilməz komplekslik" olaraq təyin olunan xüsusiyyətə sahibdirlər. Məsələn, insan gözü sadələşdirilə bilməz, çünki bütün detalları ilə birlikdə var olmasa, görməz.
Bu cür bir sistemi meydana gətirən şüurun gələcəyi əvvəldən hesablayaraq yalnız ən son mərhələdə əldə ediləcək olan faydanı məqsəd qoyması lazımdır. Təbii seleksiya isə şüur və iradə sahibi bir mexanizm olmadığı üçün belə bir şey edə bilməz. Bu həqiqət "əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın meydana gəlməsinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm mütləq yıxılmış olacaq" deyən Darvinin narahat olduğu kimi, təkamül nəzəriyyəsini fundamentindən yıxır. Təbii seleksiya yalnız bir canlı növü içindəki şikəst, zəif, ya da ətraf mühitə uyğun gəlməyən fərdləri ayırd edər. Yeni canlı növləri, yeni genetik məlumat, ya da yeni orqanlar yarada bilməz. Yəni, təkamülləşə bilməz. Darvin də bu həqiqəti "faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seleksiya heç bir şey edə bilməz" deyərək qəbul etmişdir.(Charles Darvin, The Origin of Species, s. 177) Bu səbəblə neodarvinizm təbii seleksiyanın yanına "faydalı dəyişiklik səbəbi" olaraq mutasiyaları qoymaq məcburiyyətində qalmışdır. Halbuki mutasiyalar yalnız və yalnız "zərərli dəyişiklik səbəbi"dirlər.
MUTASİYALAR
Duyğu orqanları, məsələn bir onurğalının gözünün və ya bir quşun tükləri kimi qüsursuzca tarazlanmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində inkişaf edə biləcəyini fərz etmək, bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudlaşdırmadır. Ernst Mayr
Mutasiyalar canlı hüceyrənin nüvəsində olan və genetik məlumatı daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsir nəticəsində meydana gələn qopmalar və yerdəyişdirmələrdir. Mutasiyalar DNT-ni meydana gətirən nükleotidləri korlayır, ya da yerlərini dəyişdirirlər. Çox vaxt da hüceyrənin təmir edə bilməyəcəyi ölçülərdə bəzi ziyan və dəyişikliklərə səbəb olurlar.
Bu səbəbdən təkamülçülərin sığındıqları mutasiya heç də sanıldığı kimi canlıları inkişafa və mükəmməlliyə aparan sehirli bir dəyənək deyil. Mutasiyaların təsiri zərərlidir. Mutasiyaların səbəb olacağı dəyişikliklər ancaq Xerosima, Naqasaki və ya Çernobldakı insanların uğradığı dəyişikliklər ola bilər: yəni ölülər, şikəstlər və xəstələr...
Bunun səbəbi çox sadədir: DNT kompleks bir nizama malikdir. Bu molekul üzərində yaranan hər hansı təsadüfi bir təsir orqanizmə ancaq zərər verər. Amerikalı genetik B. G. Ranganathan bunu belə açıqlayır: mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir olaraq meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamüllü bir inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi bir dəyişmə qol saatını inkişaf etdirməyəcək. Ona böyük ehtimalla zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz olacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar.( B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988)
Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görüldü. İkinci Dünya Müharibəsindən sonra nüvə silahları nəticəsində yaranan mutasiyaları araşdırmaq üçün qurulan Atom Radiasiyanın Genetik Təsirləri Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı hesabat haqqında təkamülçü alim Warren Weaver belə deyirdi: Çox insan bilinən bütün mutasiya nümunələrinin zərərli nəticələri qarşısında çaşacaq, çünki mutasiyalar təkamül müddətinin lazımlı bir parçasıdır. Necə ola bilər ki, yaxşı təsir – yəni bir canlının daha inkişaf etmiş canlı formalarına təkamülləşməsi - praktikada hamısı zərərli olan mutasiyaların nəticəsi ola bilər? (Warren Weaver, "Genetic Effects of Atomic Radiation", Science, Dəri 123, 29 İyun, 1956, s. 1159.)
