Hz. Mehdi (ə.s)-ın çox möhtəşəm bir insan olacağını və zühur edər-etməz dərhal kimliyinin aydın olacağını irəli sürmək Peyğəmbərimiz (s.ə.v)-in hədisləri və Allah (c.c)-in Adətullahı ilə tamamilə ziddiyyət təşkil edən bir iddiadır. İnadla bu iddiada olan şəxslərə görə hz. Mehdi (ə.s)-a guya tank, top, silah hətta atom bombası belə təsir etməyəcək. Həmçinin, hz. Mehdi (ə.s)-ın başının üstündə insanların baxanda görəcəkləri formada bulud üstündə mələklər olacaq və davamlı hz. Mehdi (ə.s)-ı işarə edərək insanlara tanış edəcək. Halbuki, PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HƏDİSLƏRİNDƏ AXIRZAMANIN BÖYÜK MEHDİSİNİN DƏCCALİYYƏT SİSTEMİNİN TƏZYİQLƏRİNƏ, ZÜLM VƏ ƏZİYYƏTLƏRİNƏ MƏRUZ QALACAĞINDAN, HƏBS EDİLƏCƏYİNDƏN, ÖLDÜRÜLMƏ TƏHLÜKƏSİ ALTINDA YAŞAYACAĞINDAN, ƏLLƏRİNDƏN VƏ AYAQLARINDAN ZƏNCİRLƏNƏCƏYİNDƏN, BOYNUNA MİS LÖVHƏ ASILARAQ AĞRI VƏ ÇƏTİNLİK İÇİNDƏ QALACAĞINDAN, TƏCRİD EDİLƏCƏYİNDƏN bəhs edilir.

Hz. Mehdi (ə.s)-ın yanında mələklərin olacağı və bu mələklərin özünə kömək edəcəkləri Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən də açıq şəkildə aydın olur. Mələklər insanlara görünməyəcəklər. Mələklər, hz. Mehdi (ə.s)-a görünmədən kömək edəcəklər, insanların ürəyinə Allahın diləməsiylə, “bu adam hz. Mehdi (ə.s)-dır” deyə ilham edəcəklər. Bəzi kəslərin dediyi kimi göydən mələklər insanlara görünəcək şəkildə "bu hz. Mehdi (ə.s)-dır. Ona tabe olun" desə, həmçinin, buluddan bir əl çıxsa və hz. Mehdi (ə.s)-ı göstərərək ona beyət edilməsini işarə etsə və milyonlarla insan bu hadisəyə şahid olsa, bütün bu açıq və qəti dəlillərə baxmayaraq hz. Mehdi (ə.s) yenə də mehdiliyini qəbul etməzsə, mələklərin heç birinin sözünə inanmır mənası çıxar. Bu da olacaq bir şey deyildir. Mələklərin açıq-aşkar söhbətləri öz aralarında olacaq.

Hz. Mehdi Məkkəyə gedəcək və burada, özü istəmədiyi halda, insanların “Əgər qəbul etməzsənsə, sənin boynunu vurarıq” şəklindəki məcburiyyətindən sonra Rüku və Mövqe arasında beyətini qəbul edəcəkdir. (El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, səh.32)

Hz. Mehdi (ə.s)-ın yanında görünən bir mələk olub, hər kəsi ona beyət etməyə çağırsa, hz. Mehdi (ə.s) da özünün hz. Mehdi (ə.s) olduğundan əmin olacaq. Belə bir vəziyyətdə insanların ona məcburi hz. Mehdi (ə.s) olduğunu qəbul etdirməsinə ehtiyac qalmazdı. Çünki onsuz da, yanında görünən şəkildə bir mələk olsa, dediklərinin doğru olacağı və qəti dəlil olacağı üçün hz. Mehdi (ə.s)-ın etirazı olmazdı. Bu vəziyyətdə hz. Mehdi (ə.s)-ın insanların özünə beyət etməsini qəbul etməsi şərt olardı.

Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üçün yollara çıxacaq və alimlərdən hər birinə 310-a qədər insan müşayiət edəcək... bir-birlərinə “bura nə üçün gəldiklərini” soruşduqlarında, hamısı da “bu fitnələrin qarşısını alacaq və Konstantinopolu mənəvi fəth edəcək Mehdini axtarırıq, çünki biz onun, atasının, anasının və ordusunun adlarını öyrəndik” şəklində cavab verərlər. (El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, səh.40)

İslam alimlərinin hz. Mehdi (ə.s)-ı axtarışa çıxmaları Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bir çox yerdə bildirilir. Hz. Mehdi (ə.s)-ın başının üzərində, onun hz. Mehdi (ə.s.) olduğunu xəbər verən görünən şəkildə bir mələk olsa, hər kəs kim olduğunu və yerini dərhal bilərdi. İslam alimləri də hz. Mehdi (ə.s)-ı axtarışa çıxmağa ehtiyac duymazlardı.

