(Dəccal) Bir çaya gələcək, axmasını əmr edəcək, axacaq, sonra yuxarıya dönüb axmasını əmr edəcək, axacaq, qurumasını əmr edəcək quruyacaq..."
(Hammadoğlu Nuaym) (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 213)
Rəvayətdə Dəccal zamanında anbarların qurulmasına işarə edilir. Çünki qapaqları bağlandıqda çaylar dərhal quruyur, açıldığında təkrar axması təmin edilir (Doğrusunu Allah bilir). Bu da avtomatik əmrlə edilir.
(Dəccal) Hər kəsi aldatmaq üçün əvvəla iki dağı yanına götürüb gedəcək. Dağların birində bol ağac və meyvə mövcuddur, digərində isə tüstü və alov vardır;"
(Hakim ilə İbni Asakir İbni Ömər) (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 213)
Bu rəvayətdə də axır zamanda qatarların və qatar vaqonlarının mövqeyi izah edilir. Qatar vaqonları ağacdan düzəlir və meyvə daşımaqda istifadə edilir. Rəvayətdə ifadə edildiyi kimi dəmiryollarında da "tüstü və alov" var. Dəccalın "iki dağı yanına götürüb getməsi" bir tərəfdən dəmiryolunu, bir tərəfdən də bol meyvə yüklü bu vaqonları istifadə etməsinə işarə edir.
Mazutla və ya kömürlə işləyən qatarların mühərrik hissəsində alov, baca hissəsində isə tüstü meydana gəlir. Rəvayətdəki "iki dağ" ifadəsi dəmiryolu və vaqonlardan ibarət olan iki böyük kütləyə işarə edir. "Yanına götürüb getmə" ifadəsi isə qatarı idarə edən adamın da vaqonlarla birlikdə, eyni anda getməsinə işarə edir (Doğrusunu Allah bilir).
(Dəccalın) yanında Cənnət və Cəhənnəm olacaq... Adamları da olacaq, bunların bir qismini öldürüb sonra dirildəcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 213)
Axır zamanda narkozdan istifadə edilərək insanların ürəkləri çıxarılıb təkrar qoyulur. İnsanlar bu şəkildə bir mənada ölü vəziyyətə gətirilib sonra da təkrar dirilirlər. Eyni şəkildə ürəyi dayanan şəxsləri də elektroşokla təkrar canlandırmaq olur. Rəyavətdə də bu vəziyyətə işarə edilir. (Doğrusunu Allah bilir).
(Dəccalın) Onun yanında çörəkdən dağ vardır.
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 214)
Rəvayətdə qeyd edilən Dəccalın "çörəkdən dağı" olması axır zamanda fabriklərə dağ kimi böyük miqdarda çörək, yemək və içki gəlməsinə işarə edir. (Doğrusunu Allah bilir).
(Dəccal) Bax bu Cənnətdir, bu da Cəhənnəmdir" deyib hamını aldatmağa çalışacaq.
(Hakim ilə İbni Asakir İbni Ömər) (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 213)
Yanında iki çay var. Bunlardan birini dümağ su çayı olaraq, digərini də qaynayan alov olaraq gözə göstərəcək... sizdən biriniz buna çatsa alov olaraq gördüyü çaya gəlsin və gözlərini yumaraq başını əyib ondan su içsin... çünki o buz kimi sudur.
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 214)
Dəccal axır zamanda İslamiyyəti insanlara terror dini kimi göstərəcək. Darvinizmi, yəni Dəccaliyəti isə insanlara yaxşı olaraq tanıdacaq. Ancaq Dəccalın insanlara od kimi göstərdiyi şey yaxşı olacaq, yaxşı dediyi isə pis olacaq. Bu səbəbdən bu rəvayət axır zamanda Dəccaliyətin göstərdiklərinin əksinə hərəkət edilməsinin lazım olduğuna işarə edir.
