ADNAN OKTAR-IN A9 TV VƏ KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI SÖHBƏTİ
(16 MAY 2011; 00:30)
Bax, Allah Əshabi-Kəhf üçün nə deyir, şeytandan Allaha sığınıram. 14-cü ayə, hicri 1400-ə də işarə edir təbii ki. "Onların ürəkləri üzərində (səbri və qərarlılığı) məskun etdik." Hz. Mehdi (ə.s) tələbələrinin xüsusiyyətidir. "Qiyam etdiklərində" dəccaliyyətə qarşı qiyam etdiklərində, "...demişdilər ki: “Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir; İlah olaraq biz Ondan başqasına qətiyyən tapınmarıq, (əgər tərsini) söyləyəcək olsaq, and olsun, həqiqətin xaricinə çıxarıq.'" Darvinist, materialist olmarıq biz, dinsiz, imansız olmarıq deyirlər. "Bunlar, bizim qövmümüzdür; Ondan başqasını ilahlar etdilər, onlara açıq-aşkar bir dəlil gətirmələri lazım deyildi mi?" Madam bir iddian var, dəlil gətirin, deyir. "Elə isə Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım kimdir?" Darvinistlər də zülm etmiş olurlar. Dəlilləri olmadan danışdıqları üçün zülm edirlər. "Biz sənə onların xəbərlərini bir həqiqi (hadisə) olaraq nəql edirik. Həqiqətən, onlar Rəblərinə iman etmiş gənclər idi" Hz. Mehdi (ə.s) tələbələri gənclərdən ibarət olur, bilirsiniz. "Biz də onların hidayətlərini artırmışdıq.” Allah “Hadi” ismiylə təcəlli edir. Əbcədi 1996 tarixini verir.