HƏZRƏTİ CƏBRAYIL (Ə.S.) VƏ HƏZRƏTİ MİKAYIL (Ə.S), QIRX ALTI MİN (46000) MƏLƏK imam  Mehdi (hz. Mehdi (ə.s.))-ın  köməkçİlərİnİn və dostlarının arasında olacaq. (1)

(1) Şeyh Sadooq’un(a.r.) Al-Amaali, Oturum 92, səh. 504; No’mani, Al-Ghaibah səh. 56; Tafseer al-Ayyaashi, cild 1, səh. 197; Bihar-ül Envar, cild 19, səh. 284; səh. 52, səh. 326 Kaamil al-Ziyaaraat’tan aktarıyor; cild 52, səh. 356; cild 53, səh. 14, 87; Tafseer al-Burhaan, cild 1, səh. 313; Al -Burhaan Fi Alaamaat-e-Mahdi Aakher al-Zamaan (a.s.), səh. 77; Mikyaal al-Makaarem, cild 1, səh. 29, 73-74

Ancaq HZ. MEHDİ (Ə.S)-IN YANINDAKI MƏLƏKLƏRİN GÖRÜNMƏSİ YALNIZ MƏNƏVİ ALƏMDƏ REALLAŞAN VƏ BU SƏBƏBDƏN YALNIZ MƏLƏKLƏRİN GÖRƏ BİLƏCƏYİ BİR HADİSƏ OLACAQ.

Əgər hz. Mehdi (ə.s) bəzi şəxslərin iddia etdiyi kimi başında görünən şəkildə mələklər olan, silahın, tankın, topun təsir etmədiyi möhtəşəm bir varlıq olmuş olsaydı necə həbs oluna bilər, necə işgəncə və təzyiqlərə məruz qalar, çətinlik içində yaşayardı? Heç bir silahın, bombanın təsir etmədiyi bir adama kim yaxınlaşa bilər, kim bu adamı həbs edə bilər, ya da işgəncə edə bilərdi? Həmçinin, Peyğəmbərimiz (s.ə.v.), hz. Mehdi (ə.s)-ın gizli dövrünün olacağından da bəhs etmişdir. Əgər hz. Mehdi (ə.s) iddia edildiyi kimi möhtəşəm bir insan olmuş olsaydı gizlənməyə, gözdən uzaq bir şəkildə yaşamağa niyə ehtiyac duyacaqdı?

Halbuki, Peyğəmbərimiz (s.ə.v.) hədislərində hz. Mehdi (ə.s)-ın gizli xüsusiyyəti, yəni gizlənərək yaşamasıyla və zindanda olması ilə hz. Yusif (ə.s)-a, qorxu halı cəhətdən də, yəni təhlükələrin çoxluğu ilə; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olmasıyla hz. Musa (ə.s)-a bənzədirlər:

İmam Zeyn-ul Abidin əleyhissalam belə buyurmuşdur: "Bizim qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd səllallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə, doğumunun gizli olması (doğumunun evdə olmasında) və xalqdan uzaq olmasında; Musa İlə qorxu halı (Mehdİyə İstİqamətlİ təhlükələrİn sıxlığıyla; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kİmİ hər cür təhlükəylə İç-İçə olmasıyla) və gizli yaşamasında (davamlı gİzlənərək yaşamasında); İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşun çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd səllallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, Mehdinin yanında olması ilə), bənzərliyi vardır. (Kemal'ud-Din s. 322, 31. babin 3-cü hadis)
Sidri Seyrəfi deyir ki: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalamdan eşitdim ki: Belə buyurdu: "BU İŞİN SAHİBİNDƏ (HZ. MEHDİ (Ə.S)-DA) YUSİFLƏ BİR OXŞARLIQ VARDIR." Belə ifadə etdim:  SANKİ SƏN BİZƏ BİR GİZLİNİ VƏ YA HEYRƏTİ bildirirsən.. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 189)
Əbu Basir deyir ki: İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim: "Bu qeybətin (gizli olanın) sahibində (hz. Mehdi (ə.s)-da) dörd peyğəmbərin sünnəti vardır. Musadan bir sünnə, İsadan bir sünnə, Yusifdən bir sünnə və Məhəmməddən bir sünnə, Allahın salamı hamısının üzərinə olsun. Dedim ki: Musanın - SÜNNƏSİ NƏDİR? Buyurdu ki: ÇƏKİNİB DİQQƏTLİ GİZLƏNMƏK. Dedim ki: İSANIN SÜNNƏSİ NƏDİR? Buyurdu ki: İSANIN HAQQINDA DEYİLƏNLƏR, ONUN HAQQINDA DA DEYİLƏCƏK. Dedim ki: YUSİFİN SÜNNƏSİ NƏDİR? Buyurdu ki: ZİNDAN VƏ GİZLİLİK. Dedim ki: MƏHƏMMƏDİN (səllallahu əleyhi və alih)- SÜNNƏSİ NƏDİR? Buyurdu ki: QİYAM ETDİYİNDƏ RƏSULULLAHIN YOLU İLƏ GEDƏCƏK. YALNIZ O RƏSULULLAHIN ƏSƏRLƏRİNİ AÇIQLAYACAQ.... Dedim ki: Allahın razılığını haradan biləcək? Buyurdu ki: "Allah onun qəlbinə rəhmətini nazil edəcək." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 191)