İslamiyyət, insanları rahatlaşdıran, dinclik verən, dünya və axirət səadətlərini təmin edən böyük nemətdir. Dəccaliyət isə tam əksinə insanları kommunizmə, faşizmə, anarxizmə, satanizmə təşviq edən, qan tökdürən, şiddət və terror meydana gətirən sistemdir. Bu səbəbdən də atəşdir. Lakin özü atəş olduğu halda Dəccaliyət, insanlara haqq dini atəş kimi göstərməyə çalışacaq.
Ancaq Quranda və Peyğəmbərimizin (s.ə.v) hədislərində vəd edildiyi kimi Hz. Mehdi (ə) vəsitəsiylə bu oyun pozulacaq, dünya səviyyəsində bütün insanlar axın-axın Dəccaliyətin təsirindən çıxacaq və haqq din olan İslama yönələcəklər.
(Dəccalın) Ətdən dağı, sudan çayı olacaq... (Nuaym Huzeyfedən)
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 213)
"Bərabərində çörək və ət dağları, su çayları olacaq"
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 214)
"Yanında şorbadan dağ, soyumayan isti ət, axan çay... bax yeməyə, bax içkilərə deyəcək..."
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 215)
Rəvayətdə 20-ci əsrdə insanları zülm altında yaşadan kommunist rejimlərdə xalqa yeməklərin kütləvi olaraq təqdim edilməsinə diqqət çəkilmişdir. Bilindiyi kimi bu sistemlərdə 10 - 20 min nəfər fabriklərdə kütləvi şəkildə işlədilən insanların olduğu yerlərə rəvayətdə bənzədildiyi kimi çay kimi yüklü miqdarlarda içkilər və dağ kimi yeməklər gətirilirdi.
"(Dəccal) Bütün yer üzünü 40 gündə gəzəcək."
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 216)
Rəvayətdə axır zamanda bir yerdən başqa yerə getmək üçün əldə ediləcək olan sürətə işarə edilir.
"(Dəccal) hər tərəfi bu qədər qısa bir zaman ərzində gəzməyə qadir olduğu halda Məkkə ilə Mədinəyə girə bilməyəcək"
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 216)
Axır zamanda Dəccalın fikir sistemi hər yerə təsir edə biləcək, ancaq Məkkə və Mədinəyə materialist, Darvinist düşüncə hakim ola bilməyəcək.
"(Dəccalın) Şərq və qərb əhlinin rahatlıqla eşidə biləcəyi tərzdə üç sayhası (nərəsi) vardır.
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 216)
Rəvayətdə axır zamanda şərqdə və qərbdə bütün insanların rahatlıqla eşidə biləcəkləri tərzdə radio və televiziya verilişləri olacağına işarə edilmişdir (Doğrusunu Allah bilir).
"(Dəccal) ... anında günəşin altında qızarda biləcək."
(Hakim, ilə İbni Asakir İbni Ömər) (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 216)
Axır zamanda günəş enerjisindən faydalanılacağına işarə edilir (Doğrusunu Allah bilir).
"(Dəccal) çox məlumatı olmayacaq, lakin hər kəsi aldatmağı bacaracaq... Xüsusilə qadın və kəndli cahilləri daha asanlıqla aldada biləcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 216)
Yaşadıqları dövrdə Dəccaliyətin nümayəndələri olan Lenin və Darvin çox cahil idilər, lakin xalqın 99%-ni aldatdılar. Xüsusilə də qadın və cahil kəndli xalqı aldada bildilər. İndiki vaxtda ölkəmizin cənub-şərq ərazisində də bu vəziyyət davam edir, xüsusilə qadınlar və cahil olan kəndli xalq Dəccaliyətin təlqinləri istiqamətində çox daha asan aldadılır.
"(Dəccal) cahillərə gəlib “istəsən ölü atanı, ananı dirildim” deyəcək, o da “bəli” göstər dedikdə yanındakı şeytan atasının cildinə girəcək və "Oğlum mən sənin atanam! Bu adama tabe ol!" deyəcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 217)
Dəccal insanlara "ölü atanı dirildim" deyəcək, onlar "bəli göstər" dediklərində də meymun skeletləri, bərpa edilmiş saxta meymuna bənzər insan şəkilləri və saxta ara qalıqlar göstərərək onlara "mən sənin atanam" deyəcək. Dəccali düşüncə insanlara atalarını meymun kimi göstərəcək, onlar da Dəccalın bu oyununa aldanacaqlar.