MUTASİYALAR DAİM ZƏRƏRLİDİR
Solda normal bir meyvə ağcaqanadı (drosophila), ortada isə radiasiyadan qaynaqlanan bir mutasiya nəticəsi olan qıçları başından çıxmış bir meyvə ağcaqanadı. Mutasiyaların insan bədənində meydana gətirdiyi bəzi zərərli təsirlər. Sağda Çernobl nüvə qəzasından təsirlənmiş bir uşaq.
O zamandan bu yana edilən bütün "faydalı mutasiya meydana gətirmə" səyləri də müvəffəqiyyətsizliklə nəticələndi. Təkamülçülər çox sürətli törədiyi və mutasiyaya uğradılması asan olduğu üçün meyvə ağcaqanadları üzərində on illərdir mutasiya sınaqları etdilər. Bu canlılar ola biləcək hər cür mutasiyaya milyonlarla dəfə uğradıldı. Amma bir faydalı mutasiya müşahidə edilmədi. Təkamülçü genetik Gordon Taylor bu mövzuda bunları yazır: Bu çox təəccüblü, amma bir qədər də gözdən qaçırılan bir həqiqətdir: Altmış ildir dünyanın hər tərəfindəki genetiklər təkamülü sübut etmək üçün meyvə ağcaqanadları yetişdirirlər. Amma hələ bir növün, hətta tək bir fermentin belə ortaya çıxışını müşahidə etmiş deyillər.( Gordon R. Taylor, The Great Evolution Mystery, New York, Harper & Row, 1983, s. 48.)
Bir başqa tədqiqatçı olan Michael Pitman meyvə ağcaqanadları üzərindəki təcrübələrin müvəffəqiyyətsizliyini bu şəkildə ifadə edir: Saysız genetik alim meyvə ağcaqanadlarını nəsillər boyunca saysız mutasiyalara məruz qoydu. Yaxşı nəticədə insan istehsalı bir təkamülmü ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetiklərin çıxardıqları canavarlardan yalnız az bir qismi bəsləndikləri şüşələrin xaricində həyatlarını davam etdirə bildilər. Praktikada mutasiyaya uğradılmış olan bütün ağcaqanadlar ya öldülər, ya şikəst qaldılar, ya da sonsuz oldular. (Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, s. 70.)
İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında "mutasiya nümunəsi" olaraq izah edilən Down Sindromu albinizm, cücəlik, oraq hüceyrə anemiyası kimi zehni və ya bədən pozuqluqlarını, ya da xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların korlayıcı təsirlərini ortaya qoyur. Əlbəttə ki, insanları şikəst buraxan, ya da xəstə edən bir müddət "təkamül mexanizmi" ola bilməz.
Mutasiyaların niyə təkamülçü iddianı dəstəkləyə bilməyəcəklərini üç əsas maddədə yekunlaşdırmaq mümkündür: Mutasiyalar hər zaman zərərlidir: Mutasiyalar təsadüfi meydana gəldikləri üçün demək olar ki,hər zaman mutasiya keçirən canlıya zərər verirlər. Mükəmməl və kompleks olan bir quruluşa ediləcək hər hansı bir şüursuz müdaxilə o quruluşu irəli aparmaz, əksinə korlayar. Necə ki, heç bir müşahidə edilmiş "faydalı mutasiya" yoxdur.
Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə olunmaz: Mutasiya nəticəsində genetik məlumatı meydana gətirən parçalar yerlərindən qopub sökülər, dağılar, ya da DNT-nin fərqli yerlərinə daşınar. Amma mutasiyalar heç bir şəkildə canlıya yeni bir orqan, ya da yeni bir xüsusiyyət qazandırmaz. Ancaq qıçın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olar.
Mutasiyanın bir sonrakı nəslə köçürülə bilməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməsi lazımdır: Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişmə bir sonrakı nəsilə köçürülməz. Məsələn, bir insanın gözü radiasiya və oxşar təsirlərlə mutasiyaya uğrayıb orijinal formasından fərqliləşə bilər, amma bu özündən sonrakı nəsillərə keçməyəcək.