Hətta Peyğəmbərimiz (s.ə.v)-ə belə qılınc zərbəsi vurulmuş və bir dişi qırılmışdır. Bir çox peyğəmbər Allah yolunda şəhid edilmiş yenə bir çox səhabə, Əhli - beytdən bir çox insan döyüş meydanında şəhid olmuş, ya da əlini qolunu, gözünü və ya bədəninin başqa bir hissəsini itirmişdir. HEÇ BİR PEYĞƏMBƏRƏ BU CÜR MÖHTƏŞƏM XÜSUSİYYƏTLƏRƏ SAHİB OLARAQ GÖNDƏRİLMƏMİŞKƏN HZ. MEHDİ (Ə.S)-IN VƏLİ OLARAQ BELƏ MÖHTƏŞƏM XÜSUSİYYƏTLƏRLƏ GÖNDƏRİLƏCƏYİNİ İDDİA ETMƏK MÜMKÜN DEYİL.

Allah (c.c) Quranda Peyğəmbərimiz (s.ə.v)-in qövmündən bəzi kəslərin hz. Məhəmmədin peyğəmbər olmasının bir dəlili olaraq yanında mələk endirilməsi lazım olduğu iddiasını müdafiə etdiklərini xəbər vermiş, ardından da Peyğəmbərimiz (s.ə.v.)-in yalnız xəbərdarlıq edən biri olaraq göndərilmiş bir insan, bir elçi olduğunu bildirmişdir:

İndi onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bİr mələk gəlməyİb?” – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır. (Hud surəsi, 12)

 

Başqa bir ayədə isə peyğəmbərləri inkar edən kəslərin ümumilikdə inanmaq üçün mələkləri görməklərinin şərt olduqlarını bildirilir:

Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”  Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz. (Hicr surəsi, 7-8)

Allah Quran ayələrində hər insanın iki yanında yazı mələkləri olduğunu da xəbər vermişdir. NECƏ Kİ, İNSANLARIN İKİ YANINDA OLAN YAZI MƏLƏKLƏRİ DÜNYA HƏYATINDA HEÇ KİM GÖRƏ BİLMİRSƏ, PEYĞƏMBƏRİMİZİN (S.Ə.V)-Ə TEZ-TEZ VƏHY GƏTİRƏN CƏBRAYIL ƏLEYHİSSALAM İNSANLARA GÖRÜNMƏYƏRƏK GƏLİRSƏ, HZ. MEHDİ (Ə.S)-IN YANINDA OLACAQ CƏBRAYIL (Ə.S), MİKAYIL (Ə.S), İSRAFİL (Ə.S.) VƏ DİGƏR KÖMƏKÇİ 46.000 MƏLƏK DƏ GÖRÜNMƏYƏCƏKLƏR.

Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-dən rəvayət edilən bir hədisdə də hz. Mehdi (ə.s)-a kömək edən bir mələyin özünə görünməyəcəyindən bəhs edilir:

(Hz. Mehdi (ə.s.)) Peyğəmbərimiz (s.ə.v)-in addımlarını izləyəcək. ÖZÜNƏ  GÖRÜNMƏYƏRƏK ONA KÖMƏK EDƏN BİR MƏLƏK OLACAQ. Bitkini canlandıracaq və zəifə kömək edəcək. (Şeyh Muhiddin Arabi, Fütuhatül Makiyye, Bölüm 366)