"(Dəccal) O, "Mən aləmlərin Rəbbiyəm" dediyi zaman (Allahı tənzih edirik)...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 218)
Dəccal "Mən Aləmlərin Rəbbiyəm" (Allahı tənzih edirik) deyərək insanları aldatmış, maddəni, bütün atomları insanlara sözdə ilah olaraq göstərmişdir (Allahı tənzih edirik). Ancaq Dəccalın bu oyunu Hz. Mehdinin (ə) insanlara həqiqəti gətirməsi, Darvinizmin saxtalığını və hər şeyi Allahın yaratdığını bütün dünyaya göstərməsiylə pozulacaq şəkildə yaradılmışdır.
"(Dəccal) O da "Gedin insanlara onların Rəbbi olduğumu söyləyin. Cənnət və Cəhənnəmin tapıldığını izah edin" deyəcək...
O sizin Rəbbinizdir, aranızda hökm vermək üçün gəlmiş, Cənnəti və Cəhənnəmi də vardır... (Allahı tənzih edirik)
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 218)
Dəccal, Cənnət və Cəhənnəmin bu dünyada olduğunu iddia edərək Allahı inkar edəcək və insanları da inkara çağıracaq. Rəvayət Dəccaliyətin təsiri altındakı materialist elm adamlarının bütün dünyaya yayılıb dinsizliyin, bu səbəbdən Dəccaliyət və Darvinizmin təbliğatını aparmalarına və insanları inkara çağırmalarına işarə edir.
"(Dəccal) O da "Gedin insanlara onların Rəbbi olduğumu söyləyin. Cənnət və Cəhənnəmin tapıldığını izah edin" deyəcək. (Allahı tənzih edirik)
Bundan sonra onlar insanın atası, anası və qardaşı qılığına girib dağılacaqlar, bir insanın evinə gəlib "sən bizi tanıya bildinmi" deyəcəklər. "Bəli bu atam, bu da anam, bu da qardaşım" deyə cavab verəcək...
... "Yalan danışırsınız! Siz şeytanlarsınız, O da yalançının biridir! Bizə Rəsulullah (s.ə.v) sizdən bəhs etdiyi xəbəri varid olmuşdur. Onun yalançı olduğunu, yanındakı köməkçilərinin də şeytanlar olduğunu İsa (ə) gəlib onu fikirən yox edəcəyini Allah Elçisi (s.ə.v) bizə xəbər vermişdir..." bunun üzərinə əlləri boş dönəcəklər Dəccalın yanına...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 218)
Rəvayətə görə şeytanın tabeçiliyində olan şəxslər insanın özünün də, atalarının da "guya meymun olduğu" yalanını söyləyərək insanları aldadacaqlar. "Mən də meymunam, sən də meymuna bənzər, bacın da meymun" deyəcəklər. Ancaq Hz. Mehdinin (ə) qabaqcılı olan iman edənlər Dəccalın bu oyununu pozacaq və hər şeyi Allahın yoxdan var etdiyini bütün insanlara izah edəcəklər. Rəvayətdəki "yalan danışırsınız, siz şeytanlarsınız, o da yalançının biridir" ifadəsiylə Hz. Mehdinin (ə) Dəccalın bu tələsini qəti şəkildə pozacağı xəbər verilmişdir.
"(Dəccal) Dənizdə gedəcək, lakin su topuğuna qədər gələcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 219)
Rəvayətdə indiki vaxtda insanların sörf taxtaları üzərində dənizdə gəzə bilmələrinə, bu səbəbdən topuqlarıyla suyun üzərində dayanmalarına işarə edir (Doğrusunu Allah bilər).
"(Dəccalın) Qarşısında tüstü, arxasında yaşıl dağ olacaq...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 219)
Rəvayətdə təyyarələr səmada gedərkən təyyarənin qarşısında tüstü, arxasında yaşıl dağların görünməsinə işarə edilir. (Doğrusunu Allah bilir).
