Keçən ay Səudiyyə Ərəbistanı başçılığında BƏƏ, Bəhreyn, Küveyt və Qətərdən ibarət körfəz ölkələri ilə birlikdə Misir, İordaniya, Fas və Sudanın daxil olması ilə başlayan Yəməndəki Husi Ensarullah hərəkatına qarşı hava əməliyyatı bütün gücü ilə davam edir. Koalisiya güclərinin hava əməliyyatlarından əlavə ölkədəki silahlı qruplaşmalar arasındakı qanlı qarşıdurmalar da ara vermədən davam edir. Yəmənin cənubundakı şəhərlərdə keçmiş prezident Əli Abdullah Salih və husilərə bağlı güclərlə Cənubi Xalq Komitəsi milisləri və prezident Hadiyi dəstəkləyən güclər arasında davamlı olaraq münaqişələr baş verir.
BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin nümayəndəsiJens Laerkenin bildirdiyi kimi, Yəməndəki 22 şəhərdən 18-inə təsir edən və ölkənin cənubunda, xüsusilə də Adendə davam edən hava hücumları nəticəsində bir çox mülki şəxs həlak olur.
Beynəlxalq Miqrasiya Təkilatının nümayəndəsi Joel Millmanın verdiyi məlumata əsasən, bir neçə həftə bundan əvvəl Əl-Mazrak qaçqın düşərgəsinin hədəf alındığı hava hücumunda düşərgədəki ən az 40 nəfər həlak oldu, onlarla məzlum insan yaralandı. Şahidlərin dediklərinə görə, hava hücumları nəticəsində təcili tibbi yardım maşınları bölgəyə daxil olmaqda çətinlik çəkirdi.
Eyni hücumun səhəri gün isə Sananın 140 km cənubundakı Husi yoxlama məntəqəsinə edilən bombardmanda 15-i mülki şəxs olmaqla 35 nəfər həlak oldu. Yenə Hudeydə rayonundakı qatıq fabrikinin hədəf alındığı hava hücumunda 37 işçi həlak oldu, 75 nəfər də ağır şəkildə yaralandı. Koalisiya gücləri fabrikin husilər tərəfindən silah anbarı kimi istifadə etdiyini bildirdi.
Laerke, BMT Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında 20 günlük hesabatı bu şəkildə açıqladı:
"Yəməndə 19 mart - 12 aprel tarixləri arasında çıxan qarşıdurmalarda 731 mülki şəxs həyatını itirdi. 2754 mülki şəxs isə yaralandı. Eyni tarixlərdə 150 min yəmənli evlərini tərk etdi.
Yəməndəki koalisiya güclərinin qatıldığı vətəndaş müharibəsindən xilas olan mülki şəxsləri bu səfər də sıxıntılı və əzablı həyat gözləyir. Həyat şəraitinin hər gün daha da çətinləşdiyi Yəməndə xalq aclıq və susuzluqla mübarizə aparır.
Ötən günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı Yəməndəki təhlükənin səviyyəsini təsvir edən yazılı izahat verdi. İzahatda ölkənin böyük şəhərlərində meydana gələn münaqişələrə görə bazarların bağlandığı, qiymətlərin artdığı bildirilirdi. Əməliyyatın məhsul istehsalı baxımından həyati əhəmiyyət kəsb edən yaz mövsümündə baş verməsiməhsulyığımı və zəruri məhsulların əkilməsi üçün lazımi hazırlıqların görülməsinin qarşısını aldı.
Bunun nəticəsində təxmini olaraq 11 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıyadır. Bu rəqəmin 5 milyonu isə günlük qida ehtiyacını ödəyə bilmir. İzahatda 26 milyon əhalisi olan bir ölkənin 16 milyonunun təmiz içmə suyundan məhrum olduğunu, yardıma ehtiyacları olduğunu, 850 min uşağın da kifayət qədər qidalana bilmədiyi bildirilir.
17 apreldə BMT-nin beynəlxalq cəmiyyətə Yəməndəki 7.5 milyon insan üçün 273,7 milyon dollarlıq yardım çağırışından sonra Səudiyyə Ərəbistanı ölkəyə 274 milyon dollar yardım etmə qərarı aldığını bildirdi. 274 milyonun Yəməndəki dağıntı və fəlakətə səbəb olan Səudiyyə Ərəbistanı rəhbərliyindəki «Qərarlılıq Fırtınası» adlı əməliyyatın milyardlarla dollarlıq xərcinin sadəcə kiçik məbləğı qədər olduğunu bildirməyə ehtiyac yoxdur.
Yəməndəki 26 milyon insanın həyatı və hüquqları qonşu və ya ətraf ölkələrin buradakı siyasi mənfəətlərindən daha önəmlidir. Bu səbəbdən Yəmən üzərindən güc savaşına girən bölgə ölkələrinin dərhal buna son vermələri lazımdır.
İran ölkə daxilində şiə üstünlüyünü əldə etmək üçün müxtəlif etnik qrupları özünə bağlayıb təşkilatlandırmağı və dəstəkləməyi durdurmalı, Səudiyyə Ərəbistanı və digər sünni koalisiya ölkələri də bu siyasi təhdidi qan və şiddətlə həll etmə siyasətindən dərhal əl çəkməlidirlər.
Hərbi koalisiyanın nümayəndəsigeneral Əhməd əl-Asirinin "Bu fəaliyyət səbir tələb edir. İmkan və zamanımız məhdud olmadığı üçüntələsən yerimiz yoxdu.Əməliyyat məqsədinə çata qədər davam edəcək" ifadələri çox narahatlıq vericidir.
"İmkan və zaman məhdudiyyətimiz yoxdur, tələsən yerimiz yoxdur" deyən əl-Asiri əməliyyatın davam etdiyi hər saniyə Yəməni qan və alov dənizinin içinə atacağını, ölkəni daha çox yerlə bir edəcəyini, daha çox mülki şəxslərin ölümünə yol açacağının və sağ qalan Yəmən xalqını daha böyük fəlakətə aparacağının elə də şüurunda deyil.
Bu səbəbdən müvafiq ölkə rəhbərliklərinin bu məsluliyyəti hiss edərək vaxt itirmədən əməliyyat və qarşıdurmaları durdurub təcili sürətdə atəşkəs imzalamaları vicdani məcburiyyətdir.
On illərin təcrübəsi göstərir ki, hərbi əməliyyyatlar heç bir zaman, heç bir ölkə və heç bir problem üçün həll yolu olmadığı kimi problemlərin daha da artmasına səbəb olur. Bu səbəbdən Yəmən üçün bu mərhələdə tək həll yolu bütün tərəflərin müstəqil şəkildə iştirak edəcəkləri demokratik seçkilərlə hər kəsin razı olduğu sülh yönümlü iqtidarın hakimiyyətə gətirilməsidir.
Adnan Oktarın «National Yemen»də nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2015/04/21/yemen-needs-urgent-ceasefire/