"(Dəccal) Elə bir nərə çəkəcək ki, yer ilə göy arasındakıların hamısı eşidəcək... "
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 219)
"Dəccalın nərə atması" reaktiv təyyarələrinin yeri göyü bağırdacaq şəkildə böyük səs-küy salmalarına işarə edir. (Doğrusunu Allah bilir).
"(Dəccal) Buludları sağ əliylə tutacaq, günəşi batdığı yerə qədər qavrayacaq..."
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 219)
Rəvayətdə təyyarələrin yola düşüb uzaqlaşdıqca günəşin batışından uzaqlaşmalarına, bu səbəbdən təyyarənin görüş baxımından "günəşin batmamasına və hətta təyyarə irəllədikcə günəşin yenidən doğulmasına" işarə edir (Ən doğrusunu Allah bilər).
"(Dəccal) "Bu günəş mənim icazəmlə seyr edər, istəsəniz onu həbs edim" deyəcək... bunun üzərinə günəşi həbs edəcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Berzenci, Pambıq Nəşriyyat, s. 219-220)
Axır zamanda buludla günəşin bağlanıla biləcəyi xəbər verilmişdir. Necə ki, 2-ci Dünya müharbəsində də bu texnologiyadan istifadə edilmişdir.
Dəccalın zühurundan üç il əvvəl çox böhranlı günlər olacaq, aclıq hökm sürəcək. Birinci ildə Allah göyə yağışı həbs etməsini əmr edəcək...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 220)
Rəvayətdə xəbər verilən axır zamanda yaşanacaq olan bu vəziyyət reallaşmışdır. Dünya səviyyəsində insanlar iqtisadi baxımdan böyük çətinliklər yaşayır. Dünyanın bir çox yerində müharibələr, qarşıdurmalar, terror və zorakılıq hərəkətləri olur. Bir çox insan çətinlik və aclıq kimi çətin şərtlər içərisində yaşayır.
Yenə rəvayətdə ifadə edilən quraqlıq da dünya səviyyəsində təsirini göstərmişdir.
"(Dəccal) Bir insanı öldürəcək, onu ikiyə ayıracaq... Sonra aralarından keçib "Gördünüz, indi mən onu dirildəcəyəm..." deyəcək.
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 220)
Rəvayətdə axır zamanda texnologiyanın və tibbin inkişafına işarə edilir. Dəccal dövründə insan bədəninin iki parçaya ayrılıb, daha sonra bu parçaların təkrar bir yerə gətirilməsinin mümkün olacağı izah edilir. Necə ki, indiki vaxtda insanların ürək, qaraciyər kimi daxili orqanları bədənlərindən çıxarılır, daha sonra təkrar yerləşdirilərək insanlar yenidən canlandırılır.
"(Dəccalın) Onun iki gözü arasında (kafir) yazılıdır. Oxumağı bilən də bilməyən də rahatlıqla bunu oxuyacaq..." Necə ki, digər rəvayətlərdə də bu söz heca hərfləri ilə (K. A. F. R.) şəklində varid olmuşdur...
(Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd B. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq Nəşriyyat, s. 226)
Dəccalın üzündəki nursuzluqdan, uğursuz, çirkli, kriminal görünüşə sahib olmasından üzünə baxan kimi kafir olduğu aydın olacaq. Eyni şəkildə üslubu, şəxsiyyəti və əxlaqı da Dəccalın kafir olduğunun əlaməti olacaq. Hədisdə keçən, "... Oxumağı, yazmağı bilən və ya bilməyən hər mömin o yazını oxuyacaq" sözləri, xalq arasında "üzünə baxan kimi aydın olur" sözü ilə ifadə edildiyi kimi oxuma bilən və bilməyən bütün insanların üzünə baxan kimi Dəccalın nursuzluğunu və kafir əlamətləri daşıdığını anlayacaqlarına işarə edir.
Bunun yanında hədisdə Dəccalın alnında "K. A. F. R." yazacağı xəbər verilmişdir. Hədisin ikinci mənası olaraq Dəccalın insanları təşviq etdiyi kommunizm, anarxizm, faşizm və radikalizm kimi azğın ideologiyalara işarə edir. (Doğrusunu Allah bilir).